Torpaq analizi vasitəsilə torpaq sahələrinin gübrə ehtiyacı öyrənilir, torpaq sahələrinin aqrotexniki tələbləri müəyyənləşdirilir, hansı gübrə və ya dərmanların verilməli olduğu dəqiqləşdirilir.

Həmçinin, torpaq analizi fermerlərə sahələrin bitki dərmanı ehtiyaclarını, suvarma ehtiyaclarını və digər aqrotexniki tələblərini öyrənməyə imkan verir.

Torpaq sahənizin analizinin nəticələrini əldə etdikdən sonra həmin nəticələri sahənizdə əkmək istədiyiniz bitkinin tələbatları ilə qarşılaşdırır və sahənizə hansı gübrə və ya dərmanların verilməli olduğunu dəqiqləşdirirsiniz.

Hazırda Azərbaycanda fəaliyyət göstərən aqrokimya laboratoriyalarında bir neçə istiqamətdə torpaq analizləri aparılır.

Bu analizlərə torpaqda pH-ın təyini, karbonatlıq, azot, fosfor, kalium, duzluluq, mikro və makro elementlərin təyini daxildir.

Torpaq analizi necə götürülür?

Torpaq analizi verilməsi

Torpaq analizindən gözlənilən effekti almaq üçün nümunələr mütləq şəkildə qaydalara uyğun götürülməli və düzgün analiz edilməlidir.

Çox vaxt əsas diqqət laboratoriyada torpaq analizlərinin düzgün aparılmasına yönəlir. Lakin torpaq nümunələrinin doğru qaydada götürülməsi də çox vacibdir. Torpaq nümunəsi düzgün götürülməsə və ya sahəni tam səciyyələndirməsə, aparılan analizin əhəmiyyəti azalır.

Torpaq sahələrindən analiz vermək istəyən fermerlərin müraciəti əsasında mütəxəssislər həmin torpaq sahəsinə gedir və qaydalara uyğun şəkildə torpaq nümunələri götürür. Torpaq nümunələri laboratoriyaya gətirildikdən sonra əgər nəmli olarsa, xüsusi quruducu şkafda 6 saat ərzində qurudulur. Sonra həvəng dəstə ilə döyülərək ələkdən keçirilir. Ələkdən keçirilmiş torpaq nümunəsi üzərində analizlər aparılır. Aparılmış analizlər nəticəsində torpaqda hansı kimyəvi elementin az və ya çox olduğu müəyyən olunur. Bunun əsasənda fermerlərə əkin planlaşdırılması üçün tövsiyələr verilir.

Əgər torpaq sahələrinizdən yüksək keyfiyyətli və bol məhsul əldə etmək istəyirsinizsə, mütləq sahələrinizdə torpaq analizi aparın.

Torpaq analizi fermerlərə nə qazandırır?

Torpaq analizinin faydaları

Torpaq analizi fermərlərə torpaq sahələrinin strukturu, duzluluğu (EC), pH, ǝhǝng, fosfor, kalium və üzvü maddələr, həmçinin, azot tutumunu müəyyən etməyə kömək edir.

Beləliklə, fermerlərimiz aşağıdakı üstünlükləri qazanmış olur:

1. Xǝrclǝrǝ qǝnaǝt olunacaq;

2. Əkilǝcǝk sahǝnin gübrə tǝlǝbatını dəqiq biləcəksiniz;

3. Mǝhsuldarlıq artacaq və daha çox gəlir əldə edəcəksiniz;

4. Torpağın keyfiyyəti və verimliliyi artacaq;

Torpaq analizi niyə vacibdir?

Torpaq analizinin aparılması nəticəsində fermerlər sahələrindən yüksək məhsuldarlıq əldə etmək imkanı qazanırlar.

Torpağın tərkibini dəqiq bilmədən torpağa verilən gübrələr həm məhsula, həm də fermerin büdcəsinə əlavə ziyandır. Fermerlərimizə bu zərərdən qorunmaq üçün mütləq şəkildə torpaq analizi vermələrini tövsiyə edirik. Hər bir torpaq tipində əkiləcək bitkinin əkin strukturunun planlaşdırılması və gübrə normalarına olan tələbatı müəyyən edilir.

Toxum, gübrə və bitki dərmanı satışı

gubre.az eyni zamanda fermerlərimizə yüksək keyfiyyətli toxumların, gübrələrin və bitki dərmanlarının sərfəli qiymətlə satışını da təşkil edir. Fermerlərimiz torpaq analizlərinin nəticələrinə əsasən torpaq sahələrinə lazım olan gübrələri 70 faizə qədər subsidiya ilə əldə gubre.az satış mərkəzlərindən əldə edə bilər. Eyni zamanda, biz sizə bitki dərmanlarını da 100 faizə qədər subsidiya ilə təklif edirik.

Toxum və gübrə növlərinin onlayn sifarişi

gubre.az vasitəsilə onlayn şəkildə toxum, gübrə və bitki mühafizə vasitələri sifariş etmək çox asandır. İki addımla saytda QEYDİYYATDAN KEÇərək, toxum, gübrə və bitki dərmanları sifarişlərinizi tamamlaya bilərsiniz. Bütün sifarişlər pulsuz şəkildə fermerlərimizin sahələrinə çatdırılır.

 

© 2020 - 2024 Aqrar İnnovasiya və Təchizat Şirkəti
www.gubre.az
Whatsapp icon