Arpa toxumu Qarabağ 22 - R1

37.5 ₼

Səbətə əlavə et
Kateqoriya: Məhsulun adı: Arpa toxumu Qarabağ 22 - R1 / 324

Məlumat

Məhsul Haqqında:


Sort intensiv tipli olub yatmaya davamlıdır. Bitykinin boyu 85-97 sm-dir. Vegetasiya müddəti 193-210 gündür. Bitkinin kollanması orta vəziyyətdədir. Növmüxtəlifliyi nutansdır. Boruya çıxma dövründə bitkinin rəngi açıq yaşıldır. Sünbülün uzunluğu və sıxlığı ortadır. Sünbülcük pulcuğu orta uzunluqdadır. Qılçıqları qismən uzundur. Sort məhsuldar olub, potensial məhsuldarlığı hektardan 70-75 sentnerdir. Dəni orta irilikdədir. 1000 ədəd dənin kütləsi 42 qramdır. Dəndə zülalın miqdarı 12.5-13.5 %-dir.


Tətbiqi:


Respublikanın suvarılan və dəmyə bölgələri üçün becərilməsi təklif olunur. Optimal səpin müddəti oktyabr ayının ikinci yarısından noyabr ayının birinci yarısınadək hesab olunur. Hektara 3,0-3,5 milyon cücərən toxum səpilməlidir. Səpin müddəti gecikdirilmiş sahələrdə bu normanı 10 % artırmaq olar. Sortun yüksək məhsuldar olmasını nəzərə alaraq yüksək aqrofonda becərilməlidir. Belə ki, şum altına hektara, təsiredici maddə hesabı ilə səpinqabağı 90-100 kq fosfor, 50-60 kq kalium, 80 kq azot gübrəsinin yemləmə şəklində iki dəfəyə verilməsi məsləhətdir.


Üstünlükləri:


Pas xəstəliklərinə olduqca az sirayətlənir. Unlu şeh və sürmə xəstəliklərinə davamlıdır. Duza, quraqlığa davamlıdır.

Video

© 2020 - 2024 Aqrar İnnovasiya və Təchizat Şirkəti
www.gubre.az
Whatsapp icon