Bitki inkişafının erkən mərhələsindən başlayaraq, vegetativ orqanların formalaşmasına, çiçəklənmə, meyvə əmələgəlmə dövrünə qədər bitkinin ehtiyacı olan zəruri qida maddələrindən biri azotdur. Azot gübrəsi bitkilərdə keyfiyyət və məhsuldarlıq səviyyəsinə birbaşa təsir edir. Eyni zamanda, azotla kifayət qədər yaxşı formada təmin olunan bitkilər zərərvericilərə, xəstəliklərə, dəyişkən iqlim şəraitinə qarşı davamlı olur.

 

Bitkilərdə Azot Çatışmazlığı

 

Bitkilərdə azot çatışmazlığı ilkin mərhələdə yarpaqlarda müşahidə olunur. Belə ki, yarpaqların ölçüsü kiçilərək, saralır. Azot çatışmazlığı davam edərsə, köhnə yarpaqlardan sonra gənc yarpaqlar da saralmağa, daha sonra isə qırmızı rəngə boyanmağa başlayır. Növbəti mərhələdə budaqların zəifləməsi və yan tumurcuqların azalması müşahidə olunur. Bitkidə azot çatışmazlığı digər elementlərin də bitki tərəfindən qəbul edilməməsinə səbəb olur. Zülalların və fermentlərin sintezi yavaşladığı üçün bitkinin inkişafı ləngiyir. Bitkilərdə erkən çiçəklənmə, erkən qocalma müşahidə olunur. Yarpaq və gövdə sistemi zəifləyir. Meyvələr, taxıl dənələri zəif yetişir. Dənli bitkilərdə gövdələr nazikləşir. Odur ki, bitkilərin sağlam inkişafı, bol və keyfiyyətli məhsul yığımı üçün təsərrüfatların azot ehtiyacı müvafiq bitki bəsləmə vasitələri ilə mütləq şəkildə qarşılanmalıdır.

 

Azot Gübrəsi Nədir?

 

Torpağın tərkibində azotlu birləşmələr olmadığı üçün müvafiq qida maddəsinə olan təlabat təbii halda üzvi maddələr və bitki qalıqları vasitəsi ilə əldə olunur. Bu səbəbdən tarlalarda bitki qalıqlarının yandırılması bir çox qida maddələrinin, xüsusilə azotun qaz halında havaya buraxılmasına və beləliklə də torpaq tərkibinin yoxsullaşmasına səbəb olur. Bundan başqa, bitkilərin sağlam böyüməsi, keyfiyyətli və yüksək məhsul verməsi üçün bitkinin azot ehtiyacı azotlu gübrələr vasitəsi ilə qarşılanır. Beləliklə, təsərrüfatlarda torpaq analizi aparıldıqdan sonra, torpağın və bitki növünün ehtiyac meyarına uyğun olaraq, tərkibində tələb olunan miqdarda azot gübrəsi sahələrə tətbiq olunur.

 

Azot Gübrəsinin Faydaları

 

Azotlu gübrələr torpaqda azotun miqdarını sürətlə artıraraq bitkilərin inkişafını stimullaşdırır. Ümumilikdə tərkibində azot yer alan gübrələrin bitkilər üçün faydalarını aşağıdakı şəkildə qruplaşdırmaq olar.

  • Azot bitki orqanizmi üçün enerji mənbəyidir
  • Yarpaqların və gövdələrin formalaşmasını təmin edir
  • Kök sisteminin inkişafını sürətləndirir
  • Məhsuldarlığı və keyfiyyəti artırır
  • Bitki həyatında mühüm əhəmiyyətə malik xlorofilin formalaşmasında böyük rol oynayır
  • Digər hüceyrə komponentlərinin sintezini təmin edir
  • Çiçəklənməni, meyvə əmələ gəlməsini və yetişməsini stimullaşdırır
  • Meyvələrin erkən tökülməsinin qarşısını alır
  • Bitkilərin xəstəliklərə, zərərvericilərə, dəyişkən iqlim şəraitinə qarşı müqavimətini artırır 

 

Azot Gübrəsinin Verilməsi

 

Dənli bitkilərə azot gübrəsinin verilməsi

 

Taxıl bitkilərində əkin zamanı ammonium sulfatdan və karbamiddən istifadə məqsədəuyğundur. Buna səbəb isə adları çəkilən gübrə növlərinin torpaqda az itkiyə uğramasıdır.  Becərmə dövründən əvvəl xüsusilə Kalsium Ammonium Nitratın tətbiqi tövsiyə olunur. Mümkün olmadığı təqdirdə isə yağışdan əvvəl Karbamid gübrəsindən istifadə edilməlidir. Buğda əkinçiliyində quraq illərdə ikinci dərəcəli azot gübrəsindən istifadə məsləhət görülmür. Dərin strukturlu və yaxşı əkilmiş torpaqlarda yağıntının normal olduğu illərdə kifayət qədər azot gübrəsinin tətbiqi faydalıdır.

