Son illər dünyada əhalinin sürətlə artımı, iqliminin istiləşməsi, torpaqların çirklənməsi və şoranlaşması qlobal ərzaq təhlükəsizliyi ilə bağlı bizi yeni çağırışlarla üz-üzə qoyur. Bir tərəfdən əhalinin ərzaq məhsullarına tələbatının artması, digər tərəfdən isə torpaqların sıradan çıxması kənd təsərrüfatı fəaliyyətlərinə yeni yanaşma və üsulların tətbiqini vacib edir. Çünki indi biz təkcə davamlı məhsuldarlıq artımını təmin etməli deyil, həm də torpağın daha düzgün emalı ilə onun korlanmasının qarşısını almalıyıq. Müasir kənd təsərrüfatı texnologiyaları bizə imkan verir ki, hər iki problemi elmi-texniki tərəqqinin bizə yaratdığı imkanlar vasitəsilə həll edək.

Qabaqcıl aqrar ölkələr bunun üçün torpaq analizindən geniş istifadə edir. Bəli, məhz torpaq analizi bizə şərait yaradır ki, lokal bir ərazidə torpağın tərkibi, strukturu və tələblərinə uyğun bitki növləri seçib, becərək və yalnız tələb olunan növdə və miqdarda gübrə və ya pestisidlərin tətbiqi ilə torpağın kimyəvilərlə yersiz çirklənməsinin qarşısını alaq. 

Torpaq analizinin ölkəmizdə tətbiqi ilə bağlı mövcud şəraiti bu dəfə kənd təsərrüfatı istehsal vasitələrinin Azərbaycanda ən böyük idxalçılarından biri olan və gubre.az ticarət şəbəkəsinin sahibi kimi tanınan “Aqrar İnnovasiya və Təchizat Şirkətində” müzakirə etdik. Müsahibimiz şirkətin direktoru, Tofiq Niftəliyevdir.

 

Tofiq müəllim, torpaq analizinin əhəmiyyəti barədə fikirlərinizi bilmək istərdik.

Hal hazırda cəmiyyətdə, fermerlər arasında torpaq analziləri barədə bəzi yanlış subyektiv fikirlər formalaşmışdır. Bu, daha çox məlumatsızlıqdan və eyni zamanda fermerləin daha çox ehtiyiyatla davranmasından irəli gəlir. Lakin torpaq analiziləri bitkilərin və torpağın gübrə ehtiyacını qiymətləndirmək üçün diaqnostik vasitə kimi kənd təsərrüfatının inkişaf etmiş aparıcı ölkələrində uzun illərdir istifadə edilməkdədir. Bu müddət ərzində dünya ölkələrində kənd təsərrüfatı  sahəsi kifayət qədər  inkişaf yolu keçmişdir.

Torpaq analizi vasitəsilə torpaq sahələrinin gübrə ehtiyacı öyrənilir, aqrotexniki tələbləri müəyyənləşdirilir, hansı gübrə və ya dərmanların verilməli olduğu dəqiqləşdirilir. Həmçinin, torpaq analizi fermerlərə sahələrin bitki qoruma vasitələrinə ehtiyaclarını, suvarma ehtiyaclarını və digər aqrotexniki tələblərini öyrənməyə  də imkan vermiş olur.

 

Torpağın məhsuldarlığı torpağın bioloji, kimyəvi və fiziki xüsusiyyətləri ilə müəyyən edilir.

Hal hazırda cəmiyyətdə, fermerlər arasında torpaq analziləri barədə bəzi yanlış subyektiv fikirlər formalaşmışdır. Bu, daha çox məlumatsızlıqdan və eyni zamanda fermerləin daha çox ehtiyiyatla davranmasından irəli gəlir. Lakin torpaq analiziləri bitkilərin və torpağın gübrə ehtiyacını qiymətləndirmək üçün diaqnostik vasitə kimi kənd təsərrüfatının inkişaf etmiş aparıcı ölkələrində uzun illərdir istifadə edilməkdədir. Bu müddət ərzində dünya ölkələrində kənd təsərrüfatı  sahəsi kifayət qədər  inkişaf yolu keçmişdir.

