Karmella 70 WP - Herbisid - Agri Ventures

37.5 ₼

Səbətə əlavə et
Kateqoriya: Məhsulun adı: Karmella 70 WP - Herbisid - Agri Ventures / 587

Məlumat

Məhsul Adı: Karmella 70 WP
İstehsalçı ölkə: Birləşmiş Ərəb Əmirlikləri
İstehsalçı Şirkət: Agri Ventures  
Qablaşma: 500 qr


Məhsul Haqqında


Kartof, pomidor, lobya kimi bitkilərdə alaq otlarını məhv etmək üçün “Karmella 70 WP” herbisidindən istifadə olunur.


Tətbiqi


Pəncər, tülküquyruğu, yatağan dəmirtikan kimi alaq otlarına qarşı %70 Metribuzin tərkibli “Karmella 70 WP” herbisidi tətbiq olunur.


Üstünlükləri


Metribuzin tətbiq edildikdən sonra torpağa nüfuz edir və uzun müddət aktiv qalır. Bu, alaq otlarının yenidən əmələ gəlməsinin qarşısını alır və bitkilərin alaq otu olmayan bir mühitdə daha uzun müddət böyüməsinə imkan verir. Beləliklə, təkrar tətbiq ehtiyacını azaltmaqla əmək və xərclərə qənaət edir.


Təhlükəsizlik qaydaları


Məhsulu tətbiq edərkən maskadan istifadə edin. Məhsulun etiketindəki məlumatları oxumaq lazımdır. Evdə istifadə etməyin, uşaqlardan, qida və heyvan yemlərindən uzaqda saxlayın. Dərmanlama zamanı heçnə yeməyin, içməyin və siqaret çəkməyin.

Video

© 2020 - 2024 Aqrar İnnovasiya və Təchizat Şirkəti
www.gubre.az
Whatsapp icon