İndi gubre.az satış mərkəzlərindən 20 kiloqram yonca toxumu alan hər bir fermerimizə 50 kiloqram ammofos gübrəsini pulsuz hədiyyə edirik.

20 kq yonca toxumu alana 50 kq ammofos gübrəsi pulsuz

Keyfiyyətli yonca əldə etmək üçün ən vacib şərt məhsuldar toxum və torpağa düzgün qulluq etməkdir. 

gubre.az əkinçiliklə məşğul olan fermerlərimizə İtaliya istehsalı yüksək keyfiyyətli yonca toxumları təklif etməklə yanaşı, ammofos gübrəsini də əlavə ödənişsiz hədiyyə edir.  

Məqsədimiz fermerlerimizin öz sahələrinə əkdiyi yüksək keyfiyyətli yonca toxumlarından gözlənilən məhsuldarlığı əldə etmələrini təmin etməkdir. 

Şübhə yoxdur ki, vaxtında və düzgün qulluq edilmiş torpaq sahələrinin məhsuldarlığı gübrə səpilməmiş və doğru qulluq edilməmiş sahələrdən yüksək olur. 

Gübrə səpilmədən əkilən torpaqlarda isə toxum nə qədər keyfiyyətli olsa da, istənilən məhsuldarlığı əldə etmək çətin olur. 

Odur ki, fermerlərimizə yonca toxumu səpinindən əvvəl sahələrinə torpağın ehtiyacı olan şəkildə aqrotexniki qulluq göstərmək tövsiyə olunur. 

Fermerlərimiz sahələrinə yonca toxumu səpməzdən əvvəl gubre.az-dan hədiyyə qazandıqları ammofosları da istifadə edərək, sahələrindən bol məhsul əldə edə biləcəklər. 

Kampaniyadan yararlanmaq üçün gubre.az satış nöqtələrinə yaxınlaşa bilərsiniz.

© 2020 - 2024 Aqrar İnnovasiya və Təchizat Şirkəti
www.gubre.az
Whatsapp icon