1. ÜMUMİ ŞƏRTLƏR

1.1. Hazırkı Məxfilik Siyasəti gubre.az Platformasının ayrılmaz bir hissəsidir.

1.2. Bu Məxfilik Siyasəti İstifadəçinin şəxsi məlumatlarının toplanılması, saxlanılması, işlənməsi, istifadəsi və müdafiəsi qaydalarını müəyyən edir.

1.3. Platformada İstifadəçinin qeydiyyatı, daxil olması və ya məhsulların sifarişi zamanı, həmçinin Platformadan istifadənin başqa hallarında, İstifadəçi Platformaya öz şəxsi məlumatlarını verir. Məlumatın toplanması Platforma İstifadəçilərindən sorğuların aparılması yolu ilə də həyata keçirilə bilər. İstifadəçilərin sorğularında iştirak İstifadəçilərin icazəsi ilə həyata keçirilir.

1.4. İstifadəçi Platformaya özü haqqında şəxsi məlumatların və istənilən başqa informasiyanın verilməsi haqqında sərbəst və könüllü qərar qəbul edir, həmçinin də şəxsi məlumatların və informasiyanın gubre.az tərəfindən işlənməsinə və ya işlənməsi üçün üçüncü şəxslərə ötürülməsinə öz razılığını bildirir.

1.5. Şəxsi məlumatların işlənməsi istənilən hərəkət və ya hərəkətlərin toplanma, saxlama, istifadə və yayılma kimi məcmusu və ya şəxsi məlumatların, həmçinin informasiya (avtomatlaşdırılmış) sistemlərinin istifadəsi ilə məhv edilməsidir.

1.6. Şəxsi məlumatların işlənməsinin məqsədləri aşağıdakılardır:

1.6.1. Platformanın fəaliyyətinin yaxşılaşdırılması üçün statistik və analitik məlumatların alınması;

1.6.2. Platformada göstərilən xidmətlərin spektrinin genişləndirilməsi;

1.6.3. Platforma və ya üçüncü şəxslərin informasiya və ya reklam xəbərlərinin alınması (yeni imkanlar, aksiyalar və başqa xəbərlər haqqında xəbərdarlıq);

1.6.4. İstifadəçilərin və ya üçüncü şəxslərin qanunsuz və ya icazəsiz hərəkətlərinin xəbərdarlığı və qarşısının alınması;

1.6.5. Qüvvədə olan qanunvericiliyin tələblərinə riayətin təminatı;

1.7. Platforma İstifadəçilər haqqında növbəti informasiyanı toplayır:

1.7.1. Platformadan istifadə zamanı gubre.az İstifadəçinin daxil etdiyi şəxsi informasiyaları Platformanın məlumat bazasında toplayır. Belə informasiya, İstifadəçinin adı və soyadı, telefon nömrəsi, sifarişin verildiyi məkan, həmçinin ünvanı ola bilər. Əgər İstifadəçi sosial şəbəkə hesabları vasitəsilə daxil olursa, Platforma həmçinin belə sosial şəbəkənin profilində yerləşdirilmiş informasiyanı toplaya bilər.

1.7.2. Platforma, ona giriş zamanı, proqram təminatı tərəfindən avtomatik olaraq texniki informasiyaları toplaya bilər.

1.8. Platforma, həmçinin də gubre.az, irqi və ya etnik mənşə haqqında məlumatları, siyasi və dini dünyagörüşü, məsləklər, siyasi partiyalara və həmkarlar ittifaqlarına üzvlük, cinayət cəzasına məhkumluqlar, həmçinin də sağlamlığa, cinsiyyət həyatına aid olan məlumatları, biometrik və ya genetik məlumatları toplamır və işləmir.

1.9. gubre.az, Platformaya İstifadəçilər tərəfindən təqdim edilmiş heç bir şəxsi və ya başqa məlumatları, İstifadəçinin belə icazəni verdiyi hal istisna olmaqla, həmçinin də İstifadəçi razılaşması ilə və ya qanunvericiliklə nəzərdə tutulmuş hallarda, aidiyyatı olmayan üçüncü şəxslərə vermir.

1.10. gubre.az ehtiyac yarandığı hallarda sifariş məlumatlarını Platforma ilə əməkdaşlıq edən və ya gubre.az ilə bağlı olan şəxslərə verə bilər.

