gubre.az-ın ölkəmizə gətirib yerli fermerlərimizə ideal qiymətlərlə təklif etdiyi italiya istehsalı yonca toxumlarının daha bir bölgəmizdə - Salyan rayonunda sınaq səpinləri həyata keçirilib.
İtaliya istehsalı Plato, Gea, Emiliana və Adorno yonca toxumları bu ildən etibarən yerli fermerlərimiz tərəfindən istifadəyə başlanıb. Təsərrüfatçılarımız növbəti yonca biçini mövsümündə əvvəlki illərlə - yerli yonca toxumlarının məhsuldarlığı ilə müqayisədə 2-3 dəfə daha çox məhsul götürməyi hədəfləyirlər.
İtaliya istehsalı Plato, Gea, Emiliana və Adorno yonca toxumlarının yerli iqlim şəraitinə uyğunluğu sınaqdan keçirilib.
gubre.az-ın inamla fermerlərimizə tövsiyə etdiyi xarici yonca toxumları quraqlığa və şaxtaya davamlılığı ilə xüsusi seçilir, məhsuldarlığı ilə yerli toxumlardan bir neçə dəfə üstündür.