Qış aylarında meyvə bağlarında ammofos istifadəsi aqronomlar tərəfindən zəruri hesab edilən addımlardandır.

Ammofos gübrəsinin meyvələrə faydası

Meyvə ağacları qış aylarında lazım olan elementlərlə yetəri qədər qidalanmasa, onların çiçəklərinin tökülməsi və dolayısıyla az məhsul əldə edilməsi ilə nəticələnir. Bunun üçün aqronomlar ağacların köklərini və meyvə çiçəklərini gücləndirərək tökülməsini qarşısını almaq üçün ammofos gübrəsinin istifadəsini məsləhət görürlər.

Ammofos gübrəsi nədir, tərkibi və xeyirləri

Azot və fosfor elementlərini özündə ehtiva edən Ammofos gübrəsi torpağın ehtiyacı olan ən vacib gübrələrdəndir. Ammofos torpaqda asan həll olunması ilə seçilir və bitkilərin kök sistemini gücləndirir. Beləliklə, yüksək məhsuldarlığa, gözəl görünüşlü və keyfiyyətli məhsula öz töhfəsini verir. Üstəlik, torpaq sahəsini vaxtında ammofos gübrəsi ilə qidalandırmaq məhsulların rəf ömrünü də uzadır.

Meyvə bağlarında yetişdirilən meyvələrdən asılı olaraq, bir hektara ortalama 500-550 kq ammofos gübrəsi istifadə edilməsi tövsiyə edilir.

Meyvə bağlarınızda ammofos istifadə etməklə keyfiyyətli və məhsul götürməyin yolunu açın.

Ammofos gübrəsinin subsidiya ilə satışı

gubre.az ammofos gübrəsini fermerlərimizə həm fermer kartı ilə 70 faiz subsidiya, həm də nağd ödənişlə təklif edir. 

Təsərrüfatınıza ən yaxın gubre.az satış nöqtəsinə yaxınlaşaraq və ya 828 qısa nömrəsinə zəng edərək, Ammofos gübrəsi sifariş edə bilərsiniz.

© 2020 Aqrar İnnovasiya və Təchizat Şirkəti
www.gubre.az