Acente 1.8 EC / Sunset Kimya (18 g/l Abamectin) 1 lt

18 ₼

Səbətə əlavə et
Kateqoriya: Məhsulun adı / Kodu: Acente 1.8 EC / Sunset Kimya (18 g/l Abamectin) 1 lt / 33

Məlumat

İSTİFADƏ OLUNDUĞU BİTKİ VƏ ZƏRƏRLİLƏR:

BITKININ ADI ZƏRƏRLININ ADI İSTIFADƏ DOZASI SON DƏRMANLAMA ILƏ MƏHSULDARLIQ ARASINDAKI DÖVRÜ
DEKORATIV BITKILƏR Yarpaq qaleri ağcaqənədi (Liriomyza trifolii) 0,25 L/1 ton su -
POMİDOR İki nöqtəli hörümçək (Tetranychus urticae) 0,25 L/ha 3 gün
PAMBIQ İki nöqtəli hörümçək (Tetranychus urticae) 0,5 L/ha 21 gün
ALMA Avropa qırmızı hörümçəyi (Pononychus olmi) 0,75 L/1 ton su 7 gün
ARMUD Armud psilidi (Cacopsylla pyri) 0,75 L/1 ton su -
BİBƏR (İSTİXANA) Qırmızı hörümçəklər (Tetranychus spp.) 0,25 L/1 ton su 3 gün
XİYAR (İSTİXANA) Qırmızı hörümçəklər (Tetranychus spp.) 0,25 L/1 ton su 3 gün
BADIMCAN (İSTİXANA) Iki nöqtəli hörümçək (Tetranychus urticae) 0,25 L/1 ton su 3 gün
ÇİYƏLƏK İki nöqtəli hörümçək (Tetranychus urticae) 0,25 L/1 ton su 3 gün

İSTİFADƏYƏ HAZIRLANMA ŞƏKLİ:
Tövsiyyə edilən dozası üzərindən bitki mühafizə vasitəsi öncə ayrı bir qabda bir miqdar su ilə qarışdırılır. Dərmanlama alətinin çəninin yarsı su ilə doldurulur. Alətin qarışdırıcısı işlək vəzəiyyətdə olarkən dərman qarışımı çənə əlavə edilir. Qarışdırılma davam etdirilərək çən su ilə doldurulur. Dərmanın hazırlanması tamamlanadək qarışdırılma davam etdirilir. Hazırlanan dərman həmin gün istifadə edilməlidir.

KALİBRASİYA:
Dərmanlamağa başlamadan öncə dərmanlama alətinin kalibrasiyası edilməlidir. Dərmanlamalarda sahəyə tətbiq ediləcək dərmanın qarışım miqdarı müəyyən edilməlidir. Dərmanlama günün sərin saatlarında, küləksiz və ya az küləkli hava şəraitində aparılmalıdır.

DƏRMANLAMA ALƏTİNİN TƏMİZLƏNMƏSİ:
Dərmanlamanı bitirdikdən dərhal sonra dərmanlama alətinin çənini etibarlı bir şəkildə boşaldın. Çənə təmiz su tökərək qarışdırıcını və püskürtmə sistemini işlədən bütün hissələrin yuyulmasını təmin edin. Dərmanlama alətinin yuyulmasını su qaynaqlarının yaxınlığında etməyin. Alətin yuyulması zamanı istifadə edilən suyu su qaynaqlarına boşaltmayın.

DƏRMANIN İSTİFADƏ QAYDASI:
DEKORATİV BİTKİLƏR - YARPAQ QALERİ AĞCAQƏNƏDİ: İlk qalaeri əlamətləri görüldüyündə dərmanlama aparılır. Ehtiyac olarsa dərmanlama təkrarlanır. İki dərmanlama arasında ən azı 7 gün müddət olmalıdır.

PAMBIQ – QIRMIZI HÖRÜMÇƏK: Zərərlilər ilə mübarizə zamanın təyin edilməsi üçün bitkilər 4-6 yarpaqlı olduğu zaman nəzarət edilir. Zərərlilər yalnız tarla kənarında və ya lokal olaraq tarlanın bir yerindədirsə yalnız həmin sahələr dərmanlanmalıdır. Yarpaq başına orta hesabla 5-10 ədəd canlı qırmızı hörümçək görüldüyündə dərmanlama aparılmalıdır.

ARMUDDA PSİLİDİ: Qışlayan yetişkin nəsillərdən qalan yumurtuların demək olar ki, hamısı açıldıqda ikinci və üçüncü dövrdə limfalar görüldüyündə, zoğların 15%-dən çoxunda yoluxma görüldüyündə dərmanlama aparılır. Hər zoğda bir zərərli görüldüyündə, o zoğ yoluxmuş hesab edilir.

POMİDOR, BİBƏR, XİYAR, BADIMCAN - QIRMIZI HÖRÜMÇƏKLƏR: Pomidor, xiyar və badımcan bitkisində yarpaq başına 3-5 ədəd, bibərdə 1-3 ədəd canlı qırmızı hörümcək görüldüyündə dərmanlama aparılmalıdır.

