Ammonium nitrat Evroxim / 34.4% AN / Eurochem / 2023-cü il, 50 kq, kq

0.57 ₼

Səbətə əlavə et
Kateqoriya: Məhsulun adı: Ammonium nitrat Evroxim / 34.4% AN / Eurochem / 2023-cü il, 50 kq, kq / 320

Məlumat

• İstehsalçı ölkə: Rusiya
• İstehsalçı şirkət: Evroxim 
• Tərkib: 34.4 % azot
• Qablaşma: 50 kq


Məhsul haqqında:


Nitratlı gübrələr içində tərkibində ən çox azot olan gübrədir. Ammonium Nitrat adından da göründüyü kimi Ammonium və Nitratın birləşməsindən ibarət olub 17,2% Ammonium və 17,2% Nitrat azotu olmaqla toplam 33% azotdan ibarətdir.Tərəvəzlərin və meyvələrin formalaşmasına, böyüməsinə, nişastanın və şəkərin toplanmasına, keyfiyyətinə, məhsuldarlığın yüksəlməsinə müsbət təsir göstərir.


Tətbiqi:


Torpağa Ammonium Nitrat verilməzdən öncə əkiləcək bitkinin vegetasiya dövründə nə qədər azota ehtiyacı olduğunu bilmək lazımdır. Torpağın tipi də veriləcək gübrə miqdarı üçün mühimdir. Bunun üçün torpaq analiz olunur, tərkibindəki komponentlərin miqdarı müəyyən olunduqdan sonra tətbiq olunacaq gübrə miqdarı müəyyən olunur.
Meyvə ağacları, bostan bitkiləri, taxıllar, tərəvəzlərdə həm açıq, həm də örtülü sahədə istifadə olunur. Çəltik istisna olmaqla bütün növ taxıllarda yemləmə  kimi, tərəvəzlərdə, meyvə ağaclarında, bağlarda sulamadan öncə tətbiq olunur.


Üstünlükləri:


Ammonium nitrat suda çox tez həll olunur. Bu xüsusiyyət onu bitkilər tərəfindən mənimsənilməsini asanlaşdırır. Ammonium nitrat neytral pH-a malikdir, yəni torpağın pH-ına mənfi təsir göstərmir. Ammonium nitrat uyğun şəraitdə saxlandıqda kifayət qədər dözümlüdür və uzun müddət saxlanıla bilər.


Təhlükəsizlik qaydaları:


Ammonium Nitrat təsirli bir maddə olub asanlıqla parçalana bilir. Bu baxımdan Ammonium Nitrat paketlərinin günəş düşən yerdə saxlanılması tövsiyə edilmir. Gübrə qranullarının(dənələrinin)  həddindən artıq isinməsi və ya soyuması arzuolunmazdır. Nitroammofoskanı +4-dən, +20 dərəcəyə qədər rütubətsiz, günəş düşməyən məkanda 9-24 ay saxlamaq mümkündür.


Ammonium Nitratı istifadə edərkən vacibdir:


1. Dərinizə təmas etməməsi üçün xüsusi çəkmə, əlcəklər geyinmək və eynək taxmaq
2. Havakeçirməz torbalarda saxlamaq

Video

© 2020 - 2024 Aqrar İnnovasiya və Təchizat Şirkəti
www.gubre.az
Whatsapp icon