İnsanların ana təbiətin füsunkar nemətlərindən yararlanma tarixi uzun əsrlərə dayanır. Əgər əvvəllər təbiətin bir parçası olan müxtəlif bitkilər sadəcə qida mənbəyi rolunu oynayırdısa, günümüzdə onlardan çox şaxəli məqsədlər üçün istifadə olunduğunu söyləyə bilərik. Məhz, bunun nəticəsidir ki, hazırda dünyada kənd təsərrüfatı bitkilərinin 1500-ə qədər növü geniş istehsalat şəraitində becərilir. Bunlardan 1200 növü bilavasitə kənd təsərrüfatında istifadə olunur ki, o da ümumi bitkiçiliyin 83 %-ni təşkil edir. Kənd təsərrüfatlarında yetişdirilən tarla bitkiləri isə aşağıdakı formada qruplaşdırılır. 

 

  • Taxıllar
  • Texniki bitkilər
  • Yem bitkiləri
  • Bostan bitkiləri 

 

Müvafiq qruplar arasında sənaye bitkiləri və ya qeyri-ərzaq bitkiləri kimi tanınan texniki bitkilər, əsasən, sənaye tətbiqlərindən tutmuş, ətraf mühitin qorunmasına qədər bir çox qeyri-istehlak məqsədləri üçün becərilir. Odur ki, bu dəfəki məqaləmizdə texniki bitkilərdən, onların müxtəlifliyindən, kənd təsərrüfatı və sənayeyə gətirdiyi saysız-hesabsız üstünlüklərindən danışacağıq.

 

Texniki Bitki Nədir?

 

Texniki bitkilər insanların və ya heyvanların istehlakında bilavasitə rol oynamayan, lakin digər xüsusi məqsədlər üçün becərilən müxtəlif bitki növlərini əhatə edir. Taxıl və ya tərəvəz kimi ənənəvi qida bitkilərindən fərqli olaraq, bu bitkilərin sənaye və kommersiya cəhətdən qazandırdığı faydalar daha yüksəkdir. Texniki bitkilərin becərilməsi çox vaxt toxuculuq, bioenergetika və istehsalat kimi sektorlarda xammala olan tələbatı qarşılamaq məqsədi daşıyır. Bu kateqoriyaya daxil olan bitki qruplarını aşağıdakı ortaq xüsusiyyətlər birləşdirir.

 

Qeyri-ərzaq bitkiləridir

 

Texniki bitkilərin əsas xüsusiyyəti onların qeyri-ərzaq bitkiləri olmasıdır. Süfrələrimizdə rast gəlinməyən bu bitkilər, müxtəlif sənaye sahələri üçün xammalın təmin edilməsində mühüm rol oynayır.

 

Sənaye üçün Əsas Xammaldır

 

Texniki bitkilər sənaye sektoru üçün əsas xammal mənbəyidir. Buraya toxuculuq üçün liflər, rezin üçün lateks, bioenerji üçün yağlar və istehsal üçün vacib olan digər komponentlər daxildir.

 

Müxtəlif İqlim Şəraitlərinə Asan Uyğunlaşması

 

Texniki bitkilərin əksəriyyəti müxtəlif iqlim şəraitlərinə tez uyğunlaşır. Bu isə onların fərqli regionlarda becərilməsini asanlaşdırır.

 

Texniki Bitkilərin Hansı Növləri Var?

 

İstehsal üçün xammal mənbəyi olmaqdan tutmuş, kənd təsərrüfatı sahələrinə verdiyi töhfələrə qədər texniki bitkilər müxtəlif sənaye sahələrinin formalaşmasında aparıcı mövqedən çıxış edir. Onları təsərrüfatlarda istifadəsinə görə aşağıdakı qruplara ayırmaq olar: 

 

Lifli bitkilər: 

 

Lifli bitkilər 3 boyük qrupa bölünür: 

 

  • Meyvəsi lifli bitkilər: Meyvəsinin - toxumunun üzərində lif olan bitkilərdən Azərbaycanda ən geniş becəriləni pambıq bitkisidir.  
  • Gövdəsi lifli bitkilər: Gövdəsində lif olan bitkilərə lutya və ya toxuculuq bitkiləri də deyilir. Bunlara  uzunlifli kətan, kənaf, çətənə, cut, kəndir otu, və s. aiddir. 
  • Yarpağı lifli bitkilər: Yarpağı lifli olan texniki bitkilərdən yukka, sizal, Yeni Zellandiya kətanı və s. göstərilə bilər. 