 

Meyvə ağaclarına azot gübrəsinin verilməsi

 

Azot gübrəsi meyvə ağaclarına çiçəkləmədən əvvəl və payızda çiləmə üsulu ilə yarpaqdan da tətbiq oluna bilər. Azot çatışmazlığını aradan qaldırmaq üçün azotlu gübrələr ağac tacının alt hissəsindəki səthə səpilərək, torpağa qarışdırılır.

 

Tərəvəzlərə azot gübrəsinin verilməsi

 

Tərəvəzlər üçün azotlu gübrələr vegetasiya dövrləri nəzərə alınmaqla bir və ya iki dəfə tətbiq oluna bilər. Veriləcək azotlu gübrənin yarısı əsasən Ammonium Sulfat şəklində əkildikdən 15 gün sonra, digər yarısı isə meyvə əmələ gəlməsindən sonra gövdədən 5-10 sm kənara atılır və yavaş-yavaş torpağa qarışdırılır. Bostan sahələrinə tətbiq olunacaq azotlu gübrələrin yarısı əkin zamanı, digər yarısı isə torpağın işlənməsindən əvvəl verilməlidir.

 

Azot Tərkibli Gübrələrin Növləri

 

Bitkilər azot ehtiyaclarını əsasən ammonium və nitrat şəklində olan azot mənbələri vasitəsi ilə əldə edir. Bütün azotlu gübrələrin xammal maddəsi isə ammonyakdır. Torpağa tətbiq olunduğu zaman parçalanaraq, ammoniuma və nitrata çevrilməsi sayəsində bitkilərin bütün azot ehtiyacları qarşılanır. Bitki inkişafı üçün hədsiz faydalarının olmasına baxmayaraq, azotlu gübrələrin verilməsi zamanı bitki növü, iqlim şəraiti və torpaq xüsusiyyətləri nəzərə alınaraq, tətbiq edilməlidir.

 

Ammonium Sulfat Gübrəsi

 

Azot gübrəsinin ən geniş yayılmış növlərindən biri olan Ammonium Sulfat gübrəsi zahiri görünüşünə görə dənəvər şəkərə bənzədiyi üçün fermerlər arasında “şəkər gübrəsi” kimi də tanınır. Əhəngli torpaqlar üçün istifadəsi olduqca uyğun olan, bu gübrə növünün tərkibindəki azot ammonium şəklindədir. Ammonium sulfat gübrəsinin tərkibində 21% azot və 24% kükürd yer alır. Bütün əsas gübrələrdə olduğu kimi, tərkibindəki azot ammonium şəklində olduğu üçün bitkinin fosfor qəbulunu da stimullaşdırır.

 

Ammonium Nitrat Gübrəsi

 

Təsərrüfatlarda azotlu gübrələrin geniş şəkildə istifadə olunan digər növü Ammonium Nitrat gübrəsidir. Ammonium Nitrat gübrəsi tərkibində 33% saf azotu ehtiva edir. Eyni zamanda sözügedən gübrənin tərkibində hər ikisinin miqdarı 16,5% olmaqla ammonium azotu və nitrat azotu mövcuddur. Nitrat azotu bitkilərin sürətli böyümə və məhsul vermə dövrlərində birbaşa və asanlıqla bitki kökləri tərəfindən qəbul edilir. Ammonium şəklində olan azotun böyük hissəsi torpaq şəraitindən asılı olaraq torpaqdakı azot bakteriyaları tərəfindən nitrat azotuna çevrilir. Beləliklə, bitkilərin azot ehtiyacları asanlıqla təmin olunur.

 

Karbamid Gübrəsi

 

Karbamid digər azotlu gübrələrlə müqayisədə tərkibində azot miqdarının daha yüksək olduğu bitki bəsləmə vasitəsi olaraq tanınır. Belə ki, karbamid gübrəsinin tərkibində 46% azot yer alır. Karbamid gübrəsi bitkinin istənilən inkişaf dövründə istifadə edilə bilər. Ağ rəngdədir və dənəvər quruluşa sahibdir. Suda asanlıqla həll olduğu üçün həm torpaqdan, həm də yarpaqdan tətbiqi uyğundur. Tərkibində olan azot üzvi, yəni amid formasında olduğundan bitki kökləri tərəfindən birbaşa qəbul edilmir. Bunun üçün ilk növbədə torpaqdakı bakteriyalar tərəfindən ammonium azota çevrilməsi lazımdır.