Torpaq analizi vasitəsilə torpaq sahələrinin gübrə ehtiyacı öyrənilir, aqrotexniki tələbləri müəyyənləşdirilir, hansı gübrə və ya dərmanların verilməli olduğu dəqiqləşdirilir. Həmçinin, torpaq analizi fermerlərə sahələrin bitki qoruma vasitələrinə ehtiyaclarını, suvarma ehtiyaclarını və digər aqrotexniki tələblərini öyrənməyə  də imkan vermiş olur.

Torpağın məhsuldarlığı torpağın bioloji, kimyəvi və fiziki xüsusiyyətləri ilə müəyyən edilir. Quruluş, torpaq toxuması və rəng kimi xüsusiyyətlər gözlə görünür. Lakin torpağın kimyəvi tərkibini görmək çətindir. Bu səbəbdən torpaq analizinə ehtiyac var. Torpaq testləri torpaqda qida elementlərinin miqdarını və pH səviyyəsini təyin etmək üçün geniş istifadə olunur. Müəyyən bir sahəni təmsil edən torpaq nümunəsi, tərkibindəki bitki qida miqdarını tapmaq üçün laboratoriyalarda analiz edilir. Bu şəkildə yaxşı bir məhsul vermək üçün əkilən bitkiyə hansı gübrələrin veriləcəyi məlum olur.

 

Torpaq analizi aparılmadan əkilən əkin sahələrini və torpağı nə gözləyir?

Torpaq analiz etmədən əvvəl torpağımızı gübrələsək, böyük bir səhv etmiş olarıq. Belə ki, torpağın tərkibini bilmədən verilən gübrələr həm məhsula, həm də təsərrüfat sahibinin büdcəsinə ziyandır.

Hər bir torpaq tipində əkiləcək bitkinin əkin strukturunun planlaşdırılması və gübrə normalarına olan tələbatı müəyyən edilir. Əgər bu tələbat yanlış müəyyən edilərsə, yəni:

  • Çox gübrə istifadə olunarsa, torpağa və bitkilərə zərər verər;
  • Məhsula təsir edə biləcək səhv gübrə növü istifadə olunar;
  • Gübrə lazımi vaxtda verilməsə, istədiyiniz miqdarda məhsul ala bilməzsiniz;
  • Torpaq yararsız vəziyyətə gətirilə bilər.

Torpaq analizinin nəticəsi, adətən, bizə azot, fosfor, kalium və digər gübrələrin tətbiqi barədə müvafiq tövsiyyələr verir. Fermer torpaq analizi sayəsində, həmçinin, bitkinin mikroelementlərə olan ehtiyacını müəyyən edə, eyni zamanda təsərrüfat torpağının mövcud sağlamlığı və onu necə yaxşılaşdıracağı barədə məlumat əldə edə bilir.

 

Torpaq analizinin torpaq üçün faydaları və torpağa nə kimi müsbət təsirlərini qeyd edə bilərsiniz?

Azərbaycan Respublikası əhalisinin ərzaq təhlükəsizliyinin təmin edilməsi dövlətin əsas prioritetidir. Hazırda ölkə əhalisinin yarısı kənd yerlərində yaşayır və əmək ehtiyatlarının 35-40 faizi kənd təsərrüfatı ilə məşğuldur. Torpağın aqrokimyəvi tərkibini bilmək hər bir fermer üçün vacib amildir. Bu analizin aparılması və onun əsasında torpağa edilən qulluq nəticəsində bol məhsulun əsasını qoymaq mümkündür. Yüksək məhsuldarlıq isə fermer üçün əlavə qazanc deməkdir. Bundan başqa, torpağın gübrə tələbatını düzgün müəyyən etməklə, fermer aqrokimyəvi qulluq xərclərini azaldır və torpaqların məhsuldarlığını artırmış olur.

Dünyanın sürətlə artan əhalisinin məhsul ehtiyacının qarşılanması üçün münbit torpaqlara ehtiyac var. Torpaq analizi torpaq idarəçiliyində ilk addımdır: nəticədə bu, sağlam torpaqlar və sağlam məhsul deməkdir.

 

Torpaq analizlərini tətbiq edən ölkələrin təcrübəsi barədə nə qeyd edə bilərsiniz?

