Raneb 5 SG / Sunset Tarim (5% Emamectin Benzoate) 0,8 kq

32 ₼

Səbətə əlavə et
Kateqoriya: Məhsulun adı: Raneb 5 SG / Sunset Tarim (5% Emamectin Benzoate) 0,8 kq
Artikul: Array

Məlumat

DƏRMANIN İSTİFADƏYƏ HAZIRLANMASI:
Tövsiyyə edilən dozası üzərindən hesablanan bitki mühafizə vasitəsi öncə ayrı bir qabda bir miqdar su ilə qarışdırılır. Dərmanlama alətinin çəninin yarsı su ilə doldurulur. Alətin qarışdırıcısı işlək vəzəiyyətdə olarkən dərman qarışımı çənə əlavə edilir. Qarışdırılma davam etdirilərək çən su ilə doldurulur. Dərmanın hazırlanması tamamlanadək qarışdırılma davam etdirilir. Hazırlanan dərman həmin gün istifadə edilməlidir.

KALİBRASİYA:
Dərmanlama aparılmadan əvvəl dərmanlama alətinin kalibrasiyası edilməlidir.Müəyyən bir əraziyə veriləcək dərmanlı suyun miqdarı, təcrübədə yaxşı bir örtük təmin etmək üçün tənzimlənməlidir. Dərmanlama günün sərin saatlarında, küləksiz və ya az küləkli hava şəraitində aparılmalıdır.

DƏRMANLAMA ALƏTİNİN TƏMİZLƏNMƏSİ:
Dərmanlamanı bitirdikdən dərhal sonra dərmanlama alətinin çənini etibarlı bir şəkildə boşaldın. Çənə təmiz su tökərək qarışdırıcını və püskürtmə sistemini çalışdıraraq bütün hissələrin yuyulmasını təmin edin. Dərmanlama alətinin yuyulmasını su qaynaqlarının yaxınlığında etməyin. Alətin yuyulması zamanı istifadə edilən suyu su qaynaqlarına boşaltmayın.

DƏRMANIN İSTİFADƏ QAYDASI:
Bibər (İstixana) Pambıq Yarpaq Qurduna Qarşı: Tarlaya künclərdən daxil olaraq, 100 bitkidə 1-2 yeni açılmış yumurta paketi və ya 4-5 sürfə görüldüyündə zərərliyə mübarizəyə başlanılmalıdır. Dərmanlama sürfələr yarpaq üzərindən dağılmadan əvvəl başladıqda daha yaxşı nətəicə edilir.

Pomidor (İstixana) Yaşıl Qurda Qarşı: Tarlaya künclərdən daxil olaraq, 50-100 bitki yoxlanılaraq, bitkinin çiçək, yarpaq, meyvə və zoğlarında yumurta və sürfə axtarılır. 100 bitkinin 5 ədədi yoluxduğu halda dərmanlama tətbiq edilməlidir.

Üzüm Salxım Güvəsinə Qarşı: Salxım güvəsinə qarşı ediləcək dərmanlama təxmin və xəbərdarlıq sisteminə görə təyin olunur. Dərmanlama üçün tələlərin içində tutulan kəpənəklərin sayı zirvəyə çatmalı və düşməyə başlamalı, effektiv istiliyin cəmi 1-ci nəsildə 120 gün-dərəcə, axşamüstü istiliyi iki gün ardıcıl 150C və yuxarı olmalıdır, bu vəziyyət növbəti günlərdə davam etməlidir. Effektiv istilik cəmi 2-ci nəsildə 520 gün-dərəcə, 3-cü nəsildə 1047 gün-dərəcəyə çatmalıdır, asma fenologiyası 1-ci nəsildə çiçək tumurcuğu, 2-ci nəsildə şirinləşmənin başlanğıc dövründə olmalıdır. İlk sürfə çıxışı görüldüyündə dərmanın tətbiq edilməsinə qərar verilir. Hər nəsilə bir dərmanlama tətbiq edilir.

DƏRMANIN MÜQAVİMƏTİ İLƏ BAĞLI MƏLUMAT:
RANEB 5 SG adlı bitki mühafizə vasitəsi, təsir mexanizminə görə qrup 6 olaraq sinifləşdirilmiş bir insektisiddir. Eyni təsir mexanizmilərinə sahib bitki mühafizə vasitələri kimi təkrar istifadəsi müqavimətin inkişafına kömək edir. Bu səbəblə müqavimətinin inkişafını ləngitmək üçün RANEB 5 SG-ni eyni məhsul sezonu dövründə tövsiyyə edilən dərmanlama sayısını aşmamaq lazımdır. Dərmanlamanın təkrarlanması halında isə fərqli təsir mexanizminə sahib (6-cı qrupu xaric) bitki mühafizə vasitələrindən istifadə etməyə üstünlük verməlisiniz.

QARIŞDIRILMA ŞƏRTLƏRİ:
RANEB 5 SG bitki mühafizə vasitəsini digər dərmanlarla qarışdırıb istifadə etməyin.

SUDA HƏLL OLAN QRANUL (SG)
QRUPU | 6 | INSEKTISID (BÖCƏK DƏRMANI)
TƏSİREDİCİ MADDƏSİ: 5% Emamectın Benzoate


Əvvəlcə etiketdəki məlumatları oxuyun.
Evdə istifadə etməyin.
Uşaqlardan, qidala və heyvan yemlərindən uzaqda saxlayın.
Dərmanlama zamanı heç nə yeməyin, içməyin və siqaret çəkməyin.
Dərmanlanmış sahəyə 1 gün müddətində insan və heyvan daxil olması onun sağlamlığı üçün təhlükəlidir.
İnsan sağlamlığını və ətraf mühiti qorumaq üzrə risklərin qarşısını almaq üçün bu dərmanı tövsiyə edildiyi kimi və tövsiyyə edilən dozada istifadə edin.