 

Şəkərli bitkilər: 

 

Şəkər çuğunduru, şəkər qamışı, biyan və s. Şəkərli bitkilərdən respublikamızda çox istifadə ediləni şəkər çuğundurudur. Hələlik istifadə edilməyəni isə şəkər qamışıdır. 

 

Yağlı bitkilər: 

 

Günəbaxan, soya, gənəgərçək, yağlı kətan, göy xardal, ağ xardal, payızlıq raps, yazlıq raps (kolza), turpəng, yağçiçəyi, araxis (yer fındığı), küncüt, saflor, perilla (sudza), lalemantiya, yağlı lalə və s. bitki növləri. 

 

Efir yağlı bitkilər:

 

Keşniş, acı nanə, efiryağlı qızılgül, sürvə, lavanda, reyhan, cirə, zirə,  razyana və s. 

 

Dərman əhəmiyyətli texniki bitkilər.

 

Çaytikanı, sığırquyruğu, jen-şen, dərman adaçayı, boyaqotu, kəndir və s.

 

Rəng verən texniki bitkilər.

 

Həna (xına), basma (indiqofera), zəfəran və s. 

 

Tərkibində aşılayıcı maddələr olan bitkilər.

 

Mayaotu (xmel), sumaq, sarağan və s.           

 

Yemlik texniki bitkilər.

 

Amarant, topinambur (yerarmudu) və s. 

 

Azərbaycanda ən çox becərilən texniki bitkilər

 

Azərbaycanda aqrar sektorun davamlı şəkildə böyüməsi ölkə iqtisadiyyatının dayanıqlı inkişafının təmin edilməsində böyük rol oynayır. Ən son statistik məlumatlara əsasən, yəni, 2022-ci ildə öncəki illə müqayisədə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalında 3,1 % artım qeydə alınıb. Burada texniki bitkilərin də öz rolu vardır ki, müvafiq göstəricidə 1,3 % artım günəbaxanın, 4,8 % artım şəkər çuğundurunun, 22,3 % artım tütünün payına düşür. Beləliklə, texniki bitkilərin ölkəmizdə yetişdirilməsi geniş yayılmışdır desək, yanılmarıq. Respublikamızın aparıcı texniki bitkisi isə pambıqdır. Növbəti yerlərdə tütün, şəkər çuğunduru, günəbaxan, biyan, efir yağlı qızılgül və s. gəlir.

 

Pambıq 

 

Tarix boyunca ölkəmizin kənd təsərrüfatlarında becərilən texniki bitkilər arasında pambıq bitkisinin becərilməsinə xüsusi önəm verilib. Hazırda da bu ənənənin davam etdirilməsinin əsas səbəblərindən biri olaraq qeyd etmək yerinə düşər ki, pambıq tekstil sənayesi üçün təbii liflərin əsas mənbəyidir. Həmçinin, sözügedən bitki geyim, təyyarəqayırma, kimya, avtomobilqayırma və s. kimi sənaye sahələrində də geniş tətbiq olunur. Pambıqdan hazırlanan məhsullara sənayenin demək olar ki, bütün sahələrində rast gəlmək mümkündür. Müvafiq məhsullara dəsmal materialı, viskoz, satin, trikotaj, çit, daranmış mahlıc, mahlıc, lint, müxtəlif saplar, iplik, fibra, sellofan, qaytan, sellüloz, kağız, lif, çiyid, asetilselloz, süni ipək, asetat ipəyi, süni fetr (ən zərif keçə), sınmayan şüşə, linoleum, yanğın şlanqı, süni dəri, izoləedici lent, karton, jmıx, nüvə (rüşeym), çiyid qabığı, kapron, neylon, “E” vitamini, fitin, süni kauçuk, kolloid maddə, partlayıcı maddə, təyyarə üçün lak, foto lenti, əlif yağı, steorin, qliserin, çiyid yağı, sabun, qlükoza, liqnin, çaxır spirti, endotal, polisivan qətranı, furfurol, kağız, filtr kağızı, elektrik qaytanı, yanacaq, spirt, karbonat turşusu, gövdə və qərzək, yarpaq və kök, kalsium-oksalat, qatran, limon turşusu, nişasta və s. misal göstərə bilərik.

