Təsərrüfatlarda, bağ və həyətyanı sahələrdə məhsul yetişdirilməsi zamanı fermerlər yüksək səviyyəli keyfiyyət və məhsuldarlıq üçün müxtəlif bitki bəsləmə vasitələrindən istifadəyə üstünlük verir. Onlar arasında bitkilər üçün tətbiqi son dərəcə zəruri olan vasitələrindən biri də Ammonium Nitrat gübrəsidir.

 

Ammonium Nitrat Gübrəsi Nədir?

 

Ammonium Nitrat Gübrəsi ölkəmizdə və dünyada təsərrüfatlarda məhsul yetişdirilməsini stimullaşdırmaq üçün azot gübrələri arasında geniş şəkildə istifadə edilən bitki bəsləmə vasitələrindən biridir. Ammonium nitrat gübrəsi kənd təsərrüfatında bitkiləri azotla təmin etmək üçün tətbiq olunur. Taxıllar, tərəvəzlər və meyvələr də daxil olmaqla geniş çeşidli bitkilər üçün istifadəsi uyğundur. Asanlıqla həll ola bilməsi sayəsində bitki orqanizminə sürətlə nüfuz edərək, vegetativ inkişafı sürətləndirir. Tərəvəzlərin və meyvələrin formalaşmasında, sürətli böyüməsində, nişastanın və şəkərin toplanmasında, keyfiyyətin və məhsuldarlığın yüksəlməsində aparıcı qüvvə kimi çıxış edir. Ammonium Nitrat gübrəsi torpaqda pH səviyyəsinin ciddi şəkildə dəyişikliyinə və azot itkisinə səbəb olmur. Tətbiqindən sonra torpaqda heç bir qalıq qoymur. 

 

Ammonium Nitrat Gübrəsinin Tərkibi

 

Ammonium Nitrat gübrəsi tərkibində 33% saf azotu ehtiva edir. Eyni zamanda sözügedən gübrənin tərkibində hər ikisinin miqdarı 16,5% olmaqla ammonium azotu və nitrat azotu mövcuddur. Azotun bitkilərin inkişafı üçün son dərəcə vacib element olmasını nəzərə alsaq, bu gübrə növünün istifadəsinin də zəruri olduğunu unutmaq olmaz.

 

Bitkilərdə Azot Əskikliyinin Əlamətləri

 

Bitkilər üçün enerji mənbəyi olan azot, vegetativ inkişaf və sağlam böyümə üçün vacib qida elementidir. Bitkiləri müşahidə edərək, yaxud müxtəlif analizlər apararaq, azot çatışmazlığını müəyyənləşdirmək mümkündür. Gəlin, bitkilərdə azot çatışmazlığının ümumi əlamətləri ilə tanış olaq:

  • İlkin mərhələdə yaşlı yarpaqlarda başlayan saralma daha sonra gənc yarpaqlarda da müşahidə olunur
  • Kök sisteminin inkişafı zəifləyir
  • Bitkinin gövdəsi sərt və incə olur
  • Yarpaqlar standartlardan daha kiçik və incə olur
  • Yarpaqlar solğunlaşaraq, vaxtından əvvəl tökülür
  • Çiçəklənmə və meyvə əmələ gəlməsi ləngiyir
  • Çiçəklərin və meyvələrin sayı azalır
  • Bitkinin inkişafı zəifləyir
  • Tərəvəzlər sarı rəngə boyanaraq, sərtləşir

 

Qarğıdalıda Azot Çatışmazlığı

 

  • Yarpaqlar uc hissələrindən başlayaraq saralır 
  • Saralmış yarpaqlar sonradan qəhvəyi rəngə boyanır
  • Ləpələr zülalların və yağların olmaması səbəbindən parlaq rəngdə olur
  • Bitkinin gövdəsi qısa və incə olur

 

Düyüdə Azot Çatışmazlığı

 

  • Gənc yarpaqlar açıq-yaşıl və sarımtıl rəngə boyanır
  • Yaşlı yarpaqların ucları saralmağa başlayır
  • Bitkinin inkişafı zəifləyir

 

Pambıqda Azot Çatışmazlığı

 

  • Bitkidə budaqların quruluş forması pozulur
  • Gövdə zəif formalaşır
  • Yarpaqlar erkən quruyur
  • Yaşlı yarpaqlar tökülür
  • Qozalar gec açılır

 

Buğdada Azot Çatışmazlığı

 

  • Yaşlı yarpaqlar uclarından başlayaraq açıq-yaşıl rəngə, zaman keçdikcə isə ağ rəngə boyanır
  • Gövdə açıq-çəhrayı rəngə boyanır
  • Vegetativ inkişaf zəifləyir
  • Bitki erkən yetişir
  • Məhsuldarlıq aşağı olur

 

Kartofda Azot Çatışmazlığı

  • Yaşlı yarpaqlar zaman keçdikcə sarı rəngə boyanır
  • Yarpaqlar qıvrılır
  • Bitkinin gövdəsi incələşir
  • İnkişaf zəifləyir

