Yüksək keyfiyyətli və məhsuldar yonca toxumlarının 100% subsidiya ilə və ya nağd satışı, çatdırılması, xarici sort yonca toxumları.

Yonca elə bir bitki növüdür ki, onu bir dəfə torpaq sahəsinə əkdikdən sonra 4-5 il davamlı olaraq məhsul götürmək olur. Bu baxımdan, yonca əkini zamanı ən vacib məqam doğru toxumu seçməkdir. Çünki bir dəfə torpaq sahənizə səpdiyiniz toxumu ortalama 4-5 il yeniləmir, həmin toxumdan məhsul götürməyə davam edirsiniz.

Yonca toxumu necə seçilməlidir?

Buna görə də torpaq sahələrinə yonca əkməyi düşünən fermerlərimizin ən diqqət etməli olduqları məqam güclü, sağlam, Azərbaycanın yerli iqlim şəraitində sınaqdan çıxarılmış və məhsuldarlığına təminat verilən yonca toxumu seçməkdir.

gubre.az fermerlərimiz üçün çox həssas olan yonca toxumu seçimində fermerlərimizdən daha da həssas davranır.

Məhsuldarlığı təsdiqlənmiş xarici sort yonca toxumları

gubre.az-ın fermerlərimizə təklif etdiyi yonca toxumu növlərinin hər biri ölkəmizin yerli iqlim şəraitində uğurla sınaqdan çıxarılmış və yüksək məhsuldarlığı təsdiq edilmiş toxumlardır.

Biz fermerlərimizə yerli yonca toxumlarından 2-3 dəfə daha çox və daha keyfiyyətli məhsul verən xarici istehsal yonca toxumlarını təklif edirik.

Keyfiyyətli yonca toxumu satışı bizim əsas prioritetlərimizdən biridir. Çünki sahələrinə yonca toxumu səpən fermerlərimiz həmin məhsuldan 4-5 il davamlı olaraq fayda əldə etmək istəyir.

Fermer kartı və subsidiya ilə yonca toxumu satışı

Fermerlərimiz gubre.az-dan İtaliya və Almaniya sortu yüksək keyfiyyətli və məhsuldarlığı təsdiqlənmiş yonca toxumlarını təqdim edir:

Yonca toxumu – “Plato” FREUDENBERGER

Almaniyanın FREUDENBERGER markasının xüsusi sortu olan “Plato” yonca toxumu açıq mavi ilə bənövşəyi çiçəklər istehsal edir və dik duruşa sahibdir. 1 hektar əraziyə 20-25 kq səpilməsi tövsiyə edilən “Plato” yonca toxumu fermerlərimizə 25 kq-lıq kisələrdə təklif edilir.

“Plato” yonca toxumu 2020-ci ildə Azərbaycanın yerli iqlim şəraitində sınaqdan keçirilib və yerli toxumlardan 2-3 dəfə daha çox məhsul götürülüb.  

Yonca toxumu – “Gea” Continental 

İtalyan keyfiyyətinə sahib olan “Gea” yonca toxumu yaxşı inkişaf etmiş kök sisteminə malikdir. “Gea” yonca toxumu yayda quraqlığa qarşı dözümlülüyə sahibdir.

Bu yonca toxumu da hektar başına 20-25 kq istifadə üçün tövsiyə edilir.

Yonca toxumu – “Emiliana” Continental 

“Emiliana” yonca toxumu da italyan sortu yonca toxumları sırasında ən məhsuldar və keyfiyyətli çeşiddir. Yerli fermerlərimiz tərəfindən sınaqdan keçirilmiş və məhsuldarlığı təsdiqlənmiş “Emiliana” yonca toxumunu da gubre.az əminliklə tövsiyə edir.

Yonca toxumu – “Adorno” Continental

İtalyan istehsalı olan “Adorno” yonca toxumunun da bir hektara 20-25 kq səpilməsi tövsiyə edilir. 22-24 gün ərzində yenidən boy atan “Adorno” yonca toxumu da gubre.az-ın fermerlərimizə əminliklə tövsiyə etdiyi növlərdəndir.

Yonca toxumu növlərinin satışı, sifarişi və çatdırılması

Qeyd edək ki, gubre.az İtaliya və Almaniya istehsalı yonca toxumlarının Azərbaycandakı eksklüziv satış təmsilçisidir. Adıçəkilən toxumlar ilk dəfə ölkəmizə gubre.az tərəfindən gətirilib və məqsədimiz fermerlərimizin öz torpaq sahələrindən yüksək keyfiyyətli yonca əldə etməsinin təminidir.

Yonca toxumlarını sifariş etmək üçün 828 qısa nömrəsinə zəng edə və ya gubre.az saytı vasitəsilə bizə yaza bilərsiniz.

Şirkətimizin Azərbaycanın 200-dən çox nöqtəsində fəaliyyət göstərən satış mərkəzlərinə yaxınlaşaraq da yonca toxumlarını əldə edə bilərsiniz.

Onu da bildirək ki, fermerlərimiz yonca toxumlarını fermer kartı vasitəsilə 100 faizlik dövlət subsidiyası ilə əldə edə bilər.

© 2020 - 2024 Aqrar İnnovasiya və Təchizat Şirkəti
www.gubre.az
Whatsapp icon