Kingcozeb M-45 - Funqisid - Sunset Tarım
11.04 ₼
Məlumat
Məhsul Adı: Kingcozeb M-45
İstehsalçı ölkə: Türkiyə
İstehsalçı Şirkət: Sunset Tarım
Qablaşma: 0.8 kq
Məhsul Haqqında
Alma, soğan, xiyar, pomidor kimi bitkilərdə xəstəliklərə qarşı “Kingcozeb M-45” funqisidindən istifadə olunur.
Tətbiqi
“Kingcozeb M-45” funqisidi dəmgil, pas göbələyi, mildiyö kimi xəstəlikləri aradan qaldırmaq üçün tətbiq olunur.
Üstünlükləri
Tərkinbində 80 % Mancozeb olan bu funqisidin təsiri çoxsaylı fəaliyyət mexanizminə əsaslanır, yəni göbələk hüceyrələrinin çoxlu müxtəlif biokimyəvi proseslərini hədəf alır. Bu, patogenlərin funqisidə qarşı müqavimətini inkişaf etdirmə riskini azaldır. Müqavimətin inkişaf etdirilməsinin çətinliyi onun uzun müddət ərzində effektivliyini qoruyub saxlamasını təmin edir və fermerlərə eyni funqisiddən davamlı istifadə etməyə imkan verir.
Təhlükəsizlik qaydaları
Məhsulu tətbiq edərkən maskadan istifadə edin. Məhsulun etiketindəki məlumatları oxumaq lazımdır. Evdə istifadə etməyin, uşaqlardan, qida və heyvan yemlərindən uzaqda saxlayın. Dərmanlama zamanı heçnə yeməyin, içməyin və siqaret çəkməyin.
Video