 

NPK gübrələr

 

Bitkilərin inkişafı üçün olduqca böyük əhəmiyyətə sahib olan NPK gübrələr tərkibində fosfor (P) və kaliumla yanaşı, çeşidlərdən asılı olaraq, müxtəlif nisbətlərdə azot (N) elementini də ehtiva edir. Belə ki, tərkibindəki maddələrin 15-15-15, 10-20-20, 25-5-10 kimi nisbətlərdə olduğu NPK gübrələrinə rast gəlmək mümkündür. Burada birinci rəqəm gübrənin tərkibindəki azotun miqdarını, ikinci rəqəm fosforun, üçüncü rəqəm isə kaliumun miqdarını göstərir.

 

Azot Gübrəsi Necə Tətbiq Olunur?

 

Üst gübrə kimi istifadə edilən azot gübrəsi səpmə və ya damlama suvarma yolu ilə tətbiq olunur. Bununla yanaşı, azotlu gübrə növü olan karbamidin üst gübrə kimi istifadəsi tövsiyə olunmur. Əks halda 30%-ə qədər itki baş verir. Bitki köklərinə və toxumlarına təmas etmədən, torpaq altına tətbiqi məqsədəuyğundur. Meyvə ağaclarında isə damlama suvarma və ya çiləmə üsulu ilə yarpaqlara tətbiq oluna bilər.

 

Azot Tərkibli Gübrələrin Satışı

 

Mütəxəssislər təsərrüfat sahələrində və meyvə bağlarında bol, yüksək keyfiyyətli məhsul yığımı üçün azot gübrələrinin tətbiqini tövsiyə edir. Azot gübrələri bitkilərdə vegetativ inkişafı stimullaşdıraraq, təsərrüfat sahələrində zərərvericilərə, xəstəliklərə, iqlim dəyişikliklərinə qarşı dayanıqlığı artırır. Nəticədə, zəhmətkeş fermerlər üçün mövsüm hədəfləri daha sürətli və bol məhsuldarlıqla tamamlanır. Faydalı cəhətlərinin çox olması ilə yanaşı, sahələrə tətbiq ediləcək azotlu gübrə çeşidlərinin yüksək keyfiyyətli olmasına diqqət etmək vacib nüanslardandır. Fermerlər ölkəmizin müxtəlif bölgələrində 200-dən çox satış nöqtəsi ilə təmsil olunan gubre.az aqrar ticarət şəbəkəsinə yaxınlaşaraq, keyfiyyətli azot gübrə çeşidlərini əldə edə bilər. Eyni zamanda təsərrüfat sahibləri 828 qısa nömrəsi ilə əlaqə saxlayaraq və ya gubre.az veb saytına və sosial media hesablarına (Instagram, Facebook, LinkedIn) daxil olaraq, sifarişlərini həyata keçirə bilər. Qeyd edək ki, subsidiyalı satış imkanlarından yararlanaraq və ya fermer kartı ilə bitki toxumlarını, həmçinin, bitki qoruma bitki bəsləmə vasitələrini əldə etmək mümkündür.

 

Azot Gübrəsinin Qiyməti

 

gubre.az aqrar ticarət şəbəkəsi tərəfindən fermerlərə təqdim olunan azotlu gübrələr və azot gübrəsinin qiyməti ilə aşağıdakı linklərə daxil olaraq tanış ola bilərsiniz.

 

Ammonium sulfat Kuybışev

Ammonium Sulfat gübrəsi Rustavi Azot

Ammonium nitrat Evroxim

Ammonium nitrat Minudobreniya

Ammonium Nitrat Rustavi Azot 

Karbamid Marka B SOCAR

Karbamid gübrəsi Marka B Kuybişev

Nitroammofos Apatit 15 15 15, Phosagro

NPK Terraflex, 17-17-17+3MgO+TE, ICL Nova

NPK Terraflex, 10-5-45+TE, ICL Nova

Nitroammofos Minudobreniya, 16-16-16

Nitroammofos Evroxim, 16-16-16

NPK Nutrivant

 

Məhsulunuz bol olsun!

 

© 2020 - 2024 Aqrar İnnovasiya və Təchizat Şirkəti
www.gubre.az
Whatsapp icon