Kalium (Potasium) Nitrat gübrəsi nədir?

Kalium Nitrat tərkibində K2O maddəsi çoxluq təşkil edən yüksək effektli azot və kaliumlu gübrədir. Bu gübrə həm açıq, həm də istixana təsərrüfatlarında dənli, meyvə-tərəvəz, gül və dekorativ bitkilərin qidalandırılması üçün idealdır.

gubre.az “ICL NOVA” brendinin yüksək keyfiyyətli Kalium Nitrat gübrələrini əminliklə yerli təsərrüfatçılarımıza tövsiyə edir.

Kalium Nitrat gübrəsi nə üçün istifadə edilir?

Kalium Nitrat gübrəsinin tərkibində nitrat azotu yüksək olduğu üçün bu gübrə, əsasən, turşuluğu aşağı olan (ph səviyyəsi yüksək olan) aşağı olan torpaq sahələrində istifadə edilir. Kalium Nitrat gübrəsinin, həmçinin, torpaq qaynaqlı xəstəliklərin olduğu təsərrüfatlarda daha çox istifadə edilməsi tövsiyə edilir.

Bir hektar istixana ərazisində ildə 4,6-4,7 ton Kalium Nitrat gübrəsi istifadə edilməsi məsləhətdir.

Kalium Nitrat gübrəsinin faydaları nədir?

Kalium Nitrat gübrəsi bitki köklərini gücləndirir, fotosintez prosesini sürətləndirir, bitki toxumalarının strukturunun yaxşılaşmasına kömək edir. Bitkilərin temperatur dəyişikliyi və susuzluğa müqavimətini artırır.

Kalium Nitrat gübrəsi eyni zamanda meyvəköklülər və meyvələrin xarici görünüşünün yaxşılaşmasına və məhsuldarlığının artmasına effektiv təsir göstərir.

Potasium Nitrat gübrəsi bitkiyə necə verilir?

Bu gübrə həm damcı suvarma və fertiqasiya vasitəsilə, həm də yarpaqdan verilə bilər.

 

© 2020 - 2024 Aqrar İnnovasiya və Təchizat Şirkəti
www.gubre.az
Whatsapp icon