 

Aşağıdakı pambıq toxumlarını gubre.az-dan sifariş edə bilərsiniz:

 

 

Pambığın Əkilmə Qaydası

 

Ölkəmizdə pambıqçılıq əsasən Kür-Araz ovalığındakı Mil-Qarabağ, Muğan, Salyan, Şirvan düzü kimi geniş zonalarda yetişdirilir. Pambıq əkini zamanı sahənin öncədən hamarlanıb-düzlənməsi vacibdir. Bu zaman suvarma suyu, atmosfer çöküntüləri, gübrələr, qida maddələri, və s. bərabər şəkildə paylanması təmin olunur. Nəticədə sahədə keyfiyyət və məhsuldarlıq səviyyəsi yüksəlir. Pambıq suya təlabkar olduğu üçün hava şəraitindən asılı olaraq əlavə suvarma vacibdir. Pambıq sahələrini ehtiyac olan qida maddələri ilə təmin etmək üçün əsasən üzvi, mineral, üzvi-mineral və bakterial gübrələrdən istifadə edilir. Bundan başqa, sahələri pambıq sovkası, mənənə, trips və s. kimi zərərvericilərdən, həmçinin, vertisillium soluxması, hommoz, kökçürümə və s. kimi xəstəliklərdən qorumaq üçün isə təyinatı üzrə bitki qoruma vasitələrinin tətbiqi tövsiyə olunur. Bunun üçün gubre.az-ın ödənişsiz aqronom məsləhəti xidmətindən yararlanaraq, bitkinin və ya torpağın ehtiyacı olan məhsulları öncədən müəyyənləşdirmək tövsiyə olunur. Ehtiyac olan müvafiq məhsulları isə gubre.az-ın Azərbaycanın müxtəlif bölgələrində yerləşən 200-dən çox satış nöqtəsindən əldə etmək mümkündür.

 

Tütün

 

Texniki bitkilər arasında yetişdirilməsinə təlabatın yüksək olduğu məhsullardan biri də tütündür. Tütün bitkisinin əsasən yarpaqları xammal məhsulu olaraq tanınır. Əldə olunan xammaldan papiros, siqar və qəlyan tütünü kimi istifadə edilir. Tütün yarpağında 1-3 % nikatin, 1 % efir yağı, 4-7 % qətran, 7-10 % zülal, 4-13 % sulu karbonlar və 13-15 % kül elementləri yer alır. 

 

Tütünün Əkilmə Qaydası

 

Тütünün yalnız şitil üsulu ilə becərilmə forması tətbiq olunur. Çünki, sözügedən bitkinin toxumlarının çox xırda olması sayəsində tarla şəraitində cücərməsi əlverişli deyil. Тütün şitillərinin torpağa basdırılması aprel-may aylarına təsadüf edir. Yığım müddəti isə iyun-sentyabr aylarında həyata keçirilir.  Tütünün boyatma və inkişafının, həmçinin, xəstəliklərə qarşı davamlılığının güclənməsi, bol və keyfiyyətli məhsuldarlıq üçün azot, fosfor, kalium gübrələrinin tətbiqi tövsiyə olunur. Bundan başqa, tütün bitkisi üçün xarakterik olan məftil qurdu və ya yalançı məftil qurdlarına qarşı suvarma suyu ilə torpağa fosfamid, dənəvər dursban, perenosporoza və bakteriya çilləməsinə qarşı sinebin və ya polikarbatsinin suspenziyası, tütün tripsi və mənənələrə qarşı fosfamid, metafos, metation və fazalon və s. kimi bitki qoruma vasitələri tətbiq olunur. Ehtiyac olan müvafiq məhsulları isə gubre.az-ın Azərbaycanın müxtəlif bölgələrində yerləşən 200-dən çox satış nöqtəsindən əldə etmək mümkündür.

 

Şəkər çuğunduru  

 

Şəkər çuğunduru ölkəmizin kənd təsərrüfatlarında pambıq və tütün kimi mühüm rola sahib texniki bitkilərdən sonra, faydalılığına və iqtisadiyyatda gəlirliliyinə görə daha çox becərilən məhsullardandır. İlk olaraq qeyd etmək yerinə düşər ki, şəkər çuğunduru ən qiymətli ərzaq məhsullarından biri olan şəkərin əldə olunması üçün əsas xammaldır. Təsadüfi deyildir ki, dünya üzrə şəkər istehsalının 40%-i məhz, şəkər çuğundurundan əldə edilir. Şəkər çuğundurunun yetişdirilməsi və ya məhsulun emal edilməsi zamanı əldə olunan əlavə məhsullar (yarpaqlar, cecə və ya puçal, patka) heyvandarlıq üçün olduqca böyük əhəmiyyətə malikdir. 