ÇİYƏLƏK – QIRMIZI HÖRÜMÇƏK: Erkən dövrdə tətbiqi: Yoluxmuş çiyələk tarlalarında, çiçək və yaşıl meyvə dövründə (ilk yetişmiş meyvələr görülməmişdən əvvəl) qırmızı hörümçəklər görüldüyündə tək dərmanlama aparılır. Erkən dövr dərmanlamanın aparılması meyvələrdə iz buraxmaması baxımından etibarlıdır.
MÖVSÜMİ TƏTBİQETMƏ: Erkən dövrdə dərmanlama aparılmadıqda, mövsümün əvvəlində (martın sonu - aprelin əvvəlində) açıq yerdə yetişən çiyələk 3-5 gün aralıqlarla yoxlanılır. Qırmızı hörümçəklər çiyələkdə mövsümün əvvəlində ətrafındakı bitkilərdə görülür. Əvvəlcə bu bitkilərin yoxlanılması və dərmanlanması kifayətdir. Yoluxmaının yayılması halında bitkilərin orta və alt tərəflərində ən azı 50 yarpaq yoxlanılır. Yarpaq başına 15 və daha artıq qırmızı hörümçək tapıldığında dərmanlama aparılmasına qərar verilir. Meyvə toplanmasından dərhal sonra dərmanlama aparılır. Son dərmanlama və məhsul yığımı arasındakı vaxta diqqət edilməlidir.

DƏRMANIN MÜQAVİMƏTİ İLƏ BAĞLI MƏLUMAT:
ACENTE 1.8 EC bitki mühafizə vasitəsi təsir mexanizminə görə qrup 6 olaraq sinifləndirilmiş bir insektisid-akarsiddir. Eyni təsir mexanizmilərinə sahib bitki mühafizə vasitələri kimi təkarar dərmanlama və müqavimətin inkişafına kömək edir. Bu səbəblə müqavimətinin inkişafını gecikdirmək üçün ACENTE 1.8 EC ilə eyni məhsul sezonu dövründə tövsiyyə edilən dərmanlama sayısını aşmamaq lazımdır. Dərmanlamanın təkrarlanması halında isə fərqli təsir mexanizminə sahib (6-cı qrup xaric) bitki mühafizə vasitələrindən istifadə etməyə üstünlük verməlisiniz.

QARIŞDIRILMA ŞƏRTLƏRİ:
Digər bitki mühafizə vasitələri ilə qarışımı əvvəlcədən sınaqdan keçirilməlidir. Qələvi dərmanlarla qarışdırılmır.

EMULSİYA KONSENTRATI (EC)
QRUPU | 6 | INSEKTISID - AKARSID (BÖCƏK VƏ QIRMIZI HÖRÜMÇƏK DƏRMANI)
TƏSİREDİCİ MADDƏSİ: 18 g/L Abamectin
• Əvvəlcə etiketdəki məlumatları oxuyun.
• Evdə istifadə etməyin.
• Uşaqlardan, qidala və heyvan yemlərindən uzaqda saxlayın.
• Dərmanlama zamanı heç nə yeməyin, içməyin və siqaret çəkməyin.
• Dərmanlanmış sahəyə 1 gün müddətində insan və heyvan daxil olması sağlamlıq üçün təhlükəlidir.
• İnsan sağlamlığını və ətraf mühiti qorumaq üzrə risklərin qarşısını almaq üçün bu dərmanı tövsiyə edildiyi kimi və tövsiyyə edilən dozada istifadə edin.

TÖVSİYƏ EDİLƏN BİTKİLƏRDƏN BAŞQA, DİGƏR BİTKİLƏRDƏ İSTİFADƏSİ QADAĞANDIR.
İstifadə edilmiş dərmanın boş qabının içinə ¼ qədər təmiz su tökərərk, yaxşı çalxalayın, bu suyu dərmanlama alətinin çəninə boşaldın. Bu prosesi 3 dəfə təkakralayın.
ZƏHƏRLƏNMƏ ƏLAMƏTLƏRİ:
Göz bəbəklərində böyümə, konsentrasiya pozğunluğu, əzələ daralmasına səbəb olur.
İLK YARDIM TƏDBİRLƏRİ:
Tənəffüs edildikdə: Xəstəni təmiz havaya çıxarın, ehtiyac olarsa süni tənəffüs verin və həkim çağırın.
Dəri ilə təmas etdikdə: Çirki paltarları çıxarın, dərini su və sabunla yuyun və dərhal həkim çağırın.
Göz ilə təmas etdikdə: Ən azı 20 dəqiqə gözləri su ilə yuyun. Gözlərin və göz qapaqlarının tamamən yuyulması üçün göz qapaqlarını açıq tutun. Dərhal həkim çağırın və xəstəni xəstəxanaya aparın.
Udulduqda: Xəstəyə iki stəkan su verin və qusturmağa çalışın, xəstənin qusması şəfaf olanadək davam edin. Huşu yerində olmayan xəstəni qusturmağa çalışmayın, dərhal həkim çağırın.

