Hektaş bordo 20 WP / 74 % Bordo məhlulu (20 % Metalik Mis Esdeger) / Hektaş / 10 kq, kq
8.3 ₼
Məlumat
Məhsul Adı: Hektaş Bordo 20 WP
İstehsalçı ölkə: Türkiyə
İstehsalçı Şirkət: Hektaş
Qablaşma: 10 kq
Məhsul Haqqında
Bitkiləri müxtəlif xəstəliklərdən qorumaq üçün fermerlər tərəfindən geniş istifadə olunan bitki mühafizə vasitələrindən biri də “Hektaş Bordo 20 WP” funqisididir. Effektiv təsiri sayəsində bitkidə bakteriyaların böyüməsinin və yayılmasının qarşısını alır.
Tətbiqi
Tövsiyə olunan miqdara əsasən hesablanmış bitki mühafizəsi vasitəsi əvvəlcə ayrı bir qabda bir qədər su ilə qarışdırılır. Tətbiq alətinin yarısı su ilə doldurulur. Alətin mikseri işlək vəziyyətdə işləyərkən qarışım alətə əlavə edilir. Qarışdırmağa davam edərək, alət su ilə doldurulur. Hazırlanmış bitki mühafizə məhsulu həmin gün istifadə edilməlidir. “Hektaş Bordo 20 WP” funqisidi digər bitki mühafizə vasitələri (insektisidlər, funqisidlər və s.) ilə qarışdırılmadan tətbiq edilməlidir. İstifadə norması xəstəliyin və bitkinin növündən, bitkinin xəstəliyə yoluxma səviyyəsindən və digər amillərdən asılı olaraq dəyişir.
Üstünlükləri
“Hektaş Bordo 20 WP” funqisidi mis (II) sulfat və sönməmiş əhəng qarışığı tərkibli, suda asanlıqla həll ola bilən, qranul şəkilli bitki mühafizə vasitəsidir. Əsasən, üzüm bağlarında, meyvə təsərrüfatlarında və bağlarda göbələk xəstəlikləri ilə mübarizə zamanı tətbiqi tövsiyə olunur. “Hektaş Bordo 20 WP” funqisidi üzüm bağlarında yalançı unlu şeh, almada dəmgil, şaftalıda yarpaq qıvrılması, zeytunda halqalı ləkə kimi xəstəliklərə qarşı effektiv rol oynayır
Təhlükəsizlik qaydaları
Məhsulu tətbiq edərkən maskadan istifadə edin. Məhsulun etiketindəki məlumatları oxumaq lazımdır. Evdə istifadə etməyin, uşaqlardan, qida və heyvan yemlərindən uzaqda saxlayın. Dərmanlama zamanı heçnə yeməyin, içməyin və siqaret çəkməyin.
Video