 

Şəkər Çuğundurunun Əkilmə Qaydası 

 

Şəkər çuğunduru əsasən adi, qüvvətli qələvi, zəif qələvi, podzollaşmış qara torpaqlar və s. kimi fərqli torpaq növlərində və iqlim şəratində yetişir. Quraqlığa davamlı bitki olsa da, ehtiyac olan zamanlarda suvarmanın həyata keçirilməsi mütləqdir. Şəkər çuğundurunun inkişafının sürətlənməsi, meyvələrin bol və keyfiyyətli olması üçün əsas mineral elementlər olan - azotun, fosforun və kaliumun qəbulu mütləqdir. Şəkər çuğundurunun yetişdirilməsi zamanı yarpaq gəmirən tırtıllara, qalxanburun cücülərə qarşı sahələrə metafos və ya xlorofos çilənir. Şəkər çuğunduru sahələrində ən çox yayılan xəstəliklərindən olan serkosporoz və perenosporoza qarşı mübarizə üçün isə benlat və ya fundozol, bablet və s. kimi bitki qoruma vasitələrinin tətbiqi mütləqdir. Ehtiyac olan müvafiq məhsulları isə gubre.az-ın Azərbaycanın müxtəlif bölgələrində yerləşən 200-dən çox satış nöqtəsindən əldə etmək mümkündür.

 

Günəbaxan

 

MDB regionunda yağlı bitki təsərrüftalarının 75%-ni əhatə edən günəbaxan bitkisinin faydalılıq əmsalı olduqca yüksək dəyərləndirilir. Sənayedə günəbaxan bitkisindən əldə olunan məhsullar istiqamətliliyinin çoxtərəfli olması ilə fərqlənir.  Bundan başqa, konserv sənayesində, əlif hazırlığında, sabun bişirilməsində, amin turşusu və stearin istehsalında da geniş tətbiq edilir. Eyni zamanda lak-boyaq, sabunbişirmə, gön-dəri aşılama, ətriyyat, toxuculuq və s. kimi sənaye sahələrində istifadə olunur. Sözügedən bitkinin yaşıl kütləsindən isə iri buynuzlu malqara üçün yem və keyfiyyətli silos hazırlanır. 

 

Günəbaxanın Becərilmə Qaydası 

 

Günəbaxan yetişdirilərkən diqqət etmək lazımdır ki, səpin üçün yalnız keçən ilki toxumlara üstünlük verilsin. Çünki, toxumlar cücərmə qabiliyyətini tez itirir. Səpin erkən yazda fevralın sonu mart ayının əvvələrində aparılır. İstiyə və quraqlığa davamlı olan günəbaxan bitkisinin suya olan təlabatının nisbətən çox olduğu dövr səbətciyin əmələ gəlməsindən çiçəkləmənin sonuna qədər olan zaman aralığıdır. Günəbaxan bitkisi əsasən qara torpaqlarda yetişir. Bitkinin sürətli inkişafı və məhsuldarlığı üçün azot, fosfor və kalium gübrələrinin tətbiqi mütləqdir. Günəbaxan sahələrində alaq otlarına qarşı promietrin və treflan herbisidlərinin qarışığından istifadə olunur. Ehtiyac olan müvafiq məhsulları isə gubre.az-ın Azərbaycanın müxtəlif bölgələrində yerləşən 200-dən çox satış nöqtəsindən əldə etmək mümkündür.

 

Texniki Bitki Toxumlarının Satışı


Texniki bitkilərin yetişdirilməsi zamanı torpaq analizinin aparılması, ərazinin hamarlanması, təmizlənməsi, gübrə tətbiqi və s. kimi lazımi işlərin görülməsindən sonra, vacib nüanslardan biri ilkin növbədə yüksək keyfiyyətli toxumların əldə olunmasıdır. Fermerlər ölkəmizin müxtəlif bölgələrində 200-dən çox satış nöqtəsi ilə təmsil olunan gubre.az aqrar ticarət şəbəkəsinə yaxınlaşaraq, yüksək keyfiyyətli, məhsuldar, xəstəliklərə qarşı davamlı pambıq və digər toxumları əldə edə bilər. Eyni zamanda təsərrüfat sahibləri 828 qısa nömrəsi ilə əlaqə saxlayaraq və ya gubre.az saytına və sosial media hesablarına (Instagram, Facebook, LinkedIn) daxil olaraq, sifarişlərini həyata keçirə bilər. Subsidiyalı satış imkanlarından yararlanaraq və ya fermer kartı ilə müvafiq bitki toxumlarını, həmçinin, bitki qoruma və bəsləmə vasitələrini əldə etmək mümkündür.

© 2020 - 2024 Aqrar İnnovasiya və Təchizat Şirkəti
www.gubre.az
Whatsapp icon