Ammofos Gübrəsi / Evroxim (12:52 NP)

1.2 ₼

Səbətə əlavə et
Kateqoriya: Məhsulun adı: Ammofos Gübrəsi / Evroxim (12:52 NP) / 298

Məlumat

• İstehsalçı ölkə: Rusiya
• İstehsalçı şirkət: Evroxim
• Tərkib: 52% fosfor, və 12% azot
• Qablaşma: 50 kq


Məhsul haqqında:


Ammofos əkinçilikdə istifadə olunan fosfor gübrələrinin ən təsirli növlərindən biri olub bitkilərin inkişafının müxtəlif mərhələlərində istifadə olunur. Mineral gübrələrə daxil olan Ammofos sənaye şəraitində amfosforik turşuya ammiak əlavə edilərək əldə edilir. Ammofosun tərkibində 52% fosfor və 12% azot var. Gübrənin tərkibindəki fosfor suda asanlıqla həll olunur və bitki tərəfindən tez mənimsənilir. Azot isə bitkinin tez böyüməsinə, xlorofilin və proteinin əmələgəlməsinə kömək edir. Ammofos bitkinin kök sistemini gücləndirir və məhsuldarlığını artırır.


Tətbiqi:


Torpağa Ammofos verilməzdən öncə əkiləcək bitkinin vegetasiya dövründə nə qədər komponentə (azot, fosfor) ehtiyacı olduğunu bilmək lazımdır. Torpağın tipi də veriləcək gübrə miqdarı üçün mühimdir. Bunun üçün torpaq analiz edilir, tərkibindəki komponentlərin miqdarı müəyyən olunduqdan sonra tətbiq olunacaq gübrə miqdarı müəyyən olunur.


Üstünlükləri:


Fosfatlar bitkilər üçün ideal olan suda həll olma bacarığına malikdir. İstənilən kənd təsərrüfatı bitkilərində əsas və səpin öncəli tətbiq zamanı bütün torpaq növləri üçün istifadə edilir. Həm fərdi şəkildə, həm də tukosmeslərdə istifadə edilə bilər. Payızlıq dənəvər bitkiləri üçün payızda və meyvəköklər üçün əsas gübrə kimi istifadə zamanı daha yüksək effektivliyə nail olunur.


Təhlükəsizlik qaydaları:


Ammofos təsirli bir maddə olub asanlıqla parçalana bilir. Bu baxımdan Ammofos paketlərinin günəş düşən yerdə saxlanılması tövsiyə edilmir.Gübrə qranullarının(dənələrinin)  həddindən artıq isinməsi və ya soyuması arzuolunmazdır. Ammofosu +4-dən, +20 dərəcəyə qədər rütubətsiz, günəş düşməyən məkanda 9-24 ay saxlamaq mümkündür.


Ammofosu istifadə edərkən vacibdir:


1. Dərinizə təmas etməməsi üçün xüsusi çəkmə, əlcəklər geyinmək və eynək taxmaq
2. Havakeçirməz torbalarda saxlamaq

Video

© 2020 - 2024 Aqrar İnnovasiya və Təchizat Şirkəti
www.gubre.az
Whatsapp icon