Karbamid Marka B / 46 % N / SOCAR / 40 kq, kq

20 ₼

Səbətə əlavə et
Kateqoriya: Məhsulun adı: Karbamid Marka B / 46 % N / SOCAR / 40 kq, kq / 81

Məlumat

İstehsalçı ölkə: Azərbaycan
İstehsalçı şirkət: Socar
Tərkib: 46 % Azot
Qablaşma: 40 kq


Məhsul haqqında


Karbamid bağçılıq bitkilərini əkindən əvvəl və becərmə zamanı gübrələmək üçün konsentratlaşdırılmış (N 46%) suda həll olunan azot gübrəsidir. Karbamid suvarma və ya spreyləmə yolu ilə istifadə olunur.


Tətbiqi


Torpağa Karbamid verilməzdən öncə əkiləcək bitkinin vegetasiya dövründə nə qədər azota ehtiyacı olduğunu bilmək lazımdır. Torpağın tipi də veriləcək gübrə miqdarı üçün mühimdir. Bunun üçün torpaq analiz olunur, tərkibindəki komponentlərin miqdarı müəyyən olunduqdan sonra tətbiq olunacaq gübrə miqdarı müəyyən olunur.


Üstünlükləri


Karbamidin tərkibində azot yüksək faizdə olduğu üçün bitkilərdə yaşıl kütlənin artımına xidmət edir. Beləliklə də, məhsuldarlığa və məhsulun keyfiyyətinə effektiv təsir edir. Bu gübrə torpağın turşuluğunu artırır. Buna görə də turş olmayan torpaqlar üçün məsləhət görülür.


Təhlükəsizlik qaydaları


Gübrə tətbiq edərkən müvafiq qoruyucu vasitələrdən istifadə edilməlidir. Əlcək, maska ​​və eynək kimi qoruyucu vasitələrdən istifadə edilməlidir. Tətbiq edildikdən sonra əllər dərhal təmizlənməli və üz yuyulmalıdır. Əllər və üz gübrə ilə təmasda olarsa, sabun və su ilə yuyulmalıdır.

Video

© 2020 - 2024 Aqrar İnnovasiya və Təchizat Şirkəti
www.gubre.az
Whatsapp icon