Kingcozeb M-45 / 80% Mancozeb / Sunset Kimya / 0,8 kq, əd

11.04 ₼

Səbətə əlavə et
Kateqoriya: Məhsulun adı: Kingcozeb M-45 / 80% Mancozeb / Sunset Kimya / 0,8 kq, əd / 24

Məlumat

İSTİFADƏYƏ HAZIRLANMA ŞƏKLİ:
Tövsiyyə edilən dozası üzərindən bitki mühafizə vasitəsi öncə ayrı bir qabda bir miqdar su ilə qarışdırılır. Dərmanlama alətinin çəninin yarsı su ilə doldurulur. Alətin qarışdırıcısı işlək vəzəiyyətdə olarkən dərman qarışımı çənə əlavə edilir. Qarışdırılma davam etdirilərək çən su ilə doldurulur. Dərmanın hazırlanması tamamlanadək qarışdırılma davam etdirilir. Hazırlanan dərman həmin gün istifadə edilməlidir.

KALİBRASİYA:
Dərmanlamağa başlamadan öncə dərmanlama alətinin kalibrasiyası edilməlidir. Dərmanlama alətinin çəninə əraziyə uyğun müəyyən edilmiş miqdarda su tökülməlidir. Dərmanlama günün sərin saatlarında, küləksiz və ya az küləkli hava şəraitində aparılmalıdır.

DƏRMANLAMA ALƏTİNİN TƏMİZLƏNMƏSİ:
Dərmanlamanı bitirdikdən dərhal sonra dərmanlama alətinin çənini etibarlı bir şəkildə boşaldın. Çənə təmiz su tökərək qarışdırıcını və püskürtmə sistemini işlədən bütün hissələrin yuyulmasını təmin edin. Dərmanlama alətinin yuyulmasını su qaynaqlarının yaxınlığında etməyin. Alətin yuyulması zamanı istifadə edilən suyu su qaynaqlarına boşaltmayın.

DƏRMANIN İSTİFADƏ QAYDASI:
ALMA QARALƏKƏSİ:
1-ci dərmanlama: Çiçək gözləri qabaranda (dal sıracası olan yerlərdə 3-5 gün əvvəl)
2-ci dərmanlama: Çəhrayı rozet tumurcuğu dövründə (çiçəklər ayrı-ayrı görüldüyündə),
3-cü dərmanlama: Çiçək ləçəkləri 70%-80%-i töküldükdə,
4.-cü və digər dərmanlamalar iqlim şəraiti xəstəliyin irəliləməsi üçün uyğun olduğu hallarda istifadə olunan dərmanın təsir müddətləri diqqətə alınaraq tətbiq edilməlidir.

ALMA MƏMƏLİ PAS:
1-ci dərmanlama: Çiçək tumurcuqları açıldıqdan sonra (qırmızı rozet dövrünün başlanğıcında),
2-ci dərmanlama: Çiçek ləçəkləri tamamən töküldükdə,
3-cü dərmanlama: 2-ci dərmanlamadan 15 gün sonra aparılmalıdır.

ÜZÜM MİLDİYÖ: İlk dərmanlama zoğlar 25-30 sm olduqda dərmanlama aparılmalıdır. 2-ci və sonrakı dərmanlama 1-ci dərmanlamanın müddəti və xəstəliyin inkişaf etməsi halında, metroroloji amillər nəzərə alınaraq 10-15 gün ara ilə dərmanlama aparılır.

ÜZÜM ÖLÜ KOL: Yaz dərmanlaması:
1-ci dərmanlama: Zoğlar 2-3 sm olduqda, 2-ci dərmanlama: Zoğlar 8-10 sm olduqda, 3-cü dərmanlama: Zoğlar 25-30 sm olduğu dövrlərdə aparılmalıdır.

SOĞAN MİLDİYÖ: Günlük ortalama istilik 16°C’yə çatması və nisbi ritubetin 80% olması ilə zərərli ilə mübarizəyə başlanıla bilər, həmçinin ətrafda xəstəlik əlamətlərinin aşkarlanması ilə dərmanlama aparıla bilər.

