Kalsium Nitrat gübrəsinin bitkiyə xeyirləri

Kalsium Nitrat gübrəsi məhsulun xarici görünüşünü yaxşılaşdırır və saxlanma müddətini artırır. Kalsium Nitrat gübrəsinin istifadəsi məhsuldarlığın 10-15%-ə qədər artması deməkdir.

Bu gübrə bitkilərin toxuma divarlarını möhkəmlədir, meyvə-tərəvəzin keyfiyyətini yüksəldir.

Kalsium Nitrat bitkilərdə kök sistemini inkişaf etdirir, onun kök saçaqlarının inkşafını stimullaşdırır.

Kalsium Nitrat gübrəsi hansı xəstəliklərə faydalıdır?

Bu gübrə, həmçinin, azotun bitkilər tərəfindən daha yaxşı mənimsənilməsini təmin edir. Kalsium Nitrat gübrəsi bitkilərdə göbələk və bakterial xəstəliklərə, kalsium çatışmazlığından yaranan bibər və pomidor çürüklülüyü, kartof mətinin qızarması, alma meyvələrinin acılığı kimi problemləri aradan qaldırır.

Qranul şəkilli Kalsium Nitrat gübrəsi suda çox yaxşı həll olunur. Ağ v əya açıq boz rəngli qranul maddənin diametri 1-4 mm arasında dəyişir.

Kalsium Nitrat gübrəsi satışı və sifarişi

gubre.az Azərbaycanın 200-dən çox nöqtəsində yerləşən satış mərkəzləri ilə fermerlərimizin Kalsium Nitrat gübrəsinə olan ehtiyaclarını operativ şəkildə təmin edir.

gubre.az saytında GÜBRƏLƏR bölməsinə keçid edərək, fermerlərimizə təklif etdiyimiz bütün gübrə növlərinin siyahısı və qiymətləri ilə ətraflı tanış ola bilərsiniz. 

Fermerlərimiz istənilən gubre.az satış mərkəzlərindən həm nağd, həm də fermer kartı ilə Kalsium Nitrat gübrəsi ala bilər. Şirkətimiz yüksək keyfiyyətli Kalsium Nitrat gübrələrinin satışını və pulsuz şəkildə çatdırılmasını həyata keçirir.

Kalsium Nitrat gübrəsinin sifarişi üçün bizə yaza və ya 828 qısa nömrəsinə zəng edə bilərsiniz.

© 2020 - 2024 Aqrar İnnovasiya və Təchizat Şirkəti
www.gubre.az
Whatsapp icon