-

Fermerin Ehtiyacı Olan Hər Şey Bir Mərkəzdə!

gubre.az Azərbaycanın kənd təsərrüfatı istehsal vasitələri bazarında lider şirkətlərdən biri olan “Aqrar İnnovasiya və Təchizat Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin tərkibində fəaliyyət göstərən aqrar ticarət şəbəkəsidir. Şirkət aqrokimyəvi vasitələr, toxumlar, əkin ləvazimatları və s. kənd təsərrüfatı istehsal vasitələrinin idxalı, eləcə də topdan və pərakəndə satışı üzrə ixtisaslaşıb. Bundan başqa şirkət müştərilərinə aqronom dəstəyi və ucqar rayonlarda təsərrüfat fəaliyyəti ilə məşğul olan fermerlərə səyyar satış xidmətləri də göstərir. Pərakəndə satış istiqamətində gubre.az ticarət şəbəkəsi ilə tanınan şirkət 200-dən çox satış nöqtəsi vasitəsilə 50-dən çox markaya mənsub yüzlərlə çeşiddə məhsulu fermerlərə təqdim edir.

Zəhmətkeş Fermerlər Üçün Yüksək Səviyyəli Xidmət

Ölkəmizin ucqar, dağətəyi rayonlarından tutmuş, istənilən bölgəsinin kənd təsərrüfatı sahələrində çalışan hər bir fermerimiz üçün gubre.az geniş xidmətlər təqdim edir. Təsərrüfat sahiblərinə təklif olunan bütün məhsullar və ləvazimatlar müasir dövrün tələbləri ilə ayaqlaşan yüksək keyfiyyət standartlarına, həmçinin, rəsmi sertifikatlara sahibdir. Eyni zamanda, fermerlərimizlə birgə çalışmaq üçün şirkətimiz xarici və yerli kənd təsərrüfatı mütəxəsisslərini, aqronomlarını öz komandasına cəlb edib. gubre.az-ın fermerlər üçün təqdim etdiyi xidmətlər toplusu isə aşağıdakı kimidir.

  • Gübrə satışı
  • Toxum Satışı
  • Pestisid Satışı
  • Əkin və Bağ Ləvazimatlarının Satışı
  • Aqronom Məsləhəti
  • Torpaq Analizi
  • Səyyar Satış
  • Subsidiya ilə Satış

Məhsullarımız Bütün Fermerlərimiz Üçün Əlçatandır

Azərbaycanın füsunkar təbiəti və kənd təsərrüfatı sektoru üzrə dövlət səviyyəsində həyata keçirilən müxtəlif tədbirlər planları fermerlərimizə yaşadıqları bölgələrdən asılı olmayaraq, kənd təsərrüfatı sahələrini becərmək üçün əlverişli şərait yaradır. gubre.az öz növbəsində təsərrüfat sahiblərinin zəhmətkeş fəaliyyətindən ilhamlanaraq, ölkəmizin müxtəlif bölgələrində yerləşən 200-dən çox satış nöqtəsində fermerlərə xidmət göstərir. Beləliklə, rayonlarda yaşayan şəxslər, ehtiyac olan bitki qoruma, bəsləmə vasitələrini, ümumi təsərrüfat mallarını, əkin və bağ ləvazimatlarını və s. kimi məhsulları asanlıqla əldə edə bilər. Eyni zamanda gubre.az saytına daxil olaraq və ya 828 qısa nömrəsi ilə əlaqə saxlayaraq, müvafiq məhsulları sifariş vermək mümkündür.

Hər Bir Fermerin Büdcəsinə Uyğun

gubre.az təsərrüfat sahibləri üçün zəruri olan yüksək keyfiyyətli toxum, gübrə, pestisid çeşidləri, müasir əkin ləvazimatları və s. kimi bütün növ kənd təsərrüfatı məhsullarının, vasitələrinin münasib qiymətlərlə satışını həyata keçirir. Fermerlərə dünyaca məşhur “Yara Suomi OY”(Finlandiya), “ICL”(İsrail), “Tessenderlo”(Belçika), “Anorel”(Belçika), Polyamix (Polşa), “Continental”(İtaliya) və s. kimi qlobal brendlərə, həmçinin, yerli şirkətlərə məxsus məhsullar təqdim olunur. Eyni zamanda, ilin hər mövsümündə aktual olan məhsullar üçün subsidiyalı satış və müxtəlif endirim kampaniyaları da təşkil edilir.

Təsərrüfatınızın Gələcəyi Bizim Üçün Önəmlidir

gubre.az aqrar ticarət şəbəkəsi fermerlərimizin rifahı üçün çoxşaxəli fəaliyyət istiqamətlərindən biri olaraq, torpaq analizi və ödənişsiz aqronom məsləhəti xidmətlərini həyata keçirir. Təsərrüfat sahibləri 828 qısa nömrəsi, yaxud sosial media hesabları ilə əlaqə saxlayaraq müvafiq xidmətdən yararlana bilər. Nəticədə, sahələrdə yaranan problemlər, çatışmazlıqlar qısa müddət ərzində peşəkar mütəxəssislər tərəfindən aşkar edilərək, müvafiq həll yolları, tətbiq edilməsi zəruri olan bitki qoruma və bəsləmə vasitələrinin siyahısı, istifadə qaydaları, ümumilikdə torpaq sahələri ilə bağlı tövsiyələr fermerlərə təqdim olunur.

Peşəkar Komandamızla Daim Xidmətinizdəyik

Fəaliyyətə başladığı dövrdən etibarən, ölkəmizdə kənd təsərrüfatının inkişafına uğurlu töhfələrini verməyə davam edən gubre.az aqrar ticarət şəbəkəsi müxtəlif regionlarda yerləşən 200-dən çox satış nöqtəsi ilə daim fermerlərin xidmətindədir. Kənd təsərrüfatı istehsal vasitələrinin təsərrüfat sahibləri tərəfindən əldə olunmasını maksimum şəkildə asanlaşdırmaq, fermerləri onları maraqlandıran bütün suallara cavab tapmasını təmin etmək məqsədi ilə ənənəvi fəaliyyətlə yanaşı, 828 qısa nömrəsi, Instagram, Facebook və Linkedin platformaları üzrə müraciətlər ən qısa zamanda cavablandırılır.

 

© 2020 - 2024 Aqrar İnnovasiya və Təchizat Şirkəti
www.gubre.az
Whatsapp icon