Yüksək keyfiyyətli pestisidlərin sərfəli qiymətə və uyğun şərtlərlə satışı və çatdırılması, subsidiya ilə (fermer kartı ilə) satışı, sifarişi və pulsuz çatdırılması.
Pestisid nədir?
Pestisid sözü latınca "pestis" - yoluxucu xəstəlik - və "sido" - öldürürəm, məhv edirəm – sözlərinin birləşməsindən yaranmış terminologiyadır.
Pestisidlər bitki zərərverici və xəstəliklərinə, həmçinin, alaq otlarına qarşı mübarizədə istifadə olunan effektiv vasitədir.
Pestisidlər taxıla və taxıl məhsullarına, pambıq məmulatları, yun, dəri, eyni zamanda insan və heyvanlarda təhlükəli xəstəlik yayanlara qarşı mübarizədə də istifadə edilir.
Bu dərman vasitələrindən kənd təsərrüfatında yetişdirilən məhsulları ziyanvericilərdən qorumaq, bitkilərin məsuldarlığını artırmaq üçün istifadə edilir.
Pestisidlərin növləri və kimyəvi tərkibi
Pestisidlər kimyəvi tərkibinə görə iki qrupa ayrılır: üzvi birləşmələr və qeyri-üzvi birləşmələr.
Son 60-70 ildə üzvi pestisidlərin istifadəsi daha yüksək miqdarda istifadə edilməyə başlanıb.
Pestisidlər istifadə məqsədinə görə aşağıdakı əsas qruplara bölünür:
İnsektisidlər - həşəratlarla mübarizə üçün nəzərdə tutulub
Akarisidlər - gənələri məhv etmək üçün preparatlar
Nematosidlər - nematod xəstəliyinin törədicisi olan girdə qurdları məhv etmək üçün
Fungisidlər – müxtəlif bitki xəstəliklərinə qarşı mübarizədə istifadə edilir
Bakterisidlər - bakteriyalarla mübarizədə istifadə edilir
Virisidlər - viruslar məhv etmək üçün
Herbisidlər - alaq otlarını məhv etmək üçün faydalıdır
Zoosidlər - gəmiriciləri qarşı istifadə edilir
Antifidinqlər - cücülərə qarşı istifadə edilir
Molyuskosidlər - zərərli ilbizlərə qarşı istifadə edilir
Azərbaycanda ən çox istifadə edilən bitki dərmanları - pestisidlər
Azərbaycanda kənd təsərrüfatı sektorunda ən çox herbisidlər, insektisidlər və funkisidlər istifadə edilir. Bu maddələrə tələbat hər il daha da artır.
Pestisidlər zərərli orqanizmləri necə məhv edir?
Təsir mexanizminə görə pestisidlər fərqli qruplara ayrılır:
həşaratların hər hansı orqanına toxunmaqla onları məhv edən zəhərlər;
həşəratlara həzm sistemi vasitəsi ilə təsir edənlər;
sistemli təsir göstərənlər;
həşaratların tənəffüs yolu ilə təsir edənlər;
Alaq otları ilə mübarizədə tətbiq olunan herbisidlər də bir neçə fərqli qrupa ayrılır: kütləvi təsir edənlər və selektiv təsir edənlər.
Pestisidlərdən – bitki dərmanlarından istifadə qaydaları
Pestisidlərlə işləyərkən xüsusi mühafizə vasitələrindən (xüsusi geyim və ayaqqabılar, respirator, əleyhqaz, qoruyucu gözlüklər) istifadə edilməlidir. Pestisidləri doğru şəkildə istifadə etmədikdə mənfi təsirlər göstərə bilir.
Herbisidlər
Bu pestisidlər alaq otlarına və yabanı bitkilərə qarşı mübarizədə effektiv hesab edilir.
Defolyantlar
Bu pestisidlər bitkilərin yarpaqlı hissələrinin yox olmasını sürətləndirir.
İnsektisidlər
İnsektisidlər həşəratlarla mübarizədə istifadə olunur.
Fungisidlər
Bu pestisid növləri bitki toxumlarının müalicəsi, həmçinin, bitkilərdə göbələk xəstəliklərinin müalicəsi üçün istifadə edilir.
Azərbaycanda pestisid istifadəsi
Pestisid istifadəsi ölkəmizdə son illərdə geniş yayılmağa başlayıb. Pestisidlər fermerlərimizə təsərrüfatlarından daha yüksək həcmdə məhsul götürmək imkanı verir. Pestisid satışı son dövrlərdə artıb.
Pestisid satışı və sifarişi
gubre.az müxtəlif növ pestisidlərin sərfəli qiymətə satışını həyata keçirən aqrar ticarət şəbəkəsidir. Fermerlərimiz gubre.az-dan kənd təsərrüfatının bir çox sahəsində istifadə edilən bitki dərmanlarını əldə edə bilər.
Şirkətimiz təsərrüfatçılarımıza xarici istehsal olan yüksək keyfiyyətli pestisid markalarını təklif edir. Fermerlərimizin istifadəsinə təqdim etdiyimiz bitki dərmanları Azərbaycanın yerli iqlim şəraitində dəfələrlə sınaqdan keçirilib nə effektiv nəticələr əldə edilib.
Bitki dərmanlarının satışı və çatdırılması
Ölkəmizin 200-dən çox nöqtəsində fəaliyyət göstərən gubre.az satış nöqtələrinə yaxınlaşaraq təsərrüfatınız üçün lazım olan bitki dərmanlarını sifariş edə bilərsiniz.