Aqrar İnnovasiya və Təchizat Şirkətinin pərakəndə satış şəbəkəsi olan gubre.az hər növ yerli və xarici istehsal gübrələrin satışı, sifarişinin qəbulu və ünvana çatdırılmasını həyata keçirir.

Gübrə satışı və sifarişinin ən asan yolu

gubre.az-ın Azərbaycanın 200-dən çox nöqtəsində yerləşən satış mərkəzlərində müxtəlif növ gübrələrin satışı, sifarişinin qəbulu və təsərrüfatların yerləşdiyi ünvana pulsuz şəkildə çatdırılması təmin edilir.

gubre.az vasitəsilə gübrə məhsulları sifariş etmək çox asandır. Bunun üçün sadəcə gubre.az saytında qeydiyyatdan keçmək və onlayn qaydada gübrə sifariş vermək lazımdır. Həmçinin, fermerlər gubre.az saytında qeydiyyatdan keçmədən də sayt vasitəsilə gübrə sifarişlərini verə bilər.

Eyni zamanda, təsərrüfatçılarımız Azərbaycanın istənilən nöqtəsində 828 qısa nömrəsinə zəng edərək, gübrə sifarişlərini verə bilər. Sifariş edilmiş gübrə məhsulları əməkdaşlarımız tərəfindən qısa müddətdə fermerlərimizin təsərrüfat sahələrinə çatdırılır.

Hansı bölgələrdən gübrə sifarişi etmək olar?

Gübrə satışı son illərdə ölkəmizdə sürətlə inkişaf edən kənd təsərrüfatı sahəsinin ən vacib istiqamətlərindən biridir. Fermerlərimizin sahələrindən yüksək məhsuldarlıq və keyfiyyətli məhsul götürmələri üçün gübrələrdən istifadə etməsi ən zəruri şərtlərdəndir. Məlumdur ki, gübrə istifadə edilmiş torpaqların məhsuldarlığı və həmin sahələrdən əldə edilən məhsulların keyfiyyəti gübrə istifadə edilməyən sahələrə görə bir neçə dəfə daha yüksək olur. Bu baxımdan fermerlərimiz gübrə istifadəsini mütləq şəkildə artırmalı və doğru şəkildə istifadə etməlidirlər.

gubre.az da fermerlərimizin gübrə tələbatını qarşılamaq, onlara daha yaxın və əlçatan olmaq üçün Azərbaycanın 200-dən çox yaşayış nöqtəsinə yayılmış geniş gübrə satışı şəbəkəsi qurub.

gubre.az-ın geniş satış şəbəkəsi fermerlərimizin gübrə sifarişlərini ən qısa müddətdə təsərrüfat sahəsinə çatdırmaq və kənd təsərrüfatı sektorunun inkişafına töhfə vermək üçün əkinçilərimizin xidmətindədir.

Hansı növ gübrə məhsullarının satışı həyata keçirilir?

gubre.az mineral standard tarla gübrələri, damlama-suvarma və yarpaq gübrələri, həmçinin, mikro elementlərin satışını həyata keçirir.

Fermerlərimiz gubre.az-a müraciət edərək, təsərrüfatları üçün lazım olan hər növ gübrəni 100 faiz dövlət subsidiyası ilə fermer kartı vasitəsilə ən sərfəli qiymətlərə əldə edə bilər.

Mineral standard tarla gübrələrinin satışı və sifarişi

Mineral standard tarla gübrələrinə ammofos gübrəsi, nitroammofos gübrəsi, ammonium sulfat gübrəsi, ammonium nitrat - azot gübrəsi, karbamid gübrəsi daxildir.

gubre.az fermerlərimizə Rusiya istehsalı yüksək keyfiyyətli tarla gübrələrini təklif edir. Rusiya istehsalı “Evroxim” “Fosagro” markalı ammofos gübrələri fermerlərimizin ehtiyacları üçün ən ideal minerallardır.

Həmçinin, Rusiyanın “Doroqobuj” “Minudobreniya” markalarının istehsalı olan nitroammofos gübrələrinin də satışı və sifarişi gubre.az vasitəsilə həyata keçirilir.

Fermerlərimiz eyni zamanda bu markaların yüksək keyfiyyətli ammonium nitrat – azot gübrələrini də sərfəli qiymətə gubre.az-dan əldə edə bilər. Azot gübrələri yerli fermerlərimizin ən çox istifadə etdiyi gübrə növlərindən biridir. Azot gübrələri də fermerlərimiz üçün 100 faizlik subsidiya ilə satılır.

Mineral standard tarla gübrələrindən olan ammonium sulfat gübrələrini də fermerlərimiz bütün gubre.az satış nöqtələrindən rahatlıqla əldə edə bilər. Ammonium sulfat tərkibli gübrələrin satışı digər bütün gübrə növləri ilə eyni qaydada həyata keçirilir.

Gubre.az həmçinin SOCAR istehsalı Karbamid gübrəsinin də satışını təşkil edir. SOCAR Karbamid gübrələri yerli təsərrüfatlarda uğurla sınaqdan keçmişdir.

Damlama-suvarma və yarpaq gübrələrinin satışı

Müxtəlif növ damlama-suvarma və yarpaq gübrələrinin də satışı gubre.az tərəfindən həyata keçirilir. Damlama-suvarma və yarpaq gübrələrinin siyahısı ilə keçidə toxunaraq ətraflı tanış olmaq mümkündür.

Mikroelementlərin satışı

Biz fermerlərimizə, həmçinin, kənd təsərrüfatı sahəsinin vacib istiqamətlərindən olan mikro elementlərin də satışını təşkil edirik.

Gübrə satışı, fermerlərimizin gübrə sifarişlərinin sürətli şəkildə icra edilməsi və təsərrüfatlara çatdırılması gubre.az-ın əsas prioritetlərindən biridir. Onu da nəzərə çatdıraq ki, ölkəmizdə gübrə satışı kənd təsərrüfatı sektorunun inkişafı ilə paralel olaraq, hər il böyüyür. gubre.az da öz növbəsində gübrə məhsullarının satışı və sifarişi istiqamətində gördüyü işləri hər gün daha da təkmilləşdirir və fermerlərimiz üçün daha əlçatan olmağa çalışır.

© 2020 - 2024 Aqrar İnnovasiya və Təchizat Şirkəti
www.gubre.az
Whatsapp icon