Səpindən sonra aparılan suvarmaya səpsuvar deyilir. Səpsuvar zolaq və ya şırım üsulu ilə aparılmalıdır.

Zolaqlarla suvarma üsulu

Zolaqlarla suvarma üsulu dənli bitkilərin arat səpini, digər darcərgəli bitkilər, otlar, eləcə də xırda toxumlu tərəvəz bitkilərinin (soğan, kök və s.) suvarılmasında və duzlu tоrpaqların yuyulmasında tətbiq olunur.

Bu üsul mailliyi 0.0005-0.02- ya qədər оlan sahələrə tətbiq оluna bilər.

Taxıl becərilməsinin 6 önəmli mərhələsi haqda oxumaq üçün keçidə daxil olun.

Zolaqlarla suvarma üsulunun müsbət cəhətləri:

  • Texniki cəhətdən suvarmanın asan aparılması;
  • Suvarma zamanı zolaq boyunca torpaq qatının bərabər isladılması;
  • Kənd təsərrüfatı maşınları üçün əlverişli iş şəraitinin yaradılması və s.

suvarma

Zolaqlarla suvarmanın mənfi cəhətləri:

  • Suvarma zamanı torpaqda hava və qida rejimi və torpağın strukturunun müəyyən dərəcədə pozulması.

Zоlaqların eni və uzunu tоrpaqların susızdırma qabiliyyəti, yer səthinin mailliyi və suvarılan tarlanın nə dərəcədə hamarlanmasından asılıdır. Suvarma suyu zolaqlarla torpağın 3-4 santimetr dərinliyinə çökərək tədricən mailliklə torpağı nəmləndirir.

Səpin üsulları haqda ətraflı oxuyun

Şırım suvarma üsulu

Şırım üsulu ilə suvarma geniş cərgəli bitkilər, bağlar, üzümlüklər, daha çox isə dənli bitkilər, digər darcərgəli bitkilərin suvarılmasında, həmçinin, torpağın rütubəttoplayıcı və səpindən əvvəl suvarılmasında geniş tətbiq olunur.

Şırımlarla suvarmada tоrpağın strukturu yaxşı saxlanılır, çünki bu halda tоrpaq yaxşı suvarılır. Şırımlararası məsafə yüngül tərkibli torpaqlarda 50-60 santimetr, orta tərkibli torpaqlarda 60-80 santimetr, ağır tərkibli torpaqlarda isə 70-90 santimetr qəbul olunur.

Torpağın səpinqabağı becərilməsi haqda daha ətraflı oxumaq üçün bu keçidə daxil olun.

Suvarma şırımlarının dərinliyi bütün hallarda 13-15 santimetr olmalıdır. Bu zaman zolağın eni 15-20 metr, uzunluğu 150-200 metr, bəzən isə 300-400 metr ola bilər.

Səpsuvar üçün bölgələrdən asılı olaraq hektara 800-900 kub metr (şırım üsulunda) və 900-1100 kub metr (zolaq üsulunda) su sərfi yaxşı norma hesab olunur.

suvarma üsulları

Azərbaycan Respublikasının zonalarından asılı olaraq payızlıq dənli bitkilərin suvarılma müddətləri və normaları aşağıdakı cədvəldə verilmişdir.

Dənli bitkilərin səpin müddəti və səpin normaları haqda buradan ətraflı oxuya bilərsiniz

Qeyd: Hər il üçün yağan yağışa görə cədvəldə göstərilən suvarma rejimi dəyişilə bilər. Şərti işarələr: arat - A (səpindən əvvəl sahə suvarılır və sonra toxum əkilir. Sahədə rütubətlilik yaradılır ki, toxum tez inkişaf etsin), səpsuvar - S (toxum səpiləndən dərhal sonra suvarılır), 1, 2, 3, 4 - vegetasiya suvarmaları (toxum əkiləndən məhsul yığılana qədər suvarma nəzərdə tutulur). Zolaqlarla suvarma yüngül torpaqlarda və dar cərgələrdə səpilmiş əkinlərdə tətbiq edilir.

Payızlıq dənli bitkilərin suvarılma müddətləri və normaları

Zonaların və inzibati rayonların 
adı
Suvarmalar Suvarmanın başlanması Suvarmanın bitməsi Suvarma norması (kub metr /hektar)
Gəncə-Qazax zonası:
Tovuz, Şəmkir, Xanlar, Goranboy və
Qazax rayonları
A
S
1
2
3
15.IX
15.IX
1.IV
1.V
20.V
1.X
15.XI
20.IV
20.V
5.VI 
1100-1200
1000-1100
800-900
800-1000
800-1000
Muğan-Salyan zonası:
Sabirabad, Saatlı, Salyan, İmişli, 
Biləsuvar və Cəlilabad rayonları
A
S
1
2
3
15.IX
25.IX
20.III
15.IV
5.V
1.X
5.XI
20.IV
10.V
20.V
1200-1500
1100
1000
1000
1000
Quba-Xaçmaz zonası:
Qusar, Xaçmaz və Quba rayonları
S
1
2
10.IX
25.III
5.V
10.X
10.V
15.V
1100
900
900
Şəki-Zaqatala zonası:
Balakən, Zaqatala, Qax, Şəki, İsmayıllı, 
Oğuz, Qəbələ rayonları
S
1
2
20.IX
5.V
10.V
10.XI
15.V
10.V
1000
900
900
Naxçıvan MR A
S
1
2
3
10.IX
15.IX
15.III
11.IV
5.V
1.X
30.X
10.IV
5.V
25.V
1200
1100
1100
800
900
Mil-Qarabağ zonası:
Ağdam, Tərtər, Ağcabədi, Bərdə, 
Yevlax, Füzuli, Zəngilan və Qubadlı 
rayonları
A
S
1
2
15.IX
15.IX
20.III
20.IV
20.V
1.X
15.XI
20.IV
20.V
5.VI
1100-1200
1100-1100
800
900
900
Şirvan zonası:
Kürdəmir, Ağsu, Göyçay və Ucar 
rayonları
A
S
1
2
3
15.IX
25.IX
20.III
20.IV
20. V
1.X
20.X
25.IV
15.V
1.VI
1200-1300
0
900
1000
1000
Abşeron zonası:
Şabran və Abşeron rayonları
S
1
2
 3 
10.IX
10.III
6.IV
1.V
15.V
30.III
25.IV
15.V
600-1000
650-900
650-900
600

Toxum seçimi zamanı nələrə diqqət etməliyik?

© 2020 - 2022 Aqrar İnnovasiya və Təchizat Şirkəti
www.gubre.az