1.11. gubre.az Platformadan istifadə prosesində İstifadəçilər tərəfindən verilmiş informasiyanı və şəxsi məlumatları satmır və icarəyə vermir.

1.12. Platforma İstifadəçisi başqa İstifadəçi tərəfindən verilmiş məlumatlardan, həmin İstifadəçinin yazılı icazəsi olmadan və ya belə məlumatlardan hər hansı başqa yolla istifadə etməməyi öhdəsinə götürür. Platformadan istifadə ilə əlaqədar İstifadəçidən alınmış bütün məlumatlar yalnız sifarişlərin icrasında istifadə edilə bilər.

1.13. Platforma İstifadəçisi onun Platformadan istifadə prosesində verdiyi şəxsi və başqa məlumatları istənilən vaxt qismən dəyişdirmək, silmək və ya başqa üsulla düzəliş etmək imkanına malikdir.

1.14. İstifadəçi onun göstərdiyi istənilən informasiyanın və məlumatların dəqiqliyi və düzgünlüyü üçün məsuliyyət daşıyır.

1.15. gubre.az İstifadəçinin şəxsi məlumatlarına üçüncü şəxslərin icazəsiz girişindən müdafiəsi üçün mümkün təhlükəsizlik tədbirlərini təmin edir.

1.16. Platforma tərəfindən toplanmış və işlənmiş bütün şəxsi məlumatlar bir və ya bir neçə qorunan korporativ şəbəkədən kənarda, giriş olmayan serverdə saxlanılır. gubre.az İstifadəçilərin şəxsi məlumatlarının yerləşdiyi məlumat bazalarına girişi olan bütün əməkdaşlarını İstifadəçilər haqqında informasiyanın üçüncü şəxslərə yayılmaması haqqında xəbərdar edir.

2. ÇƏRƏZLƏR VƏ BƏNZƏR TEXNOLOGİYALAR

2.1. Platforma informasiyanın saxlanılması üçün çərəzlərdən (cookies) və bənzər texnologiyalardan istifadə edə bilər. Bu fayllar Platformanın istifadəsini yüngülləşdirmək, xidmətlərinin keyfiyyətinin və təhlükəsizliyinin artırılması məqsədi ilə, həmçinin reklam məqsədi ilə istifadə olunur.

2.2. Platforma tərəfindən İstifadəçidən alınan istənilən informasiya, həmçinin çərəz faylların İstifadəçinin brauzerində yerləşdirilməsi, xəbərdarlıq vasitəsilə və İstifadəçinin icazəsi ilə həyata keçirilir. Platformadan istifadəni davam edərək, İstifadəçi çərəz fayllarının İstifadəçinin brauzerində saxlamasına öz icazəsini verir.

2.3. Platforma çərəzlərdən və bənzər texnologiyalardan, İstifadəçinin brauzerinin fəallığı prosesində İstifadəçinin qurğusunda saxlanılan və həmçinin də, daha uzun müddətli dövr ərzində İstifadəçinin qurğusunda qalan başqa bənzər texnologiyalardan istifadə edir. İstifadəçinin belə çərəzlər və bənzər texnologiyaları bloklamaq və silmək imkanı vardır.

2.3.1. Çərəzlər – Platformadan alınmış məlumatlar olub, İstifadəçinin brauzerində saxlanılır, əgər İstifadəçi təkrar olaraq həmin məlumatlara baş çəkərsə, Platformaya yollanır. Çərəz faylları sistemə giriş və statistika yığımı üçün lazımı məlumatları yazaraq Platformadan istifadəni yüngülləşdirir. Çərəz faylları özündə şəxsi məlumatları saxlamır.

2.3.2. Bənzər texnologiyalar – brauzerdə və ya qurğuda informasiyanı saxlayan, "flashcookies", "HTML 5 cookies" kimi texnologiyalardır. Bu texnologiyalar İstifadəçinin bütün brauzerlərində işləyə bilər, bəzi hallarda isə tamamilə brauzerlə idarə oluna bilmirlər və İstifadəçi tərəfindən təyin edilmiş əlavələr və ya qurğular vasitəsilə bilavasitə idarəetməni tələb edə bilərlər.

