gubreaz fermerlərimizi düşünürək, "parnik"lərdə etməməli olduğumuz səhvləri araşdırıb və istixanalardan yüksək məhsuldarlıq əldə etməyin yollarını göstərib.  

"Parnik"lərdə nəyə diqqət etməli?

Payız-qış mövsümündə Azərbaycanda yerli təsərrüfatçılar əsasən istixana bitkilərinin yetişdirilməsi ilə məşğul olur. Azərbaycanda parniklərdə ən çox pomidor, xiyar və s. kimi tərəvəzlər istehsal edilir. Bəs parniklərdən daha yüksək məhsuldarlıq əldə etmək üçün nələri etmək və ya nələri etməmək lazımdır?

gubre.az istixana təsərrüfatçılığı ilə məşğul olan fermerlərimizi nəzərə alaraq, parniklərdə yol verməməli olduğumuz əsas səhvləri bir araya toplayıb. Aşağıdakı məsləhətlərə əməl etməklə fermerlərimiz öz istixanalarından yüksək məhsuldarlıq və keyfiyyətli məhsul əldə edə bilərlər.

İstixanalarda bu səhvləri etməyin!

1. Bitkinin xəstəliyinin və zərərvericilərin doğru müəyyənləşdirilməməsi və nəticədə səhv dərmanlama
2. Dərmanların doğru vaxtda və doğru dozada istifadə edilməməsi
3. Fərqli təsirə malik dərmanların qarışdırılarq istifadə edilməsi
4. Dərmanlama aqreqatının dərmanları bitkiyə doğru şəkildə püskürtməməsi
5. Bir xəstəlik və ya zərərli həşəratlara qarşı davamlı olaraq eyni dərmanlardan istifadə edilməsi
6. Son dərmanlama günü ilə məhsul yığımı arasındakı müddətə riayət edilməməsi
7. Məhsul yığımından sonra bitki artıqlarının yandırılması zamanı torpağın tərkibindəki faydalı maddələrin zərər görməsi
8. Xəstə bitki köklərinin torpaqda saxlanılması. Bu torpağın tərkibini dəyişdiyi üçün növbəti əkinlərdə məhsuldarlığa mənfi təsir edir.
9. İstixanada torpaqdan qaynaqlanan xəstəliklərə qarşı yazda, torpağın boş olduğu dövrdə mübarizə aparılmaması

© 2020 - 2024 Aqrar İnnovasiya və Təchizat Şirkəti
www.gubre.az
Whatsapp icon