Yüksək məhsuldarlıq göstəricilərinə malik Türkiyə istehsalı May-344 pambıq toxumu hər hektara 40-50 senterə qədər məhsul verir.

May-344 pambıq toxumunun xüsusiyyətləri

Ötən il pambıqçılarımız tərəfindən yerli iqlim şəraitində sınaqdan keçirilən və yaxşı göstəricilər əldə edilən May-344 pambıq toxumunun yarpaqları orta tüklüdür və iri qozalara sahibdir. Toxumun əkin prosedurlarını və aqrotexniki qulluğunu doğru şəkildə icra etdikdə hektar başına 50 sentnerə qədər yüksək keyfiyyətli pambıq əldə etmək mümkündür.

Quraqlığa və susuzluğa və xəstəliklərə dözümlü pambıq toxumu

Bu toxumlar Azərbaycanın yerli torpaq və iqlim şəraitinə adaptasiya qabiliyyətinə malikdir. May-344 pambıq toxumunun quraqlığa da güclü dözümlüyüyü var.

Türkiyə sortu olan bu toxumlar pambıq xəstəliklərinə qarşı dayanıqlıdır. Eyni zamanda, yığım dövründə baş verə biləcək şiddətli külək və ya yağışlar zamanı pambığın yunları tökülmür.

Türkiyə istehsalı pambıq toxumunun satışı

May-344 pambıq toxumlarının Azərbaycanda rəsmi satış təmsilçisi olan gubre.az bu məhsuldar toxumları fermerlərimizə əminliklə tövsiyə edir.

Azərbaycanın 200-dən çox bölgəsində fəaliyyət göstərən gubre.az satış mərkəzlərinə yaxınlaşa və ya 828 qısa nömrəsinə zəng edərək toxum sifarişlərinizi verə bilərsiniz.

© 2020 Aqrar İnnovasiya və Təchizat Şirkəti
www.gubre.az