 

Pomidorda Azot Çatışmazlığı

 

  • Yarpaqlar açıq yaşıl və sarımtıl rəngə boyanır
  • Bitki sərt və dik görünüşdə olur 
  • Çiçəklər yetişməmişdən əvvəl düşür
  • Tərəvəzlər standartlardan daha kiçik olur
  • Tərəvəzlər qırmızı rəngə boyanmazdan əvvəl uzun müddət açıq yaşıl rəngdə qalır

 

Xiyarda Azot Çatışmazlığı

 

  • Gövdə nazik, bərk və lifli olur
  • Yarpaqlar açıq yaşıl rəngə boyanır 
  • Yaşlı yarpaqlar sarımtıl rəngdə olur
  • Tərəvəzlər kiçik, açıq yaşıl rəngdə olur
  • Çiçəklər büzülmüş vəziyyətdə olur

 

Alma, Armud, Albalı və Gavalıda Azot Çatışmazlığı

 

  • Yarpaqlar kiçik, ensiz və açıq yaşıl rəngdə olur
  • Yaşlı yarpaqlar sarımtıl narıncı və ya qırmızımtıl bənövşəyi rəngə boyanır
  • Yarpaqlar erkən düşə bilər
  • Gövdələr nazik və qısa olur
  • Əskiklik çox şiddətlidirsə, gövdə məhv olur
  • Qönçələrin və çiçəklərin sayı az olur
  • Meyvələr yetişməmişdən əvvəl rənglənir

 

Ammonium Nitrat Gübrəsinin Faydaları

 

Təsərrüfatlarda, bağ və həyətyanı sahələrdə məhsul yetişdirilməsi zamanı ammonium nitrat gübrəsinin tətbiqi bitkilərin sağlam inkişafı üçün münbit şərait yaradır. 

 

  • Bitkilərin yarpaq və gövdələrinin formalaşmasında böyük rol oynayır, vegetativ inkişafı təmin edir
  • Kök əmələ gəlməsini stimullaşdırır
  • Suyun udulmasını asanlaşdırır
  • Çiçəklənməni, meyvə əmələ gəlməsini və yetişməsini stimullaşdırır
  • Düzgün tətbiq olunduğu təqdirdə məhsuldarlığı 45%-ə qədər artırır
  • Bitkilərin zərərvericilərə qarşı müqavimətini artırır
  • Yüksək keyfiyyətli və bol məhsul yığımını təmin edir
  • Bütün növ torpaq növlərində istifadəsi mümkündür
  • Təsirediciliyi daha uzunmüddətlidir

 

Eyni zamanda ammonium nitrat gübrəsi torpaqdakı digər qida maddələrinin də faydalılığını artırır. Xüsusilə dənli bitkilər qrupuna daxil olan məhsulların yetişdirilməsi zamanı tətbiqi səmərəlidir.

 

Ammonium Nitrat Gübrəsi Nə Zaman Tətbiq Edilir?

 

Üst gübrə kimi istifadə edilən ammonium nitrat gübrəsi həm əkin zamanı, həm də bitkinin böyümə və inkişaf dövrlərində tətbiq oluna bilər.

 

  • Dənli Bitkilərdə: əkin zamanı və ya cücərmədən əvvəl tətbiq olunur
  • Meyvə Ağaclarında: çiçəklənmədən əvvəl və ya payız aylarında tətbiq oluna bilər
  • Bağlarda: Gübrənin yarısı fevral-mart aylarında torpaq şumlanması zamanı tətbiq olunur
  • Tərəvəzlərdə: Gübrənin yarısı əkildikdən 10-15 gün sonra, digər yarısı isə meyvə əmələgəlməsindən sonra tətbiq olunur

 

Ammonium Nitrat Gübrəsinin Tətbiq Miqdarı

 

İlk olaraq qeyd edək ki, ammonium nitrat gübrəsinin tətbiqindən öncə müvafiq ərazidə torpaq analizlərinin aparılması mütləqdir. Bu zaman torpağın tərkibinə, qida ehtiyaclarına və s. amillərə əsasən müvafiq miqdarı təyin etmək mümkündür. Torpaq analizinin nəticələrinə əsasən, ammonium nitrat gübrəsinin istifadə miqdarını aşağıdakı düsturla hesablaya bilərsiniz.

 

Torpaq analizi nəticəsində müəyyən olunmuş təmiz maddənin miqdarını otuza vurmaq lazımdır. Məsələn, torpaq analizi nəticəsində təmiz maddə kimi tələb olunan azotun miqdarı 5 kq olarsa, istifadə olunacaq ammonium nitrat gübrəsinin miqdarı 5 x 30 = 150 kq olacaqdır. Yəni 1 ha ərazi üçün 150 kq ammonium nitrat gübrəsi verilməlidir.

 

Ammonium Nitrat Gübrəsini Necə Tətbiq etmək olar?

