Müasir dövrün özünəməxsus inkişaf sürəti kənd təsərrüfatı sektoruna da öz müsbət təsirlərini göstərir. Məhz, bunun nəticəsidir ki, hazırda təsərrüfat sahələri dronların, müasir suvarma, əkin sistemlərinin, bitki qoruma və bəsləmə vasitələrinin, həmçinin, digər məhsul və ləvazimatların sayəsində dünya qida zəncirinin aparıcı qüvvələrindən biridir. Burada bitki bəsləmə vasitələrini xüsusilə vurğulaya bilərik ki, bitkilərin zəruri olan qida elementləri ilə təmin olunması olduqca vacib nüanslardandır. Bu dəfəki məqaləmizdə bitkilər üçün həyati əhəmiyyət daşıyan kalium elementindən və kaliumlu gübrələrdən danışacağıq.

 

Kalium nədir?

 

Kalium bitkilərdə məhsuldarlığı və keyfiyyəti artıran metabolik, fizioloji və biokimyəvi funksiyaların yerinə yetirilməsində böyük rol oynayır. Eyni zamanda kalium fermentlərin aktivliyini, fotosintez prosesini tənzimləyərək, bitkilərdə su itkisinin və solğunluğun qarşısını alır. Sözügedən maddə qida və yem bitkilərinin zülal tərkibini zənginləşdirərək, onların qida dəyərini artırır. Müxtəlif meyvələrin rənginin, ölçüsünün, dadının və ətrinin keyfiyyət standartlarına uyğunlaşmasını, eləcə də, məhsulların depolarda saxlanılması zamanı ömrünün uzun olmasını təmin edir.

 

Bitkilərdə Kalium Əskikliyinin Əlamətləri

 

Bitkilər ehtiyac olan səviyyədə kalium qəbul edə bilmədikdə inkişaf sürəti zəifləyərək, məhsuldarlığın və keyfiyyətin azalmasına gətirib çıxarır. Kalium çatışmazlığı qumlu torpaqlarda yetişən bitkilərdə daha çox müşahidə olunur. Bitkilərdə kalium çatışmazlığını müəyyən etmək üçün aşağıdakı nüanslara diqqət yetirmək vacibdir.

  • İlk olaraq yaşlı daha sonra gənc yarpaqlarda rəng solğunluğu müşahidə olunur
  • Yarpaqların sayı azalır
  • Yarpaqların kənarları əvvəlcə sarı, sonra tünd qəhvəyi olur və qıvrılır
  • Meyvələr kiçik, solğun olur
  • Bitkinin xəstəliklərə, quraqlığa və şaxtaya qarşı müqaviməti zəifləyir
  • Meyvələrin məhsuldarlığı və keyfiyyəti aşağı düşür

 

Almada Kalium Çatışmazlığı

 

Yarpaqların kənarlarında qəhvəyi ləkələr meydana çıxır və həmin hissələr quruyur. Meyvələr kiçik, solğun, qabığı qalın və dadsız olur.

 

Armudda Kalium Çatışmazlığı

 

Yarpaqlar sarımtıl yaşıl rəngə boyanaraq, qıvrılır. Yarpaq kənarlarında nekrozlar meydana çıxır.

 

Qozda Kalium Çatışmazlığı

 

Yarpaqlarda qıvrılma və qırmızımtıl ləkələr müşahidə edilir. Çiçəklənmə zəifləyir, meyvələr kiçik olur. Quraqlığa və şaxtaya qarşı müqavimət zəifləyir.

 

Kartofda Kalium Çatışmazlığı

 

Yarpaqlarda qəhvə rəngli ləkələr, qıvrılmalar meydana gəlir. Kartof meyvəsinin üzərində qara nöqtələr müşahidə olunur. Meyvənin daxilində qaralmalar meydana gəlir.

 

Pambıqda Kalium Çatışmazlığı

 

Yarpaq kənarlarında və damarlarda sarımtıl yaşıl rəngli ləkələr meydana gəlir. Yarpaqlar aşağıya doğru qıvrılır. Qozalar vaxtından əvvəl tökülür.

 

Pomidorda Kalium Çatışmazlığı

 

Yarpaqlar boz rəngə boyanmağa başlayır. Yaşlı yarpaqlarda açıq sarı rəngli nekrozlar meydana gəlir. Gövdə zəifləyir.

 

Xiyarda Kalium Çatışmazlığı

 

Yarpaqda damarlar mavi tonun çalarlarında olan rəngə, yarpaq kənarları bürünc rəngə boyanmağa başlayır. Yarpaq kənarları qurumağa başlayır. Meyvələri yumşaq, bitki gövdəsi isə incə olur.

 

Bitkilərdə Kalium Çatışmazlığını Necə Aradan Qaldırmaq Olar?

