Təbiətdə yabanı halda rast gəlinən bitkilərdən tutmuş, təsərrüfatlarda yetişdirilən məhsullara qədər bitkilər aləminin demək olar ki, hər bir üzvü müxtəlif inkişaf mərhələlərində maqnezium elementinə ehtiyac duyur. Maqnezium bitkilər üçün həyati əhəmiyyət daşıyan xlorofilin əmələ gəlməsini təmin edir. Həmçinin maqnezium ionları protein sintezində, bir çox fermentativ reaksiyalarda və vitaminlərin əmələ gəlməsində iştirak edir. Gümüşü ağ rəngdə olan bu metal əksərən müxtəlif qarışıqların tərkibində istifadə olunur. Bunlar arasında geniş istifadə olunanlardan biri də Maqnezium Sulfatdır.
Maqnezium Sulfat Nədir?
Maqnezium Sulfat tərkibində maqnezium, kükürd və oksigen elementlərini ehtiva edən qeyri-üzvi kimyəvi birləşmədir. Kimyəvi formulu MgSO₄ şəklində olan Maqnezium Sulfat sənayedə “Epsom duzu” olaraq da tanınır. Fiziki quruluşca xörək duzuna bənzəsə də, “Epson duzu” acı dada malik tamamilə fərqli birləşmədir. Sənayenin müxtəlif sahələri, səhiyyə ilə yanaşı maqnezium sulfat birləşməsindən kənd təsərrüfatı sahələrində də geniş şəkildə istifadə olunur. Belə ki, təsərrüfatlarda bitkilər arasında inkişafı və məhsuldarlığı stimullaşdırmaq üçün maqnezium sulfat tərkibli gübrələr tətbiq edilir.
Maqnezium Sulfat Gübrəsi Nədir?
Maqnezium sulfat gübrəsi (MgSO₄ 7H2O) suda tamamilə həll olan və bitkilərdə maqnezium çatışmazlığını aradan qaldırmaq üçün tətbiq edilən saf və kristal gübrədir. Bu gübrə növü tərkibində maqneziumun səviyyəsi yüksək olan bitki bəsləmə vasitəsidir. Maqnezium sulfat gübrəsi zəngin kükürd tərkibi sayəsində torpağın pH səviyyəsini tarazlaşdırır və bitkinin torpaqdan faydalanma qabiliyyətini artırır.
Maqnezium Sulfat Gübrəsinin Faydaları
- Bitkilərdə yaşıl rəngin (xlorofilin) formalaşmasını təmin edir
- Bitkinin günəş işığından maksimum dərəcədə faydalanmasını təmin edərək, fotosintezin effektivliyini artırır
- Bitkinin böyüməsini və inkişafını stimullaşdırır
- Bitkidə zəruri vitaminlərin formalaşmasını təmin edir
- Bitkinin sudan istifadə səmərəliliyini xeyli artırır
- Fosforun udulmasını təmin edir
- Soyuq havalara və xəstəliklərə qarşı müqaviməti artırır
- Tərkibində yer alan kükürd pH dəyərini azaltmağa kömək edir
Maqnezium Sulfat Gübrəsinin İstifadə Qaydası
Maqnezium sulfat gübrəsi yarpaqlar və ya torpaq vasitəsilə bitkilərə tətbiq oluna bilər. Sürətli və effektiv nəticə əldə etmək üçün yarpaqdan tətbiqi məqsədəuyğundur. Bitki növündən asılı olaraq yarpaqlardan və damlama suvarma sistemləri ilə tətbiqi mümkündür. Fosforlu gübrələrlə qarışdırılması tövsiyə olunmur.
Maqnezium Sulfat Gübrəsi Nə Zaman İstifadə Olunur?
Maqnezium Sulfat gübrəsinin tətbiq zamanı bitki növündən, suvarma üsulundan asılı olaraq dəyişir. Bunun üçün ilk olaraq, analiz aparılması və nəticələrə uyğun miqdarda, zamanda və formada gübrənin tətbiqi məqsədəuyğundur. Bir çox bitkilər üçün Maqnezium Sulfat gübrəsinin istifadə forması, zamanı və miqdarı ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz.