Torpaq, su, hətta bitki analizləri praktikası kənd təsərrüfatında yüksək məhsuldarlıq müşahidə edilən bütün inkişaf etmiş ölkələrdə tətbiq edilir. Həmin ölkələrdə fermerlər özləri torpaq, bitki və su analizinin tətbiq edilməsi və diaqnozun əldə edilməsində maraqlıdırlar.  Böyük fermer təsərrüfatlarında torpağın örənilməsi, laborator analizlər, məlumatların emal edilməsi, şərh edilməsi, xəritələşməsi və əldə edilmiş məlumatların uğurlu, həmçinin səmərəli istifadə edilməsi üçün xüsusi proqram təminatlarından istifadə edirlər.

Niderland dünyada kənd təsərrüfatı üzrə ən yüksək məhsuldarlığa malik ölkələrdən biridir. Bu ölkə məhsuldarlıq səviyyəsinə nəzarət məqsədilə torpaq analizi tətbiqi üzrə 90 illik təcrübəyə sahibdir.  Hal-hazırda verilənlər bazasında 5 milyondan çox torpaq analizi qeydinin olduğu bildirilir. Niderland bu göstərici üzrə digər ölkələri qabaqlayır. 

Dünya miqyasında kənd təsərrüfatında çalışan hər üç nəfərdən biri investisiyaların optimallaşdırılması, torpaqların məhsuldarığının artırılması, məhsuldarlığın yüksəldilməsi, tədarük zəncirinin təhlükəsizliyinin təmin edilməsi və əhalinin artan ərzaq tələblərinin qarşılanması üçün çalışır.

 

Sizin şirkətiniz torpaq analizi sahəsində hansı işlər görür?

 “Aqrar İnnovasiya və Təchizat Şirkəti” olaraq, biz ilk növbədə gübrə, toxum və pestisidlərin satışı ilə bərabər fermerlərin düzgün maarifləndirilməsi də bizi maraqlandırır. Bununla əlaqədar olaraq, biz keçən il sosial yönümlü kampaniya da həyata keçirtdik. Kampaniya çərçivəsində gubre.az satış nöqtələrindən ammofos gübrəsi alan fermerlərə ödənişsiz qaydada torpaq analizi xidməti alınması üçün şərait yaradıldı. Analiz xidmətinin icrasını isə Aqrar Xidmətlər Agentliyinin dəstəyi ilə reallaşdırdıq. Bunu da öz növbəsində “Aqrar İnnovasiya və Təchizat Şirkətinin” fermerlərin maarifləndirilməsi və torpaq analizi vərdişlərinin təşviq edilməsi yönündə şirkətimizin bir töhvəsi kimi qiymətləndirmək olar.

 

Azərbaycanda hal hazırda bu istiqamətdə aparılan işlər barədə nə deyə bilərsiniz?

Xüsüsilə qeyd etmək lazımdır ki, Azərbaycanda Kənd Təsərrüfatı sahəsində geniş miqyaslı islahatlar aparılır və dövlət tərəfindən sektorun inkişaf etidilməsi üçün kifayət qədər yatırımlar edilməkdədir. Bu, ilk növbədə ölkə başçımız cənab İlham Əliyevin bu sahəyə olan diqqəti və qayğısı, həmçinin onun tərəfindən Kənd Təsərrüfatı Nazirliyinə qoyulan tapşırıqların icra edilməsinin göstəricisidir. Bunlara misal olaraq, dövlət tərəfindən kənd təsərrüfatının müxtəlif sahələrinə ayrılan subsidiyalar və son informasiya texnalogiyalarının tətbiqi  ilə görülən işləri qeyd etmək olar. Əlavə olaraq, son zamanlar ölkə fermerlərinə torpaq analizlərinin aparlması üçün yaradılan imkanları da qeyd etmək lazımdır.

Son olaraq, ölkənin kənd təsərrüfatı sektorunun inkişafına olan xüsusi diqqətinə və fermerlərimizə olan dəstəyinə görə Cənab Prezidentə təşəkkürümü bildirmək istəyirəm. Biz onun zəhmətini və qayğısını yüksək qiymətləndirir, ona uğurlar və növbəti qələbələr arzulayırıq!

© 2020 - 2024 Aqrar İnnovasiya və Təchizat Şirkəti
www.gubre.az
Whatsapp icon