Torpağın səpinqabağı becərilməsi zamanı, əsasən, aşağıdakı məsələlər həll edilir:

  • Buxarlanmanın qarşısını almaq üçün torpağın üst qatını hamarlamaq;
  • Torpaqda gedən prosesləri sürətləndirmək və şumun qatında olan qidalılığı yaxşılaşdırmaq;
  • Sahəni cücərdilən alaq otlarından təmizləmək və səpindən sonra da əmələ gəlməsinin qarşısını almaq;

Səpin üsulları haqda ətraflı oxuyun

  • Gübrətoxumu lazımi dərinliyə basdırmaq;
  • Torpağı gələcək tarla işlərinə yüksək keyfiyyətlə hazırlamaq.

torpağın səpinqabağı becərilməsi

Regionlar torpaq-iqlim şəraiti və sahələrin formalarına görə kəskin fərqlənir. Ona görə də dənli bitkilər bir-birindən kəskin fərqlənən iki şəraitdə suvarma və dəmyə torpaqlarda becərilir.

Dənli bitkilərin səpin müddəti və səpin normaları haqda buradan ətraflı oxuya bilərsiniz

Torpaqda nəmliyi saxlamaq üçün erkən yazda malalama birinci növbədə yuyulmuş torpaqlarda, sonra isə başqa torpaqlarda aparılmalıdır.

Dəmyə torpaqlarda torpaqdan buxarlanan suyun miqdarı yağan yağıntının miqdarından çox olur. Ona görə də bu regionlarda torpaqlara elə becərmə sistemi tətbiq etmək lazımdır ki, torpaqlarda nəmliyi uzun müddət saxlamaq mümkün olsun.

torpağın becərilməsi şumlama

Səpinqabağı becərmə müxtəlif zonaların xüsusiyyətlərinə uyğun olaraq aparılır. Əgər torpaq sahəsi bir il boş qalıbsa, bu il ora səpiləcək bitkilərin toxumları hansı dərinlikdə əkiləcəksə, elə o dərinlikdə də kultivasiya aparmaq lazımdır.

Taxıl becərilməsinin 6 önəmli mərhələsi haqda oxumaq üçün keçidə daxil olun.

Dəmyə şəraitində payızlıq dənli bitkilər (məsələn, buğda) üçün payızda yağan yağıntıdan asılı olaraq toxum səpiləcək dərinlikdə 1-2 dəfə diskləmə aparmaq lazımdır.

Torpağın vəziyyəti, iqlim şəraiti, bitkilərin bioloji xüsusiyyətləri, sortun xüsusiyyətindən asılı olaraq səpinqabağı torpağın hazırlanmasında başqa variantlar da tətbiq etmək olar.

torpağın becərilməsi malalama

Malalama və ya hamarlama

Şumun üst qatının mala və yaxud rotorlu toxalarla yumşaldılmasına deyilir. Malalar da kultivator kimi torpağı yumşaldır, dənəvərləşdirir, torpağın səthini hamarlayır, alaq otlarını məhv edir.

Sıxlaşdırma

Toxumların normadan artıq dərinliyə düşməməsi üçün həddindən çox yumşaq torpaqlar səpinə qədər sıxlaşdırılır. Yadda saxlamaq lazımdır ki, Azərbaycanın torpaq-iqlim şəraiti çox müxtəlif olduğundan taxılçılıqda tətbiq olunan becərmə sistemi də müxtəlif olmalıdır.

Toxum seçimi zamanı nələrə diqqət etmək lazımdır? Ətraflı OXU.

Əgər suvarma şəraitində məqsəd torpağı suvararaq yumşaq saxlamaqdırsa, dəmyə şəraitində isə torpaqda nəmliyin toplanması və saxlanmasını təmin etmək lazımdır.

© 2020 - 2022 Aqrar İnnovasiya və Təchizat Şirkəti
www.gubre.az