Pambıq sovkası kəpənəyinin rəngi dəyişkən olur, təbiətdə həm açıq-sarı, həm yaşılımtıl-sarı, həm də açıq-qəhvəyi rəngdə pambıq sovkası kəpənəklərinə rast gəlinir.
Pambıq sovkası nədir?
Pambıq sovkası (Helicoverpa armigera) Azərbaycanın yerli iqlim şəraitində pambıqçılıq sahəsinin inkişaf etdiyi bütün rayonlarda geniş yayılıb.
Pambıq sovkasının pupları torpaq qatının 4-10 sm dərinliyində qışlayır. Sovka istehsal edən hər bir kəpənək yaşadığı dövrdə ümumilikdə 500-3000 ədəd yumurta qoyur. Yumurtaların qoyulmasından 3-9 gün sonra çıxan tırtıllar isə pambıq, tütün və qarğıdalı kimi bitkilərlə qidalanır. Beləliklə, pambıq sovkası pambıqları yeyib məhv edir.
Pambıq sovkası necə olur, nəyə oxşayır?
Pambıq sovkası kəpənəyinin rəngi dəyişkən olur. Təbiətdə həm açıq-sarı, həm yaşılımtıl-sarı, həm də açıq-qəhvəyi rəngdə pambıq sovkası kəpənəklərinə rast gəlinir. Kəpənəklərin arxa qanadları açıq-sarı rəngdə olur. Kənarları isə tünd zolaqla rənglənib.
Kəpənəyin ön qanadlarının üzərində böyrək formasında ləkə olur. Pambıq sovkası kəpənəyinin bədəninin uzunluğu 12-18 milli metrdir. Kəpənəyin qanadlar açıldıqda isə onun uzunluğu 30-40 milli metrə çatır.
Pambıq sovkası kəpənəyinin yumurtası kürə şəklindədir. Yumurta açıq-sarı rəngdə olur. Kəpənəyin bədəni rahatlıqla görünə bilən qılcıqlarla örtülür. Onun başı, döş qalxancığı və ayaqları qəhvəyi rəngdədir. Kəpənəyin 3 cüt həqiqi-döş, 5 cüt isə yalançı-qarıncıq ayaqları olur. Sovkanın pupu qırmızımtıl-qəhvəyi rəngdə olur.
Pambıq sovkası nə vaxt yayılır?
Pambıq sovkası torpa qatının 4-10 sm dərinliyində pup fazasında qışlayır.
Pambıq sovkası kəpənəyi təxminən aprel ayının sonu, may ayının əvvələrində əmələ gəlir. Bu dövrdə torpağın 10 sm dərinliyində temperatur 16-17 dərəcə olduqda qışlamış puplardan kəpənəklər uçmağa başlayır. Aprel-may aylarından sonra oktyabr ayının sonunadək uçan pambıq sovkası kəpənəklərini görmək mümkündür. Payızda havalar nisbətən soyuduqda puplardan kəpənəklərin uçuşması dayanır.
Pambıq sovkası kəpənəyi necə yumurtlayır, necə çoxalır?
Bir dişi pambıq sovkası kəpənəyi həyatı boyu 500-3000 ədəd yumurta qoyur. Sovka kəpənəyinin yumurta qoyması 15-18 gün davam edir. Yumurtalar tək-tək qoyulur. Pambıq bitkisi qönçə bağlayan zaman sovka kəpənəklərini daha çox cəlb edir.
Pambığın qönçələmə dövründə kolun gövdəsi və budaqları üzərində bəzi tükcüklər yaranır. Bu tükcükləri kəpənəkləri cəlb edən maddələr - qarışqa və turşəng turşuları ifraz edir. Rüşeymin inkişafı yayda 3-4, payızda isə havalar nisbətən soyuq keçdiyindən 7-8 gün davam edir. Bundan sonra yumurtadan tırtıl çıxmağa başlayır. İlk vaxtlar tırtıl yumurtadan azacıq böyük olur. Yumurtadan çıxdıqları yerdəcə onlar yarpağı gəmirərək skeletləşdirir. Bir qədər böyüdükdən sonra isə bitkinin üstü ilə hərəkət edərək, daha yaxşı qönçə, çiçək və qoza axtarır. Sovka tapdığı qidanın daxilinə girir və onu yeməyə davam edir.
Pambıq sovkası tırtılı 15-20 gün ərzində 5 dəfə qabığını dəyişir, 6 yaş keçirir və inkişafını tamamlayır. Havanın temperaturdan asılı olaraq puplar 10-14 gün ərzində inkişafını bitirir. İnkişaf dövrü tamamlandıqdan sonra isə onlardan yeni nəslin kəpənəkləri uçuşmağa başlayır.
Pambıq sovkası Azərbaycanın yerli iqlim şəraitində pambıq üzərində 3 tam nəsil verir.
Pambıq sovkasının (Helicoverpa Armigera) dərmanı
Pambıq sovkasına qarşı aşağıdakı dərmanlardan istifadə edilməsi məqsədə uyğundur.
gubre.az müxtəlif kimyəvi laboratoriyalarda sınaqdan çıxarılmış xarici istehsal pambıq sovkası dərmanlarını fermerlərimizə əminliklə tövsiyə edir.
Pambıq sovkası ilə mübarizə aparmaq və bu zərərverici orqanizmlərin qarşısını almaq üçün pambıqçılarımız aşağıdakı dərmanlardan rahatlıqla istifadə edə bilər.
1. Venison (İndoxacarb) - 450ml/ha
2. Kavacha (Lamda chylothrin) - 2000 ml/ha
3. Devisa (Alpha Cyphermetrine) - 2000ml/ha
Pambıq sovkası dərmanı sifariş etmək üçün gubre.az saytında QEYDİYYATDAN KEÇə bilərsiniz. Həmçinin, Azərbaycanın 200-dən çox nöqtəsində fəaliyyət göstərən gubre.az satış mərkəzlərinə yaxınlaşa və ya 828 qısa nömrəsinə zəng edə bilərsiniz.