Təsərrüfatlarda məhsul yetişdirilməsi zamanı müxtəlif xəstəliklərə qarşı effektiv təsirediciliyə malik bitki mühafizə vasitələrindən biri də Bordo məhluludur. Bordo məhlulu ilk dəfə 1885-ci ildə Fransanın Bordo şəhərində yaşayan professor tərəfindən təsadüfən kəşf edilmişdir. Elə bu səbəbdən də müvafiq məhsul kəşf olunduğu şəhərin adını daşıyır.
Bordo Məhlulu Nədir?
Bitkilərdə müxtəlif göbələk və bakterial xəstəliklərin qarşısını almaq üçün tətbiq edilən Bordo məhlulu tərkibində sönmüş əhəng və mis sulfat qarışığını (göz daşı) ehtiva edir. Tünd qırmızı rəngdədir. Meyvə bağlarında, bağçalarda və əkin sahələrində bitkilər xəstəliklərə yoluxmazdan əvvəl istifadə edilməlidir.
Bordo Məhlulunun Faydaları
İlkin növbədə qeyd edək ki, ehtiyac olan zamanda və lazımi dozada tətbiq olunan Bordo məhlulu bir çox xəstəliklərin qarşısını alır. Ancaq unutmaq olmaz ki, yüksək miqdarda tətbiq edildikdə bitkiyə zərər verə bilər. Bundan başqa, Bordo məhlulu bitkilərdə donvurma riskinə qarşı müqaviməti də gücləndirir. Belə ki, sözügedən qoruma vasitəsi bitkilərdə çiçəklənməni gecikdirir. Beləliklə, ağacların şaxtaya və soyuq havaya qarşı davamlılığı da paralel olaraq artır. Yumşaq çəyirdəkli meyvə ağaclarında bir çox xəstəliklər bitkilərin zədələnmiş hissələrinə və gözlərinə (tük və pulcuqlarla əhatə olunaraq, xarici təsirlərdən qorunan böyümə nöqtələri) daxil olan xəstəliktörədici orqanizmlərdən qaynaqlanır. Bordo məhlulu isə müvafiq prosesə mane olaraq, bitkilərin xəstələnməsinin qarşısını alır.
Bordo Məhlulu Hansı Bitkilərə Tətbiq Olunur?
Bordo məhlulu bitkinin gövdələrinə, budaqlarına və ümumilikdə xəstəliyin yoluxa biləcəyi demək olar ki, bütün hissələrə tətbiq oluna bilər. Sərt və yumşaq çəyirdəkli meyvə ağaclarında, püstədə, ərikdə, şaftalıda, armudda, heyvada, zeytunda, gilasda, tərəvəzlərdə xəstəliklərə qarşı mübarizə aparmaq məqsədi ilə istifadə edilir.
Bordo Məhlulu Hansı Xəstəliklərə Qarşı Tətbiq Olunur?
Bordo məhlulunun effektiv təsir göstərdiyi əsas xəstəliklər, tətbiq müddəti və istifadə miqdarı ilə aşağıdakı məlumatlar vasitəsi ilə tanış ola bilərsiniz.
Püstədə Qarazəng (Pseudocercospora pistacin) xəstəliyi:
Yazda meyvələrin təqribən buğda dənələri ölçüsündə formalaşması ərəfəsində, budamadan sonrakı mərhələdə tətbiq olunur.
Armud pası (Gymnosporangium sabinae) xəstəliyi:
Çiçək qönçələri açılmazdan əvvəl tətbiq olunur.
Badamda Fomopsloz xərçəngi (Pseudomonas amygdali) xəstəliyi:
Payızda yarpaq tökülməsi müşahidə olunduqda ilk 3%, yazda isə çəhrayı tumurcuqlar görünəndə 0,5% ikinci çiləmə tətbiq edilir.
Üzüm bağında antraknoz (Elsinoe ampelina) xəstəliyi:
Qışda 3%-lik, yayda birinci çiləmə 0,5%-lik, ikinci çiləmə 1%-lik, üçüncü çiləmə isə 1,5% şəklində tətbiq olunur.
Üzüm bağlarında tüklü küf (Mildiyö, Plasmopara viticola) xəstəliyi:
Birinci çiləmə 0,5%, ikinci çiləmə 1%, üçüncü çiləmə isə 1,5% şəklində tətbiq olunur.
