Azot gubresi satışı 

Azot gübrəsi (silitr) bitkinin qidalanması üçün əsas element sayılır, buna görə də azot gübrələri azərbaycanlı fermerlərin ən çox istifadə etdiyi gübrələrdir.

Azot gübrəsi torpağa nə vaxt və necə verilməlidir?

Torpaq sahəsinə azot gübrəsi verilməzdən əvvəl torpaqda əhəngləmə aparılmalıdır. Torpağın əhənglənməsi onun turşuluğunu aşağı salır, həmçinin, nitratların bərpa prosesini sürətləndirir. Nitratların toplanmasında gübrənin torpağa tətbiq olunma zamanı əhəmiyyətli rol oynayır.

Kökmeyvəli bitkilərin, eyni zamanda kələmin kütləvi yetişdiyi müddətdə torpağa azot (silitr) gübrəsi verilməsi tövsiyə edilmir.

Tərkibində azot gübrəsi olan kimyəvi maddələr

Ammonyak şorası kimyəvi maddəsi azot gübrəsidir. Ammonyak şorasının tərkibində 33-35% azot element. Bu maddə suda tez həll olunur. Ammonyak şorası torpağa bitkilərin əkilməsindən əvvəl verilməlidir.

Sidik cövhəri də azot gübrəsi hesab edilir. Sidik cövhərinin tərkibində 46% azot elementi mövcuddur. Bu maddə əsasən əlavə yemləmələrdə istifadə olunur.

Azot gübrəsinin zərərli xüsusiyyətləri

Ancaq bu da nəzərə alınmalıdır ki, azot gübrəsi torpağa yüksək dozada verildiyi halda torpağın münbitliyi aşağı düşə, qida məhsulları çirklənə bilər. Azot gübrəsinin dozasının artırılması məhsulda nitratların artmasına, “C” vitamininin, şəkərin və digər maddələrin azalmasına səbəb olur.

Azot gübrələri eyni zamanda təbii su ehtiyatlarını da kirləndirir. Su obyektlərinə azot gübrəsi axıdılması həm təbii (iqlim və hava, hidrologiya, relyef), həm də antropogen faktorlarla (ərazinin kənd təsərrüfatında istifadə dərəcəsi, tətbiq olunan əkinçilik sistemi, gübrənin dozası və s.) baş verir.

Silitranın bitkiyə xeyri - Azotun faydaları

Azot gübrəsi (silitra) bitkinin qidalanması üçün əsas element sayılır. Buna görə də azot fermerlərimizin ən çox istifadə etdiyi gübrədir. Torpaqdakı azotun yalnız balanslaşdırılmış konsentrasiyası keyfiyyətli məhsula və yüksək məhsuldarlığa zəmanət verə bilər.

Ammonium Nitrat gübrəsinin tərkibində 34,4 % azot var. Bu gübrə əsasən su nəmliyi çatışmazlığı olan bölgələrdə tətbiq olunur.

Ammonium nitratın torpağa sistemli və illik daxil olması onun turşuluq səviyyəsi artırır. Torpağın asidləşməsinin qarşısını almaq üçün ammonium nitrat 1 ilə 2 nisbətində təbaşir, dolomit unu və əhəng ilə birlikdə tətbiq edilməlidir.

Payızda azot torpağa daxil olduqda, onun yeraltı sularda yuyulma riski var. Buna görə azotla gübrələmə üçün ən uyğun dövr yaz fəslidir.

Torpaqları əsasən quru olan çöl və meşə-çöl zonası üçün azot gübrələrini vaxtaşırı tətbiq etmək çox vacibdir. Qar əriməsindən 11-12 gün sonra azot gübrələməsi aparmaq daha yaxşıdır.

“Minudobreniya”, “Doroqobuj”“Rustavi Azot” brendli Ammonium Nitrat gübrələrinin tərkibində nitrat və ammonium şəklində azot var. Bu gübrə bütün torpaqlar və məhsullar üçün tədbiq oluna bilər.

Azot gübrəsi sifarişi

gubre.az-ın fermerlərimizə təklif etdiyi Rusiya istehsalı azot gübrələri həm qiymətinə, həm də kimyəvi elementlərinin tərkibinə görə ən yaxşılardandır.

Rusiya istehsalı “Rustavi Azot”, “Doroqobuj” və “Minudobreniya” azot gübrələrini əldə etmək üçün gubre.az saytından birbaşa sifariş verə bilərsiniz.

Azot gübrəsi sifariş etmək üçün sayt üzərindən qeydiyyatdan keçə və ya 828 nömrəsinə zəng edə bilərsiniz.

Eyni zamanda gubre.az-ın Azərbaycanın 200-dən çox nöqtəsində fəaliyyət göstərən satış mərkəzlərinə yaxınlaşa bilərsiniz.

 

 

© 2020 - 2024 Aqrar İnnovasiya və Təchizat Şirkəti
www.gubre.az
Whatsapp icon