Aqrar İnnovasiya və Təchizat Şirkəti QSC-nin (AİSCO) kollektivi ərazilərimizin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edir, Ordumuza və Ali Baş Komandanımıza dərin minnətdarlığını bildirir.

AİSCO eyni zamanda Silahlı Qüvvələrin Yardım Fonduna 50.000 AZN vəsait ayırıb.

Qəhrəman Azərbaycan əsgərlərinin döyüş meydanında göstərdiyi misilsiz şücaətlə qürur duyan hər bir azərbaycanlı kimi gubre.az ailəsi də qəhrəman əsgərlərimizlə fəxr edir və ordumuzun yanındadır. Azərbaycan dövlətinin bütün gücü və vəsaiti ilə ən yüksək şəraiti yaratdığı milli ordumuza öz dəstəyini ifadə etmək üçün gubre.az ailəsi Silahlı Qüvvələrə Yardım Fonduna 50.000 AZN maddi vəsait ayırıb.

Həmçinin cəbhə bölgəsində məskunlaşmış və təcavüzkar Ermənistan ordusu tərəfindən mütəmadi atəşə tutulan mülki əhalimizə də müxtəlif tibbi yardım ləvazimatlarının, qida vasitələrinin çatdırılması üçün şirkətimiz bütün imkanlarını səfərbər edib. Döyüş meydanında hər gün daha böyük şücaət göstərərək düşməni geri çəkilməyə məcbur edən Azərbaycan əsgərinə böyük mənəvi dayaq olaraq, hər cür təhlükəyə rəğmən doğma yurdlarında yaşamağa davam edən həmyerlilərimizin ehtiyacını qarşılamaq üçün müxtəlif yüklərlə yükləmiş maşınlarımız ləvazimatları cəbhə xəttində yerləşən rayonlarımıza çatdıracaq.

gubre.az olaraq bir daha bəyan edirik ki, şirkətimiz bütün imkanları ilə ordumuzun yanındadır və bundan sonrakı mərhələdə də ordumuza hər cür dəstəyi verməyə davam edəcəyik.

gubre.az “Aqrar İnnovasiya və Təchizat Şirkəti” QSC-yə məxsus kənd təsərrüfatı istehsal vasitələrinin satışı üzrə ixtisaslaşmış aqrar ticarət şəbəkəsidir.

 

© 2020 - 2024 Aqrar İnnovasiya və Təchizat Şirkəti
www.gubre.az
Whatsapp icon