Aqrar İnnovasiya və Təchizat Şirkəti sosial məsuliyyətini dərk edərək təhsilin inkişafına dəstək olmağa və öz tövhəsini verməyə davam edir. Belə ki, aztəminatlı ailələrin övladlarının ali məktəblərə hazırlığını təmin etmək məqsədilə 2020-ci ilin sentyabr ayında start götürmüş sosial layihədə Kapital Bank-la birgə AİSCO da iştirak etmişdir. Layihə çərçivəsində həmin ailələrin övladları “Kainat” Tədris Mərkəzində ali məktəblərə hazırlıq kurslarında ödənişsiz iştirak etmişdir.

Çox sevindirici haldır ki, həmin gənclərdən 3-ü yüksək bal toplamaqla, ümumilikdə 7 nəfəri ali məktəbə, 5 nəfəri isə peşə məktəbinə daxil olub.
Bununla əlaqədar Aqrar İnnovasiya və Təchizat Şirkəti 24 sentyabr 2021-ci ildə Bakı Kitab Mərkəzində  bu gənclərlə görüş keçirmişdir. Görüşdə tələbə adını qazananlara həvəsləndirici hədiyyələr təqdim olunmuşdur.

Gənclərimizlə qürur duyuruq və onlara təhsil həyatlarında uğurlar arzulayırıq. İnanırıq ki, onlar yüksək ixtisaslı kadrlar kimi yetişib cəmiyyətimizin inkişafında öz müsbət rolunu oynayacaqlar.

Ulu öndərimiz Heydər Əliyevin də dediyi kimi: “Təhsil millətin gələcəyidir”.
 
 
 
 
© 2020 Aqrar İnnovasiya və Təchizat Şirkəti
www.gubre.az