Abşeron 915 EC / Sunset Kimya (915 g/l Metalachlor S + 45 g/l Benoxacor) 1 lt

30 ₼

Səbətə əlavə et
Kateqoriya: Məhsulun adı: Abşeron 915 EC / Sunset Kimya (915 g/l Metalachlor S + 45 g/l Benoxacor) 1 lt
Artikul: Herbicide

Məlumat

İSTİFADƏ OLUNDUĞU BİTKİ VƏ YABANI OTLAR:

BITKININ ADI : PAMBIQ

YABANI OTUN ADI : Topalaq (Cyperus rotundus)
Quş darısı (Echonochloa crus-galli )
Qara tərə (Amaranthus albus)
Meşə pərpətöyünü (Portulaca oleraceae)
Ağımtıl tərə (Chenopodium album)

İSTİFADƏ DOZASI VƏ DÖVRÜ : 1,5 L / ha əkindən əvvəl torpağa qarışdırılır

DƏRMANIN İSTİFADƏYƏ HAZRILANMASI:
Tövsiyyə edilən dozası üzərindən bitki mühafizə vasitəsi öncə ayrı bir qabda bir miqdar su ilə qarışdırılır. Dərmanlama alətinin çəni yarıya qədər su ilə doldurulur. Alətin qarışdırıcısı işlək vəzəiyyətdə olarkən dərman qarışımı çənə əlavə edilir. Qarışdırılma davam etdirilərək çən su ilə doldurulur. Dərmanın hazırlanması tamamlanadək qarışdırılma davam etdirilir. Hektara istifadə ediləcək su miqdarı 200-400 litr olmalıdır, dərmanlamada yelpikvarı başlıqlar istifadə edilməldir.

KALİBRASİYA:
Dərmanlama aparılmadan əvvəl dərmanlama alətinin kalibrasiyası edilməlidir. Müəyyən bir əraziyə veriləcək qarışım miqdarı düzgün tənzimlənməlidir. Dərmanlama günün sərin saatlarında, küləksiz və ya az küləkli hava şəraitində aparılmalıdır.

DƏRMANLAMA ALƏTİNİN TƏMİZLƏNMƏSİ:
Dərmanlamanı bitirdikdən dərhal sonra dərmanlama alətinin çənini etibarlı bir şəkildə boşaldın. Çənə təmiz su tökərək qarışdırıcını və püskürtmə sistemini çalışdıraraq bütün hissələrin yuyulmasını təmin edin. Dərmanlama alətinin yuyulmasını su qaynaqlarının yaxınlığında etməyin. Alətin yuyulması zamanı istifadə edilən suyu su qaynaqlarına boşaltmayın.

DƏRMANIN İSTİFADƏ QAYDASI:
ABSHERON 915 EC , pambıqda topalaq ilə dar yarpaqlı və bəzi geniş yarpaqlı yabanı otların mübarizəsində istifadə olunan bir herbisiddir.

ABSHERON 915 EC pambıq əkin sahələrinə əkindən əvvəl pulverizasiya edilərək üst torpaq təbəqəsinə (5 sm-ə qədər dərinliyə) qarışdırılaraq istifadə olunan, Topalaq (Cyperus spp.) başda olmaqla bir illik dar yarpaqlı yabanı otları, həmçinin bəzi geniş yarpaqlı yabanı otları da təsiri altında saxlayan, torpaqdan yüksək təsirə malik, selektiv bir yabanı ot dərmanıdır. Yabanı otlar cücərib torpağın üzünə çıxarkən zoğların ucları vasitəsi ilə dərman bitkiyə hopur və beləliklə bitki məhv olur.

DƏRMANIN MÜQAVİMƏTİ İLƏ BAĞLI MƏLUMAT:
ABSHERON 915 EC adlı bitki mühafizə vasitəsi, təsir mexanizminə görə qrup K3,15 olaraq sinifləşdirilmiş bir herbisiddir. Eyni təsir mexanizmilərinə sahib bitki mühafizə vasitələri kimi təkrar istifadəsi müqavimətin inkişafına kömək edir. Bu səbəblə müqavimətinin inkişafını ləngitmək üçün ABSHERON 915 EC eyni məhsul sezonu dövründə tövsiyyə edilən dərmanlama sayısını aşmamaq lazımdır. Dərmanlamanın təkrarlanması halında isə fərqli təsir mexanizminə sahib (K3,15 qrupu xaric) bitki mühafizə vasitələrindən istifadə etməyə üstünlük verməlisiniz.

QARIŞDIRILMA ŞƏRTLƏRİ:
Digər dərmanlarla qarəşdırılması tövsiyyə edilmir.

EMULASİYA KONSENTRAT (EC)
QRUPU | K3,15 | HERBİSİD (YABANI OT DƏRMANI)
TƏSİREDİCİ MADDƏSİ: 915 g/L S-Metolachlor + 45 g/L Benoxacor (Safener)

• Əvvəlcə etiketdəki məlumatları oxuyun.
• Evdə istifadə etməyin.
• Uşaqlardan, qidala və heyvan yemlərindən uzaqda saxlayın.
• Dərmanlama zamanı heç nə yeməyin, içməyin və siqaret çəkməyin.
• Dərmanlanmış sahəyə 1 gün müddətində insan və heyvan daxil olmasından qoruyun.
• İnsan sağlamlığı və ətraf mühiti qorumaq üçün istifadə təlimatlarına əməl edin.

