Kubrə, kübrə, kubra, selitra, silitrə və ya gübrə satışı və fermerlərə pulsuz çatdırılması.

Gübrə kənd təsərrüfatı sektorunda istifadəsi ən vacib məhsullardan biridir. Əkin sahələrindən yüksək məhsuldarlıq əldə etmək, bitkilərin keyfiyyətini və görünüşünü yaxşılaşdırmaq, onları müxtəlif xəstəliklərdən qorumaq üçün gübrə istifadəsi çox vacibdir. Bəs gübrə sözünün doğru yazılışı necədir?

Kübrə, kubre, selitra, yoxsa gübrə?

Azərbaycanda hələ sovet dövründən bəri fermerlər adətən gübrə əvəzinə selitra, silitrə, selitr və ya kübrə sözünü istifadə ediblər.

Azərbaycanda təsərrüfatçılar gübrə əvəzinə kübrə sözünü də çox istifadə edirlər. Ancaq bu sözün doğru yazılışı kübrə və ya kubre yox, gübrədir.

Azərbaycan dilinin izahlı lüğətində “gübrə” sözünün açıqlaması bu şəkildə verilib:

Gübrə - Bitkiləri daha yaxşı qidalandırmaq və məhsuldarlığını artırmaq üçün torpağa qatılan üzvi və ya qeyri-üzvi maddə.

Gübrə sözünün etimoloji izahı isə aşağıdakı kimidir:

Gübrə - “Alınma sözdür. Bizdə onun yerinə puş/püş (навоз) kəlməsi işlədilib (dialektlərdə indi də var). Puş təbii gübrədir, kimyəvi yolla alınmır. Xalq arasında peşoy (paşoy) sözü mövcuddur, püşlə eyni kökə malikdir”.

Göründüyü kimi, bu sözün doğru yazılışı kübrə, kubre, kübre yox, məhz GÜBRƏDİR.

Kübrə, kubra və ya selitra sözü necə yaranıb?

Təsərrüfatçılarımızın bu sözü kübrə və ya kubra kimi istifadəsi isə daha çox ənənədən yaranan məqamdır. Fermerlərimiz uzun illər ərzində gübrə sözünü tələffüz zamanı dəyişərək, “kubrə” kimi deməyə başlayıblar.

Eyni zamanda, azot gübrəsi də fermerlərimiz tərəfindən adətən selitra, silitrə, silitra, selitr, silitir və s. kimi tələffüz edilir və ya yazılır. Azot gübrəsinin də selitra və ya silitra kimi deyilib-yazılmasının səbəbi həm regionlarda yaşayan fermerlərimizin müxtəlif ləhcə və dialektlərdən istifadə etməsi, həm də sovet dövründən bəri dil yaddaşında qalmış vərdişdir.

Selitra, silitrə, yoxsa azot gübrəsi?

Əgər bir fermer selitra, silitr və ya silitradan bəhs edirsə, bilmək lazımdır ki, haqqında danışılan məhsul azot gübrəsidir.

Kubre, kübrə və ya gübrə satışı

gubre.az adından da göründüyü kimi, fermerlərimizin gübrə ehtiyaclarını tam şəkildə və ən yüksək keyfiyyətdə ödəmək üçün xidmət səviyyəsini hər gün daha da təkmilləşdirir.

Azərbaycanın 200-dən çox bölgəsində fəaliyyət göstərən gubre.az satış mərkəzləri hazırda fermerlərimiz üçün ən əlçatan xidmət şəbəkəsidir.

Təsərrüfatçılarımız özlərinə ən yaxın gubre.az satış mərkəzindən ehtiyac olan gübrə, toxum və ya bitki dərmanlarını nagd və ya fermer kartı ilə əldə edə bilər. Eyni zamanda, fermerlərimiz 828 qısa nömrəsinə zəng edərək, təsərrüfatlarında ehtiyac duyduqları məhsulları əkin sahələrinin olduğu ərazilərə sifariş də edə bilər.

© 2020 - 2024 Aqrar İnnovasiya və Təchizat Şirkəti
www.gubre.az
Whatsapp icon