 

Kaliumun bitkilərin sağlam inkişafı, bol və keyfiyyətli məhsuldarlığı üçün həyati əhəmiyyətini nəzərə alsaq, qeyd etmək vacibdir ki, təsərrüfatlarda bitkilərin müvafiq qida maddəsi ilə təmin olunmasına xüsusi nəzarət edilməlidir. Bunun üçün kalium tərkibli bitki bəsləmə vasitələrinin istifadə normalarına və qaydalarına uyğun tətbiqi mütləq hesab edilir. Beləliklə, bitkilərdə kalium çatışmazlığını yuxarıda sadalanan və ya digər əlamətlər əsasında müəyyən edərək, müvafiq tədbirlərin görülməsi tövsiyə olunur.

 

Kaliumlu Gübrə Nədir?

 

Kaliumlu gübrələr bitkilərin böyüməsi və inkişafı üçün vacib olan əsas elementlərdən biri olan kalium tərkibli gübrə növüdür. Xüsusilə inkişafı ləngiyən bitkilərin sürətli yetişməsini təmin edir. Bitkilərin torpaqdan kifayət qədər yararlana bilmədiyi kalium qəbulunu təmin etmək, həmçinin, qida çatışmazlığından yarana biləcək problemlərin qarşısını almaq üçün kalium gübrələrindən istifadə edilir.

 

Kaliumlu Gübrə Növləri

 

Tərkibində yer alan qida maddələrinə görə, kalium gübrələri üç qrupa bölünür:

 

Kalium Sulfat Gübrəsi (Potassium Sulfate (K2SO4))

 

Suda asanlıqla həll olan kalium sulfat gübrəsi ağ kristal quruluşa malikdir. Yağıntının çox olduğu bölgələrdə və qumlu torpaqların üstünlük təşkil etdiyi əraizlərdə kalium çatışmazlığına tez-tez rast gəlinir. Buna görə də, belə ərazilərə kalium sulfat gübrəsinin tətbiqi məqsədəuyğundur. Damla suvarma yolu ilə asanlıqla tətbiq oluna bilən kalium sulfat gübrəsinin yarpaqdan tətbiqi tövsiyə edilmir.

 

Müxtəlif markalı kalium sulfat gübrələrini gubre.az-dan əldə edə bilərsiniz:

 

 

Kalium Sulfat Gübrəsinin Faydaları

 

  • Bitkinin quraqlığa, soyuğa qarşı müqavimətini artırır
  • Bitkinin sudan qənaətlə qəbulunu təmin edir
  • Bitkinin xəstəliklərə və zərərvericilərə qarşı müqavimətini artırır
  • Çiçək əmələ gəlməsini sürətləndirir
  • Meyvənin keyfiyyətini artırır

 

Kalium Nitrat Gübrəsi (Potassium Nitrate (KNO3))

 

Tərkibində natrium və xlor olmayan bu gübrə növünün bütün bitkilərə tətbiqi mümkündür. Kalium nitrat gübrəsi damcı suvarma yolu ilə bitki köklərinə, çiləmə üsulu ilə və ya toxum səpini zamanı torpağa, həmçinin, çiləmə üsulu ilə yarpaqlara tətbiq oluna bilər.

 

Müxtəlif markalı kalium nitrat gübrələrini gubre.az-dan əldə edə bilərsiniz:

 

 

Kalium Nitrat Gübrəsinin Faydaları

 

  • Tətbiqi sayəsində meyvələr iri, dolğun və sərt olur
  • Bitkidə zülal, şəkər və vitaminlərin artmasını təmin edir
  • Meyvə tökülməsini azaldır
  • Çiçəklənməni artıraraq, məhsuldarlığı və keyfiyyəti yüksəldir

 

Kalium Xlorid Gübrəsi (Potassium Chloride (KCl))

 

Tərkibində ən yüksək səviyyədə kaliumun yer aldığı bu gübrə növündə kaliumun səviyyəsi 50%-dən çoxdur. Suda həll ola bilən Kalium Xlorid Gübrəsi fotosintez prosesini stimullaşdıraraq, məhsuldarlığı da artırır. Tütün və kartof kimi xloru sevməyən bitkilərdən başqa bütün bitkilərdə istifadə oluna bilər. 

 

Kaliumlu Gübrələrin Faydaları

 

Zəngin tərkibə malik Kalium Gübrələrinin bitkilər üçün faydalılıq əmsalı olduqca yüksəkdir. 

  • Fotosintez prosesində aktiv iştirak edir
  • Bitkilərdə su balansını qoruyur
  • Üzvi maddələrin bitki orqanizmində daşınmasını təmin edir
  • Külək və buna bənzər faktorlar səbəbindən bitkilərin yatmasının qarşısını alır
  • Bitkilərdə kökün inkişafına müsbət təsir göstərir
  • Bitkilərin quraqlığa qarşı müqavimətini artırır
  • Bitkilərin soyuğa qarşı müqavimətini artırır
  • Məhsulun keyfiyyətini yaxşılaşdırır
  • Bitkilərin duzlu və əhəngli torpaqlardan daha az təsirlənməsini təmin edir
  • Bitkilərin xəstəliklərə və zərərvericilərə qarşı müqavimətini artırır
  • Meyvələrin dadını və keyfiyyətini yaxşılaşdırır

 

Kalium Gübrələrini Necə Tətbiq etmək olar?