XİYARDA MİLDİYÖ: Bitkilər kol atmağa başlayanda və ya kifin ilk əlaməti müşahidə edildikdə dərmanlama aparılır və xəstəliyin şiddətinə görə 7-10 gün aralıqlara davam etdirilir. Dərmanlama bitkinin hər tərəfini, xüsusi ilə yarpaq altlarını əhatə edəcək şəkildə aparılmalıdır.

İSLANA BİLƏN TOZ (WP)
QRUPU | M3| FUNQİSİD (GÖBƏLƏK DƏRMANI)
TƏSİREDİCİ MADDƏSİ: 80% Mancozeb

• Əvvəlcə etiketdəki məlumatları oxuyun.
• Evdə istifadə etməyin.
• Uşaqlardan, qidala və heyvan yemlərindən uzaqda saxlayın.
• Dərmanlama zamanı heç nə yeməyin, içməyin və siqaret çəkməyin.
• Dərmanlanmış sahəyə 1 gün müddətində insan və heyvan daxil olması sağlamlıq üçün təhlükəlidir.
• İnsan sağlamlığını və ətraf mühiti qorumaq üzrə risklərin qarşısını almaq üçün bu dərmanı tövsiyə edildiyi kimi və tövsiyyə edilən dozada istifadə edin.

TÖVSİYƏ EDİLƏN BİTKİLƏRDƏN BAŞQA, DİGƏR BİTKİLƏRDƏ İSTİFADƏSİ QADAĞANDIR.

ZƏHƏRLƏNMƏ ƏLAMƏTLƏRİ:
Gözlərin, burun, boğaz və dərinin qıcıqlanması, başgicəllənmə və ağrı, zəiflik, zəif görmə, ürək bulanması.

İLK YARDIM TƏDBİRLƏRİ:
Tənəffüs edildikdə: Xəstəni dərmanlanmış sahədən uzaqlaşdırıb, təmiz havaya çıxarın, nəfəs almırsa tibbi yardım çağırın və mümkünsə süni tənəffüs verin. Dərhal tibbi yardıma müraciət edin.
Dəri ilə təmas etdikdə: Çirki paltarları çıxarın, bol miqdarda su ilə yuyun və qurulayın, qaşınma olarsa dərhal tibbi yardıma müraciət edin.
Göz ilə təmas etdikdə: Maruz qalan gözü, göz qapaqlarını açıq şəkildə və göz qapaqlarını göz yuvasından mümkün qədər uzaqlaşdıraraq bol su ilə yuyun. Göz linzaları varsa və rahat çıxardılırsa, 1-2 dəqiqə sonra çıxardın və yumağa davam edin. Qaşınma baş verərsə, tibbi yardım alın.
Udulduqda: Ən yaxın xəstəxanaya müraciət edin, məhsulun etiketini göstərin və tibbi yardım alın. Xəstəni qusdurmağa çalışmayın. Xəstə huşunu itirməyibsə ağzını bol su ilə çalxalayın və bol miqdarda su içirdin. Ümumi əlamətlərə uyğun olaraq müailicə tətbiq edilir.

VAKSİNİ VƏ MÜALİCƏSİ:
Xüsusi vaksini yoxdur. Əlamətlərə uyğun müalicə tətbiq edilir.

RESPUBLİKA TOKSİKOLOGİYA MƏRKƏZİ
TEL: (+994 12) 597-99-20, (+994 12) 597-99-24

TƏRKİBİ: Dərmanın tərkibində Mancozeb, Natrium izopropil naftalin sulfonat var.
ZƏRƏRLİLİK İFADƏLƏRİ:
H317 - Dəridə alergiyaya səbəb ola bilər.
H318– Ciddi göz xəsarətinə səbəb ola bilər.
H361fd – Dölün zədələnməsinə səbəb ola bilər. Doğulmamış uşağa zərər verə bilər.
H400 – Ətraf mühit üçün çok toksikdir.

TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ:
P101 – Uşaqların əli çatmayan yerdə saxlayın.
P201 - İstifadədən əvvəl xüsusi təlimatları oxuyun.
P273 – Ətraf mühitə tullanılmasından çəkinin.
P280 - Qoruyucu əlcəklər/qoruyucu geyimlər/gözlərin mühafizəsi/üzün mühafizəsi vasitələrindən istifadə edin.
P501 - İçindəkiləri/konteyneri tullantıları qaydalara uyğun şəkildə boşaldın, məhv edin.
EUH401- İnsan sağlamlığına və ətraf mühitə risklərdən yayınmaq üçün istifadə təlimatlarına riayət edin.