 

Üst gübrə kimi istifadə olunan amonnium nitrat gübrələri torpağa səpilərək və ya damcı suvarma yolu ilə, meyvə ağaclarında isə torpağa qarışdıraraq, damcı suvarma və ya çiləmə üsulu ilə yarpaqlara tətbiq olunur. Yağıntıların çox olduğu bölgələrdə istifadəsi bir o qədər də əlverişli olmayan ammonium nitrat gübrəsinin müvafiq ərazilərdə istifadə zərurəti yaranarsa gübrənin birdəfəlik istifadəsi əvəzinə, 2-3 dəfə tətbiq etmək məsləhət görülür. Çəltikdən başqa bütün mədəni bitkilərdə üst gübrə kimi istifadə oluna bilər. Ammonium nitrat gübrəsi bitkilərin və torpaq sahələrinin tələblərinə uyğun digər bitki bəsləmə vasitələri ilə qarışdırıla bilər.

 

Ammonium Nitrat Gübrəsini Gübrəsinin Növləri

 

  1. Ammonium Nitrat Eurochem

 

Tərəvəzlərin və meyvələrin formalaşmasında, sürətli böyüməsində, nişastanın və şəkərin toplanmasında, keyfiyyətin və məhsuldarlığın yüksəlməsində aparıcı qüvvə kimi çıxış edir.

 

  1. Ammonium nitrat Minudobreniya

 

Bitkidə yarpaq, gövdə, kök və meyvə əmələ gəlməsini, suyun udulmasını, çiçəklənməni, bol məhsuldarlığı stimullaşdırır.

 

Ammonium Nitrat Gübrəsinin Təhlükəsizlik Qaydaları

 

Ammonium nitrat gübrəsi bitkiləri zəruri qida maddələri ilə təmin etmək məqsədi ilə geniş şəkildə istifadə olunan bitki bəsləmə vasitəsidir. Bununla yanaşı, müvafiq gübrənin ətraf mühitə və insan sağlamlığına zərər toxundurmasının qarşısını almaq üçün təhlükəsizlik qaydalarına riayət etmək çox vacibdir. Gəlin, ammonium nitrat gübrəsi ilə bağlı təhlükəsizlik qaydaları ilə tanış olaq:

  • Sərin, yaxşı havalandırılan, birbaşa günəş işığından, tez alışan maddələrdən uzaq şəraitdə saxlamaq lazımdır
  • Saxlanılması üçün nəzərdə tutulmuş müvafiq qablardan və qablaşdırmasından istifadəyə üstünlük verin
  • Saxlanıldığı və ya tətbiqi zamanı ətrafda siqaret çəkmək olmaz
  • Anbarlarda yanğınsöndürənlər, çiləyici sistemlər və tüstü detektorları kimi yanğından mühafizə vasitələri quraşdırın
  • İstifadə zamanı əlcək, eynək və qoruyucu geyimlərdən istifadə edin
  • Məhsulun üzərində yerləşdirilən məlumatlarla mütləq şəkildə tanış olun
  • Tətbiqindən öncə düzgün miqdarı, tətbiq şəklini və s. müəyyənləşdirmək üçün torpaq analizinin həyata keçirilməsi məqsədəuyğundur.

 

Odur ki, təsərrüfat sahibləri ölkəmizdə kənd təsərrüfatı sektorunun inkişafında öz uğurlu töhfələri ilə seçilən gubre.az aqrar ticarət şəbəkəsinin fermerlərimizə təqdim etdiyi ödənişsiz aqronom məsləhəti xidmətindən yararlana bilər.

 

Ammonium Nitrat Gübrəsinin Satışı


Təsərrüfat sahələrində və meyvə bağlarında bol, yüksək keyfiyyətli məhsul yığımı üçün ammonium nitrat gübrələrinin tətbiqi faydalıdır. Eyni zamanda bitkilərin zəruri qida maddələri ilə təmin olunması baxımdan bu gübrə növündən istifadə zəruridir desək, yanılmarıq. Lakin tətbiq ediləcək ammonium nitrat gübrə çeşidlərinin yüksək keyfiyyətli olmasına diqqət etmək vacib nüanslardandır. Fermerlər ölkəmizin müxtəlif bölgələrində 200-dən çox satış nöqtəsi ilə təmsil olunan gubre.az aqrar ticarət şəbəkəsinə yaxınlaşaraq, keyfiyyətli ammonium nitrat gübrə çeşidlərini əldə edə bilər. Eyni zamanda təsərrüfat sahibləri 828 qısa nömrəsi ilə əlaqə saxlayaraq və ya gubre.az veb saytına və sosial media hesablarına (Instagram, Facebook, LinkedIn) daxil olaraq, sifarişlərini həyata keçirə bilər. Qeyd edək ki, subsidiyalı satış imkanlarından yararlanaraq və ya fermer kartı ilə bitki toxumlarını, həmçinin, bitki qoruma və bəsləmə vasitələrini əldə etmək mümkündür.

© 2020 - 2024 Aqrar İnnovasiya və Təchizat Şirkəti
www.gubre.az
Whatsapp icon