BU DƏRMANIN TÖVSİYƏ EDİLƏN BİTKİLƏRDƏN ƏLAVƏ
BAŞQA BİTKİLƏRƏ İSTİFADƏSİ QADAĞANDIR.
İstifadə edilmiş dərmanın boş qabının içinə ¼ qədər təmiz su tökərərk, yaxşı çalxalayın, bu suyu dərmanlama alətinin çəninə boşaldın. Bu prosesi 3 dəfə təkakralayın.

ZƏHƏRLƏNMƏ ƏLAMƏTLƏRİ:
Baş ağrısı, baş dönməsi, halsızlıq, bulanlıq görmə və.s.

İLK YARDIM TƏDBİRLƏRİ:
Tənəffüs edilərsə: Xəstəni dərmanlamış ərazidən uzaqlaşdırıb, təmiz havaya çıxardın. Nəfəs almırsa tibbi yardıma müraciət edin və mümkünsə süni tənəffüs edin. Dərhal tibbi yardıma müraciət edin
Dəri ilə təmas etdikdə: Çirkli paltarları çıxarın, bol su ilə yuyun və qurulayın, qaşınma olarsa dərhal tibbi yardım alın.
Gözlə ilə təmas etdikdə: Maruz qalan gözü, göz qapaqlarını açıq şəkildə və göz qapaqlarını göz yuvasından mümkün qədər uzaqlaşdıraraq bol su ilə yuyun. Göz linzaları varsa və rahat çıxardılırsa, çıxardın və yumağa davam edin. Qaşınma qalıcı olarsa tibbi yardıma müraciət edin.
Udularsa: ən yaxın səhiyyə mərkəzinə müraciət edin bu dərmanın etiketi göstərin və tibbi yardım alın. Tibbi olaraq tövsiyə edilmədikcə qusdurmayın. Xəstə huşsuz deyilsə ağzını bol miqdarda su ilə çalxalayın. Xəstənin ümumi vəziyyətini dəyərləndirib, əlamətlərə görə müalicə tətbiq edin.

VAKSİNİ VƏ MÜALİCƏSİ:
Xüsusi vaksini yoxdur. Əlamətlərə uyğun müalicə tətbiq edilir.

RESPUBLİKA TOKSİKOLOGİYA MƏRKƏZİ
TEL: (+994 12) 597-99-20, (+994 12) 597-99-24


TƏRKİBİ: Dərmanın tərkibində S-Metolachlor, Benoxacor var.
ZƏRƏRLİLİK İFADƏLƏRİ:
H226 – Alışqandır maye və buxar.
H315 - Dərinin qıcıqlanmasına səbəb olur.
H317 – Alerjik dəri reaksiyalarına səbəb ola bilər.
H319 – Ciddi göz qaşınmasına səbəb olur.
H410 – Ətraf mühitdə uzun müddət qalıcı və çox toksik təsirlidir.

TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ:
P210 – İstidən/qıvılcımdan/alovdan/isti səthlərdən uzaq saxlayın. Siqaret çəkməyin.
P240 – Qabı və alıcı avadanlığı torpağa bərkidin/ yerləşdirin.
P241 – Partlamağa davamlı elektrik /ventilyasiyalı / yanıcı materialdan istifadə edin.
P243 – Statik axıtmaya qarşı qoruyucu tədbirlər aldın.
P264 - İstifadə etdikdən sonra əllərinizi təmiz yuyun.
P272 – Çirkli paltarlarınızı iş yerindən kənara çıxartmayın.
P273 - Ətraf mühitə buraxılmasından yayının.
P280 - Qoruyucu əlcəklər/qoruyucu geyimlər/gözlərin mühafizəsi/üzün mühafizəsi vasitələrindən istifadə edin.
P501 - İçindəkiləri/konteyneri tullantıları qaydalara uyğun şəkildə boşaldın, məhv edin.
EUH401 - İnsan sağlamlığına və ətraf mühitə risklərdən yayınmaq üçün istifadə təlimatlarına riayət edin.

İSTİFADƏ EDƏRKƏN VƏ SAXLAYARKƏN DİQQƏT EDİLƏCƏK XÜSUSİYYƏTLƏR:
• Arılar üçün zəhərlidir. Çiçəklənmə dövründə istifadə etməyin.
• Balıqlar üçün zəhərlidir. Yeraltı və yerüstü su qaynaqlarına boşaltmayın.
• Bitki mühafizə vasitəsitəsini qablarında qapalı olaraq mühafizə edin.
• Boş dərman qablarını qaydalara uyğun şəkildə məhv edin.

SAXLANMA QAYDASI:
Normal (sərin və quru) şərtlərdə orjinal qablarda, açılmadan anbarladıqda 2 il müddətində fiziki, kimyəvi və bioloji özəlliklərində görünüş xaric bir dəyişiklik olmaz.

İSTEHSALÇININ BƏYANATI:
Orijinal qablaşdırmalarda satılmaq şərti ilə istehsalçı dərmanların keyfiyyətinə zəmanət verir. İstehsalçı saxlanma şərtləri pozulduqda və ya istifadə qaydalarına uyğun dərmanlama həyata keçirilmədikdə məhsulun keyfiyyətinə zəmanət vermir və hər hansı bir zərər üçün öhdəlik daşımır.

LİSENZİYA SAHİBİ və İSTEHSALÇI ŞİRKƏT:
SUNSET KİMYA TARIM ÜRÜNLERİ VE ALETLERİ İML. PAZ. SAN. VE TİC. LTD. ŞTİ. Adana Hacı Sabancı Organize Sanayi Bölgesi Toros Cad. No:11 Sarıçam/ADANA
Tel: 0 (322) 394 51 71-72 Fax: 0 (322) 394 51 73

Video

© 2020 Aqrar İnnovasiya və Təchizat Şirkəti
www.gubre.az