Yüksək azot tərkibli, keyfiyyətli Karbamid gübrəsinin sərfəli qiymətə satışı və bölgələrə çatdırılması.

Karbamid ən yüksək azot tərkibli gübrədir. Bu gübrə torpaqda asan həll edilməsi ilə seçilir.

Karbamid gübrəsinin tərkibi

Karbamid gübrəsi ammonium nitratdan (selitra) daha çox azota malikdir. Onun tərkibində 46% azot elementi var.

Karbamid gübrəsi nə vaxt və necə verilir?

Karbamid gübrəsi əsasən erkən yaz vaxtı əlavə yemləmələrdə, səpinlə birgə və bütün növ bitkilərin vegetasiya dövründə tətbiq edilir.

Karbamid gübrəsinin faydaları

Karbamidin tərkibində azot yüksək faizdə olduğu üçün bitkilərdə yaşıl kütlənin artımına xidmət edir. Beləliklə də, məhsuldarlığa və məhsulun keyfiyyətinə effektiv təsir edir.

Bu gübrə torpaq reaksiyanın turşuluğunu artırır. Buna görə də turş olmayan torpaqlar üçün məsləhət görülür.

Karbamid gübrəsinin sərfəli qiymətə satışı və sifarişi

gubre.az SOCAR-ın yerli Karbamid gübrəsini və Rusiyanın “Evroxim” markalı Karbamid gübrəsini fermerlərimizə əminliklə tövsiyə edir. SOCAR-ın istehsalı olan “Karbamid” gübrəsinin tərkibində 46,3 faiz azot mövcuddur. “Evroxim” markasının Karbamidində isə 46,2 faiz azot mövcuddur.

Karbamid gübrəsi sifariş etmək üçün gubre.az saytında qeydiyyatdan keçərək onlayn qaydada sifarişə başlaya bilərsiniz.

Eyni zamanda, 828 qısa nömrəsinə zəng edərək özünüzə ən yaxın gubre.az satış nöqtəsindən Karbamid gübrəsi sifariş edə bilərsiniz.

© 2020 - 2024 Aqrar İnnovasiya və Təchizat Şirkəti
www.gubre.az
Whatsapp icon