Türkiyə istehsalı May-455 pambıq toxumları yüksək məhsuldarlığı və keyfiyyətli məhsulu ilə digər rəqiblərindən seçilir.

gubre.az yüksək məhsuldarlıq və keyfiyyət göstəricilərinə malik Türkiyə istehsalı May-455 pambıq toxumunu pambıqçılarımıza tam əminliklə tövsiyə edir.

May-455 pambıq toxumları ortalama 50-56 sentner məhsul verir. Bu göstəriciyə görə May-455 toxumu ən qabaqcıl nəticələrdən birinə sahibdir. May-455 ən yaxın rəqibindən 6-8 gün daha tez yetişdiyi üçün 1 dəfə az suvarma edilir.

Yarpaq sayı digər sortlarla müqayisədə daha azdır, bu səbəbdən pestisid çilənməsindən daha yaxşı nəticə əldə edilə bilir və daha az pestisid sərf edilir.

Budaqları daha az və qısa olduğu üçün pivot suvarma və dərmanlama sitemləri daha səmərəli çalışır. Az tüklü olduğu üçün məhsul daha təmiz yığılır, bu isə daha yüksək lif keyfiyyəti deməkdir. May-455 pambıq sortları az tüklü olmasına baxmayaraq, tüklü sortlar kimi quraqlığa davamlıdır.

Siz də pambıq sahələrinizdən bol və keyfiyyətli məhsul əldə etmək istəyirsinizsə, elə indi toxum sifarişləriniz üçün bizimlə əlaqə saxlayın.

Toxumun texniki göstəriciləri:
Orta məhsuldarlıq - 56.6 sentner/ha
Lif verimliliyi - 44%
Lif uzunluğu - 30.5-31.5 mm
Lif incəliyi - 4.4 mikroneyr
Müqvimət  - 32 - 36 g/tex
Səpin norması - 20-25 kq/ha
Yetişmə dövrü - Erkən
Lif keyfiyyəti - Yaxşı
Bitkinin forması - Konusvari
Yarpaq tüklülüyü - Çox az tüklü
Xəstəliyə dözümlülüyü – Çox yüksək
Adaptasiya qabiliyyəti - Çox yaxşı
Quraqlığa dözümlülüyü - Yüksək
Qozaların tokülməsinə qarşı dözümlülüyü – Yüksək
Təkrar əkinə uyğunluq - Uyğundur
___
828
+994508282828 (WhatsApp)
gubre.az

© 2020 Aqrar İnnovasiya və Təchizat Şirkəti
www.gubre.az