BU DƏRMANIN TÖVSİYƏ EDİLƏN BİTKİLƏRDƏN ƏLAVƏ
BAŞQA BİTKİLƏRƏ İSTİFADƏSİ QADAĞANDIR.

ZƏHƏRLƏNMƏ ƏLAMƏTLƏRİ:
Əzələlərin titrəməsi, əzələlərin qeyri-ixtiyari hərəkəti, göz bəbəklərinin böyüməsi.

İLK YARDIM TƏDBİRLƏRİ:
Tənəffüs edilərsə xəstəni dərmanlamış ərazidən uzaqlaşdırıb, təmiz havaya çıxardın. Nəfəs almırsa təcili tibbi yardım çağırın və mümkünsə süni tənəffüs edin. Dərhal təcili tibbi yardıma müraciət edin.
Dəri ilə təmas etdikdə çirkli paltarları çıxarın. Təmas etmiş hissələri bol su yuyun. Təkrar bol su və sabun ilə yuyun, qurulayın, qıcıqlanma baş verərsə dərhal tibbi yardım alın.
Gözlə ilə təmas etdikdə məruz qalan gözü, göz qapaqlarını açıq şəkildə və göz qapaqlarını göz yuvasından mümkün qədər uzaqlaşdıraraq ən azı 15 dəqiqə bol su ilə yuyun. Göz linzaları varsa və rahat çıxardılırsa, çıxardın və yumağa davam edin. Qıcıqlanma baş verərsə, tibbi yardım alın.
Udularsa ən yaxın səhiyyə mərkəzinə müraciət edin bu dərmanın etiketi göstərin və tibbi yardım alın. Tibbi olaraq tövsiyə edilmədikcə qusdurmayın. Xəstə huşsuz deyilsə ağzını bol miqdarda su ilə çalxalayın və bol miqdarda su içirdin. Xəstənin ümumi vəziyyətini dəyərləndirib, əlamətlərə görə müalicə tətbiq edin.
VAKSINİ VƏ MÜALİCƏSİ:
Xüsusi bir vaksini yoxdur. Əlamətlərə uyğun müalicə tətbiq edilir.

RESPUBLİKA TOKSİKOLOGİYA MƏRKƏZİ
TEL: (+994 12) 597-99-20, (+994 12) 597-99-24

TƏRKİBİ: Dərmanın tərkibində Emamectin Benzoate, sodyum dodesil sulfat, Sitrik asid var.
ZƏRƏRLİLİK İFADƏLƏRİ:
H302 - Udularsa zərərlidir.
H318 - Ciddi göz zədələrinə səbəb olur.
H411 – Su mühitində uzun müddət qalıcı və toksik təsirilidir.

TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ:
P264 – Tozunu/tüstüsünü nəfəs almaqdan çəkinin.
P270 - Bu dərmandan istifadə edərkən yeməyin, içməyin və siqaret çəkməyin.
P273 - Ətraf mühitə buraxılmasından yayının.
P280 - Qoruyucu əlcəklər/qoruyucu geyimlər/gözlərin mühafizəsi/üzün mühafizəsi vasitələrindən istifadə edin.
P501 - İçindəkiləri/konteyneri tullantıları qaydalara uyğun şəkildə boşaldın, məhv edin.
EUH401 - İnsan sağlamlığına və ətraf mühitə risklərdən yayınmaq üçün istifadə təlimatlarına riayət edin.

İSTİFADƏ EDƏRKƏN VƏ SAXLAYARKƏN DİQQƏT EDİLƏCƏK XÜSUSİYYƏTLƏR:
• Arılar üçün zəhərlidir. Çiçəklənmə dövründə istifadə etməyin.
• Balıqlar üçün zəhərlidir. Yeraltı və yerüstü su qaynaqlarına boşaltmayın.
• Dərmanı öz qablarında qapalı olaraq və quru yerlərdə saxlayın, mühafizə edin.
• Boş dərman qablarına qaydalara uyğun şəkildə məhv edilməsi lazımdır.
• Boş dərman qablarını başqa məqsədlər üçün istifadə etməyin. Qaydalara uyğun şəkildə məhv edin.

SAXLANMA QAYDASI:
Normal (sərin və quru) şərtlərdə orjinal qablarda, açılmadan saxlanıldıqda 2 il müddətində fiziki, kimyəvi və bioloji özəlliklərində heç bir dəyişiklik (görünüş xaric) olmaz.

İSTEHSALÇININ BƏYANATI:
Orijinal qablaşdırmalarda satılmaq şərti ilə istehsalçı dərmanların keyfiyyətinə zəmanət verir. İstehsalçı saxlanma şərtləri pozulduqda və ya istifadə qaydalarına uyğun dərmanlama həyata keçirilmədikdə məhsulun keyfiyyətinə zəmanət vermir və hər hansı bir zərər üçün öhdəlik daşımır.

LİSENZİYA SAHİBİ və İSTEHSALÇI ŞİRKƏT:
SUNSET KİMYA TARIM ÜRÜNLERİ VE ALETLERİ İML. PAZ. SAN. VE TİC. LTD. ŞTİ. Adana Hacı Sabancı Organize Sanayi Bölgesi Toros Cad. No:11 Sarıçam/ADANA Tel: 0 (322) 394 51 71-72 Fax: 0 (322) 394 51 73

Video

© 2020 Aqrar İnnovasiya və Təchizat Şirkəti
www.gubre.az