gubreaz əkinçiliklə məşğul olan fermerlərimizi düşünərək, yeni kampaniyaya start verir: Ammofos gübrəsi alan hər bir fermerimizə torpaq analizi xidməti bizdən hədiyyə.

Fermerlərə pulsuz torpaq analizi kampaniyası

Kampaniyanın məqsədi fermerlərimizin əkin sahələrinə doğru gübrə və bitki dərmanları tətbiq etməsini təmin etmək və sahələrdən yüksək məhsuldarlıq qazanmaqlarına nail olmaqdır.

Məlumdur ki, toxum səpdiyimiz torpağı doğru tanımaq bizə bir çox istiqamətdə üstünlüklər verir. Torpağı doğru tanımaq və onun ehtiyacı olan kimyəvi maddələri ən dəqiq şəkildə öyrənmək bizə suvarma, dərmanlama, gübrələmə və digər bütün prosesləri düzgün aparmaq və dolayısı ilə vəsaitimizi qənaətlə xərcləmək imkanı yaradır.

Kampaniyadan yararlanmaq üçün şərtlər çox asandır. Bölgədən asılı olmayaraq, gubre.az satış nöqtələrindən 1 ton ammofos gübrəsi alan hər bir fermer 1 torpaq analizi hədiyyə qazanır. Beləliklə, fermerlərimiz torpaq analizi xidmətini pulsuz şəkildə əldə etmiş olur.

Torpaq analizi nədir, niyə lazımdır, fermerə nə qazandırır?

Torpaq analizi fermərlərə torpaq sahələrinin strukturu, duzluluğu (EC), pH, ǝhǝng, fosfor, kalium və üzvü maddələr, həmçinin, azot tutumunu müəyyən etməyə kömək edəcək.

Beləliklə, fermerlərimiz aşağıdakı üstünlükləri qazanmış olacaq:

  1. Xǝrclǝrǝ qǝnaǝt olunacaq;
  2. Əkilǝcǝk sahǝnin gübrə tǝlǝbatını dəqiq biləcəksiniz;
  3. Mǝhsuldarlıq artacaq və daha çox gəlir əldə edəcəksiniz;
  4. Torpağın keyfiyyəti və verimliliyi artacaq;
  5. Gübrə və toxum tələbatınızı bir mərkəzdən daha rahat təmin edəcəksiniz.

Kampaniyadan yararlanmaq üçün fermerlərimiz:

  1. Müvafiq olaraq AİSCO şirkətinin regional mərkəzlərindən Ammafos alış edir və 1 ton gübrəyə 1 analiz olmaqla regional anbara müraciət edir;
  2. Fermer torpaq nümunəsini, şəxsiyyət vəsiqəsi və fermer kartını təqdim edir;
  3. Regional anbardar torpaq nümunəsini təhvil alır;
  4. Torpaq nümunəsi operativ olaraq analizə təqdim edir;
  5. Torpaq analizinin nəticəsi 3 günə fermərə təqdim edilir.

Kampaniyadan yararlanmaq üçün elə indi ən yaxınızdakı gubre.az satış mərkəzinə yaxınlaşıb, müraciətinizi tamamlayın.

Daha ətraflı məlumat üçün əlaqə vasitələri:

Telefon: 828

WhatsApp: 0508282828

[email protected]

 

© 2020 - 2024 Aqrar İnnovasiya və Təchizat Şirkəti
www.gubre.az
Whatsapp icon