VAKSİNİ VƏ MÜALİCƏSİ:
Xüsusi vaksini yoxdur. Əlamətlərə uyğun müalicə tətbiq edilir. Zəhərlənmə halında xəstə 30 dəqiqə ərzində qusdurulmalıdır. Xəstəyə tibbi kömür verilməlidir. GABA-nı sürətləndirəcək dərmanlar(Barbiturate, Benzodiazepin. Valpropicacid) verilməlidir.

RESPUBLİKA TOKSİKOLOGİYA MƏRKƏZİ
TEL: (+994 12) 597-99-20, (+994 12) 597-99-24

EMULSİYA KONSENTRATI (EC)
QRUPU | 6 | INSEKTISID - AKARSID (BÖCƏK VƏ QIRMIZI HÖRÜMÇƏK DƏRMANI)
TƏSİREDİCİ MADDƏSİ: 18 g/L Abamectin

TƏRKİBİ: Dərmanın tərkibində Abamectin var.
ZƏRƏRLİLİK İFADƏLƏRİ:
H226 – Alovlanır maye və buxar.
H304 – Tənəffüs borusuna düşməsi və udulması halında öldürücüdür.
H312 – Dəri ilə təması halında zərərlidir.
H315 – Dəri xəsarətinə səbəb olur.
H319 – Ciddi göz xəsarətinə səbəb olur.
H301 – Udulması halında toksikdir.
H331 – Tənəffüs edilməsi halında toksikdir.
H335 – Tənəffüs borusu xəsarətinə səbəb ola bilər.
H373 – Uzun və ya təkrar məruz qalmaq daxili orqanlara zərər verə bilər.
H412 – Ətraf mühitdə üzun zaman qalıcı və zərərli təsirlidir.

TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ:
P101 – Uşaqların əli çatmayan yerdə saxlayın.
P210 – İstilik, qığılcım, açıq alov, isti səthlərdən uzaq tutun. Siqaret çəkməyin.
P264 – İstifadədən sonra əlləri su ilə yaxşıca yuyun.
P270 – Bu məhsulu istifadə edərkən yeməyin, içməyin və siqaret çəkməyin.
P273 – Ətraf mühitə tullanılmasından çəkinin.
P280 - Qoruyucu əlcəklər/qoruyucu geyimlər/gözlərin mühafizəsi/üzün mühafizəsi vasitələrindən istifadə edin.
P501 - İçindəkiləri/konteyneri tullantıları qaydalara uyğun şəkildə boşaldın, məhv edin.
EUH401- İnsan sağlamlığına və ətraf mühitə risklərdən yayınmaq üçün istifadə təlimatlarına riayət edin.

İSTİFADƏ EDƏRKƏN VƏ SAXLAYARKƏN DİQQƏT EDİLƏCƏK XÜSUSİYYƏTLƏR:
• Bitki mühafizə vasitəsini məhsulun orjinal qabında, qapalı olaraq mühafizə edin.
• Boşaldılan qabları başqa məqsədlə istifadə etməyin.
• Boşaldılan qida və ya içki qablarına bitki mühafizə vasitəsini qoymayln.
• Arılar üçün zəhərlidir. Çiçəklənmə dövründə istifadə etməyin.
• Balıqlar üçün zəhərlidir. Yeraltı və yerüstü su qaynaqlarına boşaltmayın.
• Məhsul alışaniləndir, xüsusi ilə alovdan uzaq saxlayın.
• Dərmanlama zamanı, çəndə olan bütün məhsulu tarlaya püskürtün.
• İstifadə edilmə tarixinə riayət edin.
• Tökülməsi, dağılması halında üstünə qum, torpaq və s. oxşar maddələrdən səpin, sonra toplayıb, məhv edin.
• Küləkli hava şəraitində dərmanlama aparmayın.

SAXLANMA QAYDASI:
Normal (sərin və quru) şərtlərdə orjinal qablarda, açılmadan anbarladıqda 2 il müddətində fiziki, kimyəvi və bioloji özəlliklərində görünüş xaric bir dəyişiklik olmaz.

İSTEHSALÇININ BƏYANATI:
Orijinal qablaşdırmalarda satılmaq şərti ilə istehsalçı dərmanların keyfiyyətinə zəmanət verir. İstehsalçı saxlanma şərtləri pozulduqda və ya istifadə qaydalarına uyğun dərmanlama həyata keçirilmədikdə məhsulun keyfiyyətinə zəmanət vermir və hər hansı bir zərər üçün öhdəlik daşımır.

LİSENZİYA SAHİBİ və İSTEHSALÇI ŞİRKƏT:
SUNSET KİMYA TARIM ÜRÜNLERİ VE ALETLERİ İML. PAZ. SAN. VE TİC. LTD. ŞTİ. Adana Hacı Sabancı Organize Sanayi Bölgesi Toros Cad. No:11 Sarıçam/ADANA Tel: 0 (322) 394 51 71-72 Fax: 0 (322) 394 51 73

Video

© 2020 Aqrar İnnovasiya və Təchizat Şirkəti
www.gubre.az