İSTİFADƏ EDƏRKƏN VƏ SAXLAYARKƏN DİQQƏT EDİLƏCƏK XÜSUSİYYƏTLƏR:
• Arılar üçün zəhərlidir. Çiçəklənmə dövründə istifadə etməyin.
• Balıqlar üçün zəhərlidir. Su qaynaqlarına boşaltmayın.
• Bitki mühafizə vasitəsini qabında qapalı olaraq mühafizə edin.
• Boş qabları başqa məqsədlə istifadə etmyin.

SAXLANMA QAYDASI:
Normal (sərin və quru) şərtlərdə orjinal qablarda, açılmadan anbarladıqda 2 il müddətində fiziki, kimyəvi və bioloji özəlliklərində görünüş xaric bir dəyişiklik olmaz.

İSTEHSALÇININ BƏYANATI:
Orijinal qablaşdırmalarda satılmaq şərti ilə istehsalçı dərmanların keyfiyyətinə zəmanət verir. İstehsalçı saxlanma şərtləri pozulduqda və ya istifadə qaydalarına uyğun dərmanlama həyata keçirilmədikdə məhsulun keyfiyyətinə zəmanət vermir və hər hansı bir zərər üçün öhdəlik daşımır.

LİSENZİYA SAHİBİ və İSTEHSALÇI ŞİRKƏT:
SUNSET KİMYA TARIM ÜRÜNLERİ VE ALETLERİ İML. PAZ. SAN. VE TİC. LTD. ŞTİ. Adana Hacı Sabancı Organize Sanayi Bölgesi Toros Cad. No:11 Sarıçam/ADANA Tel: 0 (322) 394 51 71-72 Fax: 0 (322) 394 51 73

POMİDORDA MİLDİYÖ: Bitki mühafizə vasitəsi ilə mübarizəyə ətrafdakı pomidor yarpaqlarında 3-5 mm ölçüsündə qəhvərəngli ləkələrin alt üzündə ağ kül kimi örtüyün görülməsi ilə və ya xstəliyin hər il çıxdığı yerlərdə, xəstəlik üçün uyğun şərait görüldüyündə dərmanlama aparılır. Xəstəliyin inkişafına və iqlim şəraitinə görə 10-12 gün arlıqlarla dərmanlama davam etdirilir.
NOXUD ANTRAKNOZU: Toxum dərmanlamsı: Toxum əkimin yapıldığı gün dərmanlama aparılmalıdır. Yaşıl axşam dərmanlaması: Dərmanlama günlük ortalam istiliyin 10°C və nisbi rütubətin 80% olması halında başlanılsada, praktik olaraq bölgədə xəstəliyin ilk əlamətləri görüldüyündə dərmanlama aparılır. Xəstəliyin şiddəti, iqlim şəraiti və məhsulun təsir müddəti diqqətə alınaraq dərmanlama davam etdirilir. Dərmanlamanın aparıldığı gün güclü yağış olubsa, dərmanlama təkrarlanmalıdır.
LOBYA ANTRAKNOZU: Bölgədə ilk xəstəlik əlamətlərinin görüldükdə dərmanlama aparılmalıdır. Xəstəliyin şiddəti, iqlim şəraiti və məhsulun təsir müddəti diqqətə alınaraq dərmanlama davam etdirilir. Bitkinin yaşıl axşam dərmanlamasına xüsusi diqqət edilməlidir.

