Kalium Sulfat gübrəsi nədir?

Əsasən istixanalarda çiçək, meyvə və tərəvəz kimi xüsusi bitkilər üçün istifadə edilən Kalium Sulfat gübrəsinin bir çox faydaları var.

Bu gübrə fertiqasiyası üçün ideal olan bütün lazımi xüsusiyyətlərə malikdir. Təmiz, yüksək konsentrasiyaya malik olan bu Kalium Sulfat gübrəsi suda tam şəkildə və tez həll olmaqla yanaşı, istifadəsi də çox sadədir.

Kalium Sulfat necə istifadə edilir?

Kalium Sulfat gübrəsinin tətbiqinin tezliyi torpaq tipindən asılıdır. Az sıxlıqlı torpaqlara bu gübrəni daha yüksək dozada tətbiq etmək lazımdır və əksinə sıx torpaqlarda daha az istifadəsi tövsiyə edilir.

Kalium Sulfat gübrəsi bitkilərin soyuğa, xəstəlik və zərərvericilərə qarşı müqavimətini artırır, bitkilərdə hüceyrə divarını möhkəmləndirir, hüceyrəarası maye balansının saxlanılmasına köməklik edir.

Kalium Sulfat gübrəsinin əsas faydaları

Bu gübrə meyvə-tərəvəzlərin formalaşmasına, böyüməsinə, keyfiyyətinə, nişastanın və şəkərin toplanmasına və məhsuldarlığın yüksəlməsinə səbəb olur.

Kalium Sulfat tərkibli yüksək keyfiyyətli “Nova SOP” gübrələri bitkilərdə mümkün çatışmazlıqların qarşısını alan və adıçəkilən elementlərə olan tələbatı ödəyə bilən ideal gübrədir.

Çox az duz göstəricisinə malik Nova SOP yüksək səviyyəli şoran torpaqlarda yetişdirilən bitkilərin gübrələmə proqramları üçün ideal məhsuldur.

Kalium Sulfat gübrəsinin sifarişi 

İstixanalarınızdan bol məhsul götürmək üçün elə indi Kalium Sulfat gübrəsi sifariş edib tətbiqinə başlayın.

gubre.az sərfəli qiymətləri və ölkəmizin 200-dən çox nöqtəsinə yayılmış geniş satış şəbəkəsi ilə fermerlərimiz üçün əlçatandır.

Kalium Sulfat sifariş etmək üçün gubre.az saytında QEYDİYYATDAN KEÇə və ya 828 qısa nömrəsinə zəng edə bilərsiniz.

 

© 2020 Aqrar İnnovasiya və Təchizat Şirkəti
www.gubre.az