Bitkilər | Yarpaqdan | Torpaqdan |
Sitrus meyvələri | 2-3 dəfə, 15-20 gün fasilə ilə, 100 l suya 600 q | Damlama suvarma ilə meyvənin əmələgəlməsindən rəng dəyişməsinə qədər, ağacın yaşından asılı olaraq, hər suvarmada 100-200 q |
Tərəvəzlər | Fidan əkinindən sonra mövsüm ərzində 2-3 dəfə, 100 l suya 200-300 q | Fidan əkinindən başlayaraq mövsüm ərzində 2-3 dəfə, hektara 2-3 kq |
Qovun, qarpız | 100 l suda 500 q | Damlama suvarma ilə hər suvarmada hektara 500 q |
Banan |
| Damlama suvarma ilə hər suvarmada hektara 10-15 kq |
Gilas, gavalı, şaftalı | Meyvə əmələgəlməsindən rəng dəyişikliyinə qədər, 100 l suya 500 q | Üst gübrələmə ilə və ya ilk suvarma zamanı hektara 5-6 kq |
Kartof | Çiçəklənmədən əvvəl, 100 l suya 500 q | İlk suvarmada hektara 5 kq |
Çiyələk | Fidan əkini - çiçəklənmədən əvvəl, 100 l suya 300 q | Fidan dövründə damlama suvarma ilə hektara 3 kq, meyvə yığımından əvvəl isə hektara 5 kq |
Bitkilərdə Maqneziuma Təlabatın Yaranması
Həddindən artıq düşən yağıntılar sayəsində qumlu torpaqlarda maqneziumun axıb getməsi sayəsində, pH dəyəri aşağı olduqda, ammonium, kalsium və kalium gübrələrinin həddindən artıq istifadəsi zamanı bitkilərdə maqneziuma təlabat artır. Bundan başqa, diqqətdə saxlamaq lazımdır ki, kələm, qarğıdalı, xiyar, badımcan, qovun, bibər, kartof, pomidor, qarpız, banan, sitrus meyvələri, alma və üzüm kimi bitkilər maqnezium çatışmazlığına daha həssasdır.
Maqnezium Sulfat Gübrəsinin Satışı
Təsərrüfat sahələrində və meyvə bağlarında bol, yüksək keyfiyyətli məhsul yığımı üçün maqnezium sulfat gübrəsinin tətbiqi tövsiyə olunur. Maqnezium sulfat gübrəsi bitkilərdə inkişafı stimullaşdıraraq, təsərrüfat sahələrində zərərvericilərə, xəstəliklərə və iqlim dəyişikliklərinə qarşı dayanıqlığı artırır.
gubre.az aqrar ticarət şəbəkəsi tərəfindən fermerlərə təqdim olunan maqnezium sulfat tərkibli gübrələr onların qiyməti ilə aşağıdakı linklərə daxil olaraq tanış ola bilərsiniz.
Fermerlər ölkəmizin müxtəlif bölgələrində 200-dən çox satış nöqtəsi ilə təmsil olunan gubre.az aqrar ticarət şəbəkəsinə yaxınlaşaraq, keyfiyyətli maqnezium sulfat çeşidlərini əldə edə bilər. Eyni zamanda təsərrüfat sahibləri 828 qısa nömrəsi ilə əlaqə saxlayaraq və ya gubre.az veb saytına və sosial media hesablarına (Instagram, Facebook, LinkedIn) daxil olaraq, sifarişlərini həyata keçirə bilər. Qeyd edək ki, subsidiyalı satış imkanlarından yararlanaraq və ya fermer kartı ilə bitki toxumlarını, həmçinin, bitki qoruma və bitki bəsləmə vasitələrini əldə etmək mümkündür.