 

Kalium Gübrələrinin tətbiq formaları, miqdarı müvafiq məhsulun tərkibinə əsasən müəyyənləşir. Məsələn, damlama suvarma yolu ilə tətbiq oluna bilən kalium sulfat gübrəsinin yarpaqdan tətbiqi tövsiyə edilmir. Ancaq digər kalium tərkibli kalium nitrat və kalium xlorid gübrələrinin yarpaqdan tətbiqi mümkündür. Bundan başqa, torpağa çiləmə, toxumla birgə və s. kimi üsullarla məhsulun növünə, tətbiq zamanına və s. səbəblərə görə tətbiq formaları müxtəlifdir.

 

Kalium Gübrələri Nə Zaman Tətbiq Edilir?

 

Yumşaq çəyirdəkli meyvə ağaclarının kalium tələbi kifayət qədər yüksək olduğu üçün bu bitkilərə kalium gübrəsinin tətbiqi məhsul yığımından sonra və ya yarpaqların tökülməsi zamanı həyata keçirilir. Sözügedən bitkilər sərt toxumludursa toxum sərtləşməyə başlayandan sonra, kalium ehtiyacı artmağa başlayır. Bu səbəbdən meyvələrin daha iri dənələrə sahib olmasını təmin etmək üçün bu dövrdə kalium gübrəsi tətbiq edilə bilər. Tərəvəz becərilməsi zamanı kalium gübrəsi əkindən öncə istifadə olunur. Çiçəkləmə və meyvələrin yetişmə dövrlərində də tətbiq edilir. Gilli torpaqlarda məhsul yetişdirərkən əkindən əvvəl kalium gübrəsini tətbiq etmək vacibdir. Gil çox az olan torpaqlarda isə əkindən sonra gübrə tətbiqi məqsədəuyğundur.

 

Kaliumlu Gübrələrin Tətbiqi Zamanı Nələrə Diqqət Edilməlidir?

 

Kalium gübrələrinin tətbiqindən öncə torpağın kalium səviyyəsini, həmçinin, digər ehtiyacları müəyyənləşdirmək üçün torpaq analizini həyata keçirmək vacibdir. Daha sonra bitkilərin kalium ehtiyacını müəyyən etmək məqsədəuyğundur. Bitki növünə, tərkibinə görə kalium gübrəsinin tətbiq formaları, miqdarı və s. dəyişə bilir. Məsələn, fosfor kimi kalium gübrəsi də köklərə yaxın tətbiq edilir. Kalium gübrələrindən istifadə edərkən kaliumun hamısını birdəfəlik tətbiq etmək əvəzinə, dozanı daim artıraraq hissəli şəkildə tətbiq etmək faydalıdır. Ümumi olaraq sahə üzrə peşəkar mütəxəssis dəstəyindən yararlanmaq tövsiyə edilir ki, ölkəmizin kənd təsərrüfatı məhsullarının satışı üzrə ixtisaslaşan gubre.az aqrar ticarət şəbəkəsi fermerlərimizə ödənişsiz aqronom məsləhəti xidmətindən yararlanmaq imkanı təqdim edir. Fermerlər 828 qısa nömrəsi və sosial media hesabları vasitəsi ilə müraciətlərini ünvanlaya bilər. 

 

Kalium Gübrəsi Satışı

 

Kənd təsərrüfatlarında bol və yüksək keyfiyyətli məhsul yığımı, həmçinin, torpağın və bitkilərin ehtiyac olan qida maddələri ilə təminatı üçün kalium gübrələrinin tətbiqi faydalıdır. Lakin tətbiq ediləcək kalium gübrə çeşidlərinin yüksək keyfiyyətli olmasına diqqət etmək vacib nüanslardandır. Fermerlər ölkəmizin müxtəlif bölgələrində 200-dən çox satış nöqtəsi ilə təmsil olunan gubre.az aqrar ticarət şəbəkəsinə yaxınlaşaraq, keyfiyyətli kalium gübrə çeşidlərini əldə edə bilər. Eyni zamanda təsərrüfat sahibləri 828 qısa nömrəsi ilə əlaqə saxlayaraq və ya gubre.az saytına və sosial media hesablarına (Instagram, Facebook, LinkedIn) daxil olaraq, sifarişlərini həyata keçirə bilər. Qeyd edək ki, subsidiyalı satış imkanlarından yararlanaraq və ya fermer kartı ilə bitki toxumlarını, həmçinin, bitki qoruma və bəsləmə vasitələrini əldə etmək mümkündür.

© 2020 - 2024 Aqrar İnnovasiya və Təchizat Şirkəti
www.gubre.az
Whatsapp icon