Nitroammofos - NPK gübrəsinin sərfəli qiymətə nağd və ya fermer kartı ilə satışı və bölgələrə çatdırılması.

NPK - nitroammofosun tərkibi nədir?

Nitroammofos - yüksək effektli kompleks gübrədir. Nitroammofos gübrəsinin tərkibində üç element mövcuddur: azot, fosfor və kalium. Bu gübrə müxtəlif məhsulların böyüməsi və inkişafı üçün lazımlı mineral qarışığıdır. Bu tip nitroammofos bütün növ torpaqlarda istifadə edilə bilər.

NPK gübrəsi harada istifadə edilir?

Nitroammofos əsasən, bağ bitkiləri üçün maye formasında istifadə olunur. Nitroammofos həmçinin, əsas gübrə kimi bağçılıqda istifadə olunur.

Gübrə dənəvər formada satılır. Suda asanlıqla həll olunur və torpaqdan asanlıqla yuyulur.

Nitroammofos gübrəsinin faydaları

Nitroammofos tərəvəzlərin sürətlə böyüməsinə kömək edir. Eyni zamanda, onların rəf ömrünün uzanmasına səbəb olur. Nitroammofos gübrəsi məhsuldarlığı 70%-ə qədər artırmağa qadirdir.

Nitroammofos pomidorlar üçün lazım olan bütün ehtiyacları ödəyir.

QEYD: Gübrənin istifadəsi zamanı tələb olunan miqdarı keçməməyə diqqət edin.

Nitroammofos gübrəsinin satışı və sifarişi

gubre.az Rusiya istehsalı olan Nitroammofos gübrələrini əminliklə fermerlərimizə tövsiyə edir. “Dorogobuj”“Minudobreniya” markalı yüksək keyfiyyətli NPK Nitroammofos gübrələri bitkiləriniz üçün lazım olan bütün elementlərlə zəngindir.

Hər iki markaya aid gübrənin tərkibi 16% azot, 16% fosfor və 16% faiz kaliumdan ibarət olmaqla, bütün vacib elementlərin ideal birləşməsidir.

Nitroammofos (NPK) gübrəsi sifariş etmək üçün gubre.az saytında qeydiyyatdan keçərək iki addımla sifarişə başlaya bilərsiniz. Eyni zamanda 828 qısa nömrəsinə zəng zəng edərək, təsərrüfatla məşğul olduğunu ən yaxın ünvandan özünüz üçün Nitroammofos gübrəsi təmin edə bilərsiniz.

© 2020 - 2024 Aqrar İnnovasiya və Təchizat Şirkəti
www.gubre.az
Whatsapp icon