LOBYA PASI: Ətrafda lobya yarpaqlarında pas əlamətlərinin görülməsindən etibarən dərmanlamağa başlanılır və xəstəliyin şiddəti, iqlim şəraiti və. Quru lobyada kapsulların yetişməsi dövründə xəstəlik görüldüyündə məhsul zərərinə səbəb olmadığından dərmanın tətbiqinə ehtiyac yoxdur.
POMİDOR, BADIMCAN, KARTOFDA ERKƏN YARPAQ YANIQLIĞI: İstər şitillərdə istər tarlada ilk ləkələr görüldüyündə dərmanlama aparılmalıdır. İqlim şəraiti xəstəliyin inkişafı üçün uyğun olduğunda xəstəliyin inkişafına və iqlim şəraitinə görə 10-12 gün aralıqlarla dərmanlama davam etdirilir.
SƏBZƏ ŞİTİLLƏRİNDƏ KÖK ÇÜRÜKLÜYÜ: Əkimdən əvvəl toxumlar 100 kq toxuma 200 q dərman uyğun gələcək şəkildə yaxşı qarışdırılaraq dərmanlama aparılır.
YEMİŞ, QARPIZ ANTRAKNOZ: Toxum dərmanlamsı: Əkimdən əvvəl toxumlar 1 saat müddətində isladılıb, 1 saat qurudulduqdan sonra dərmanlama aparılır. Yaşıl axşa dərmanlaması: Dərmanlama günlük ortalam istiliyin 16°C və nisbi rütubətin 80% olması halında başlanılsada, praktik olaraq bölgədə yemiş, qarpız yarpaqlarında, saplarında ilk antraknoz görüldüyündə dərmanlama aparılır. Xəstəliyin şiddəti, iqlim şəraiti və məhsulun təsir müddəti diqqətə alınaraq dərmanlama davam etdirilir.

BUĞDA PAS XƏSTƏLİKLƏRİ: Sarı pas Puccunia striiformis, qəhvərəngli pas P.recondita tritici, Kara pas P. graminis tritici. Xəstəlik əlamətləri görüldüyündə dərmanlama aparılır. Pasa qarşı yaşıl axşam dərmanlaması aparılır. Yarpaqların və sapın üzü dərmanlı su əhatə edəcək şəkildə dərmanlama aparılmalıdır. İqlim şəraiti və xəstəliyin vəziyyəti nəzərə alınaraq ehtiyac olduqca 21-28 gün aralıqlarla dərmanlama aparılır. Məhsul yığımına bir ay qalmış bitkinin yetişkin dövrünə daxil olması səbəbindən dərmanlama aparılmamalıdır.

ŞƏRBƏTÇİOTUNDA MİLDİYÖ: Yazda zoğlar ortalama 75-100 sm olduqda dərmanlama aparılır. Çiçək dövrünə qədər bir həftə ara ilə dərmanlama təkrarlanır. Bu dövrdə koza tutma dövrünə qədər 10 gün aralıqla davam etdirilir.
YERFISTIĞINDA KÖKBOĞAZI ÇÜRÜKLÜYÜ: Toxum dərmanlamasıdır. Bitki mühafizə vasitəsinin toxum üzündə tutması üçün toxumlar əvvəldən nəmləndirilir.
YER FISTIĞI YARPAQ LƏKƏSİ: Dərmanlama xəstəliyin hər il görüldüyü yerlərdə əkimdən 4-5 həftə sonra başlanılır, məhsul yığımına qədər davam etdirilə bilər.

DƏRMANIN MÜQAVİMƏTİ İLƏ BAĞLI MƏLUMAT:
KINGCOZEB M-45 bitki mühafizə vasitəsi təsir mexanizminə görə qrup M3 olaraq sinifləndirilmiş bir funqisiddir. Eyni təsir mexanizmilərinə sahib bitki mühafizə vasitələri kimi təkrar dərmanlama və müqavimətin inkişafına kömək edir. Bu səbəblə müqavimətinin inkişafını gecikdirmək üçün KINGCOZEB M-45 ilə eyni məhsul sezonu dövründə tövsiyyə edilən dərmanlama sayısını aşmamaq lazımdır. Dərmanlamanın təkrarlanması halında isə fərqli təsir mexanizminə sahib (M3 qrupu xaric) bitki mühafizə vasitələrindən istifadə etməyə üstünlük verməlisiniz.

QARIŞDIRILMA ŞƏRTLƏRİ:
Kükürdlü əhəng çökəkliyi və bor tərkibli yarpaq gübrələri ilə qarışdırılmamalıdır. Başqa dərmanlarla qarışdırılmadam əvvəl ilkin sınaq yoxlamaların aparılması tövsiyə olunur.

Video

© 2020 - 2024 Aqrar İnnovasiya və Təchizat Şirkəti
www.gubre.az
Whatsapp icon