Məlumat
Sort 2011-ci ildən Azərbaycan Respublikasının seleksiya nailiyyətlərinin Dövlət reyestrinə daxildir və patentlə mühafizə olunurMənşəyi: Sort institutun dünya genofondundan yerli şəraitə uyğunlaşan, boylarının qısa, bir bərabərdə paylanmasına və arxitektonikasına görə fərqlənən formalardan fərdi seçmə yolu ilə alınmışdır.
Ümumi xarakteristikası
Sort qısaboyludur (78-84 sm), gövdəsi möhkəm, yatmaya davamlıdır, məhsuldar kollanması 2,4-2,5-dir. Vegetasiya müddəti suvarmada 225 gün təşkil edir, digər rayonlaşmış sortlardan 4-6 gün gec yetişir. Sort
yüksək arxitektonikaya malikdir
Növmüxtəlifliyi
Eritrospermumdur. Sünbülü düz, qısa, qırmızı rəngdədir. Qılçıqları qısa, dağınıq olub tüklüdür. Sortun dəni xırda, forması yarım-yumurtavari, rəngi qırmızı, şırımın xarakteri dayaz, qayəsi tüklüdür. Sünbüldə sünbülcüklər orta sıxlıqdadır, dənlərin sayı 38-46 ədəddir
Məhsuldarlığı
Sortun suvarmada orta məhsuldarlığı 6,76 t/ha olmuşdur. Bu da rayonlaşmış Qiymətli-2/17 sortundan 2,2-2,7 t/ha çoxdur. Tərtər və Qobustan BTS-lərdə ekoloji sınaqlarda rayonlaşmış sortlardan orta hesabla 1,02 t/ha artıq məhsul vermişdir. Potensial məhsuldarlığı 7,0-8,0 t/ha-dır
Dənin keyfiyyəti
1000 dənin kütləsi 40-46 qramdır. Dəndə zülalın miqdarı 14,2-14,8%, kleykovinanın miqdarı 26,8-28,2%-dir
Xəstəliklərə və iqlim şəraitinə davamlılğı
Tədqiqat illərində sarı pasa, sürmə xəstəliklərinə tutulması müşahidə olunmamış, bəzi illərdə qonur pas xəstəliyinə zəif sirayətlənir. Şaxtaya davamlıdır
Becərilmə bölgələri və sələfləri
Sortun respublikanın əsasən suvarma və nəmliklə təmin olunan dağlıq və dağətəyi bölgələrində becərilməsi təklif olunur. Suvarma bölgələrində sort üçün ən yaxşı sələf çoxillik bitkilər və cərgəarası becərilən bitkilər, dağətəyi bölgələrdə isə qara və bitkili heriklərdir
Səpin müddəti
Suvarma şəraitində sort üçün optimal səpin müddəti oktyabrın ikinci və üçüncü, dağətəyi dəmyə şəraitində isə sentyabrın ikinci və üçüncü ongünlükləri aralıqları hesab olunur.
Gübrə norması
Gübrə norması: Sort üçün ən yaxşı gübrə normaları sələfdən və torpağın münbitliyindən asılı olaraq hektara təsiredici maddə hesabı ilə 80-100 kq fosfor, 40-60 kq kalium və 100-120 kq azot gübrələri hesab
olunur.
Video