Azərbaycanın aqrar sektorunda innovativ yanaşmaları ilə seçilən gubre.az fermerlərə daha yaxın olmaq üçün yeni addım atdı. 12 sentyabr 2025-ci il tarixində Quba şəhəri Timiryazev qəsəbəsində gubre.az mağazasının rəsmi açılışı həyata keçirildi.

Açılış mərasimində fermerlər, kənd təsərrüfatı mütəxəssisləri və şirkət nümayəndələri iştirak edərək mağazanın fəaliyyəti və təqdim etdiyi imkanlarla tanış oldular. Yeni satış nöqtəsi Quba və ətraf rayonlarda fəaliyyət göstərən fermerlər üçün yüksək keyfiyyətli gübrə, toxum və bitki mühafizə vasitələrini daha əlçatan edəcək.

Şirkətin missiyası ölkənin kənd təsərrüfatında məhsuldarlığın artırılmasına və fermerlərin ehtiyac duyduğu innovativ məhsul və xidmətlərin təqdim olunmasına xidmət edir. Qubada açılan yeni mağaza da bu missiyanın davamıdır.

Açılış mərasimindən hazırlanan peşəkar video-reportajı izləyə bilərsiniz:

 

© 2020 - 2025 Aqrar İnnovasiya və Təchizat Şirkəti
www.gubre.az
Whatsapp icon