2.4. Çərəzlərə və bənzər texnologiyalara icazəsiz girişin qarşısını almaq üçün gubre.az bütün təhlükəsizlik tədbirlərini görür. İstifadəçi də analoji təhlükəsizlik tədbirlərini görməyi öhdəsinə götürür. gubre.az zəmanət verir ki, yalnız gubre.az və Platformanın səlahiyyətli təchizatçıları çərəz məlumatlarına girişə malikdirlər.

2.5. Platformanın səlahiyyətli təchizatçıları Platformaya müxtəlif məqsədlərlə kömək edən şirkətlərdir. gubre.az Platformada göstərilən xidmətlərin İstifadəçiyə verilməsi, həmçinin də Platformanın bilavasitə fəaliyyəti ilə bağlı bəzi səlahiyyətli təchizatçılardan istifadə edir. Xidmətlərin belə təchizatçıları, həmçinin Platformanın (kənar cookies) xidmətləri vasitəsilə çərəzləri İstifadəçinin qurğusunda yerləşdirə bilərlər. Onlar, həmçinin başqa informasiyanı, məsələn, IP-ünvan və ya başqa eyniləşdiriciləri, toplaya bilərlər.

2.6. Platformada yuxarıda göstərilmiş texnologiyalardan istifadə edərək toplanıb saxlanılan istənilən informasiyadan İstifadəçinin icazəsi ilə istifadə olunur.

2.7. İstifadəçi brauzerin və ya qurğunun parametrlərində çərəzləri idarə edə bilər. İnformasiyanın toplanmasından və saxlanılmasından imtina üçün brauzerin parametrlərində “çərəzləri saxlamamaq" bəndini aktivləşdirmək, həmçinin "çərəzləri təmizləmək" düyməsini klikləmək lazımdır.

2.8. Platformada olan texniki xarakterli informasiya, məsələn, IP-ünvanlar, Platforma tərəfindən statistik və analitik məqsədlər üçün istifadə olunur.

2.9. İstifadəçinin fərdi ehtiyaclarına və maraqlarına uyğunlaşdırılaraq verilən servislərin yüksək keyfiyyətli təminatı məqsədi ilə Platforma İstifadəçinin sistemə son giriş məlumatlarını saxlayır.

3.NAVİQASİYA VƏ KLİKLƏMƏ

3.1. Platformadan istifadə edərkən, baxdığınız səhifələr, kliklədiyiniz düymə və əlaqələrə dair naviqasiya və klik məlumatları, bir səhifədə qaldığınız müddət, sifariş vermə müddətiniz kimi məlumatları əldə etmək üçün saxlanılır. Həmin məlumatlar sizin kimliyinizi ortaya çıxartmır və birbaşa olaraq öz adınızla əlaqələndirilmir.

3.2. Platforma üzərindən verdiyiniz sifarişlərin başa çatdırılması, təhlili və inkişaf etdirilməsi, Platformadan istifadənin artırılması, hüquqi baxımdan lazım olan hallarda məlumat təmin olunması və Platformaya və ya üçüncü şəxslərə aid veb saytlar üzərində diqqətinizi çəkəcək kampaniya və istiqamətləndirmələr üçün istifadə edilir. Bu məlumatlar, sifariş zamanı müvafiq üçüncü şəxslərlə sifarişin mərhələlərindən hər hansı birində paylaşıla və ya Platformadan istifadənin təhlilində və dəstəyində istifadə edilə bilər.

4. MÜBAHİSƏLƏRİN HƏLLİ

4.1. Məxfilik Siyasətinin həyata keçirilməsi ilə bağlı yarana biləcək hər cür mübahisələrin həlli Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən həll edilir.

5. MƏXFİLİK SİYASƏTİNƏ DƏYİŞİKLİKLƏR

5.1. gubre.az Məxfilik Siyasətinə dəyişikliklər edə, silə və ya qaydalarını yeniləyə bilər.

5.2. Əgər İstifadəçi daxil edilmiş dəyişikliklərlə razı deyilsə, o Platformadan istifadəni dayandırmalıdır. Əgər İstifadəçi Platformadan istifadə etməyə davam edirsə, o bütün dəyişikliklələ razılaşır və Məxfilik Siyasətinin yeni redaksiyasını bütövlükdə qəbul edir.


© 2020 Aqrar İnnovasiya və Təchizat Şirkəti
www.gubre.az