Gavalıda cib (Taphrina pruni) xəstəliyi:
Qönçələr şişmədən və açılmadan tətbiq olunur.
Ərikdə budaq xərçəngi (Cytospora cincta) xəstəliyi:
İlk çiləmə payızda yarpaqlar töküləndən sonra 3%, yazda çəhrayı qönçələr görünəndə isə 1% tətbiq olunur.
Şaftalıda yarpaqların qıvrılması:
Qönçələr şişdikdə 2% tətbiq olunur.
Zeytunda üzük ləkə (Spilocaea oleaginea) xəstəliyi:
Birinci çiləmədə 1,5%, ikinci çiləmədə isə 1% tətbiq olunur.
Bordo Məhlulu Nə Zaman Tətbiq Olunur?
Bordo məhlulunu ağaclara ildə iki dəfə tətbiq etmək faydalıdır. Payızda yarpaqlar töküləndə 2%, yazda isə gözlər (böyümə nöqtələri) oyanmağa 1-2 həftə qalmış 1% dozada tətbiq etmək növbəti mövsümdə ağaclarda baş verə biləcək bir çox xəstəliklərə qarşı davamlılığı gücləndirməyi təmin edir.
Bordo Məhlulu Necə Tətbiq Olunur?
Bordo Məhlulunun digər insektisidlər, funqisidlər və akarisidlərlə qarışdırılması qəti şəkildə tövsiyə olunmur. Tətbiqi üçün temperaturun 20°C-dən aşağı olması tələb olunur. Tətbiqdən dərhal sonra yağışlı, şaxtalı, küləkli və ya qarlı hava şəraiti müşahidə olunarsa məhsul effektivliyini itirə bilər. İstifadəsindən sonra 10 saat ərzində yağış yağarsa dərman ağacın gövdəsindən yuyulub axacağı üçün tətbiq yenidən təkrarlanmalıdır. Hazırlanmış qarışıq ağacların gövdələrinə və budaqlarına çilənir.
Bordo Məhlulunu Tətbiq Edərkən Nələrə Diqqət Yetirilməlidir?
Bordo Məhlulu bitkilərin yarpaqlı olduğu dövrdə tətbiq edilməməlidir. Hazırlıq zamanı əvvəlcə əhəng suyu, sonra isə mis sulfat qarışığının (göztaşının) həll olunduğu suyu əlavə etməlisiniz. Sıralamaya əməl olunmadıqda strukturun pozulduğunu və qarışığın ideal konsistensiyada olmadığını görə bilərsiniz. Əldə olunan qarışığı istifadə etməzdən əvvəl onu süzmək vacibdir. Beləliklə, çiləmə üçün istifadə edəcəyiniz alətin tıxanmasının qarşısını ala bilərsiniz. Əgər sönməmiş əhəng istifadə edirsinizsə, əridikdən sonra onu süzməlisiniz. Əgər əriməyən daş və ya torpaq görsəniz, qalan əhəng miqdarını yenidən çəkib əritməyə çalışmaq lazımdır. Məhlul hazırladıqdan dərhal sonra istifadə edilməlidir. Bordo Məhlulunu digər bitki mühafizə vasitələri ilə qarışdırmaq tövsiyə olunmur. Tətbiq etdikdən sonra çiləyicini təmizləməyi unutmayın. Tətbiq zamanı maska, papaq, eynək, kombinezon və əlcək kimi qoruyucu vasitələrdən istifadə edilməlidir.
Bordo Məhlulu Əsaslı Funqisidlər
Təsərrüfatlarda və bağ sahələrində bitkiləri müxtəlif xəstəliklərdən effektiv şəkildə qoruyan Bordo Məhlulu hazırda bir çox bitki qoruma vasitələrinin tərkibində yer alır. Onlar arasında fermerlər tərəfindən geniş şəkildə istifadə olunan və təsirediciliyi yüksək olan məhsullar və onlar haqqında məlumatları təqdim edirik.
Hektaş bordo 20 WP funqisidi
Kənd təsərrüfatlarında xəstəliklərə qarşı mübarizədə tətbiq olunan “Bordo məhlulu” tərkibli Hektaş bordo 20 WP funqisidi effektiv təsirediciliyə malikdir. Aşağıdakı cədvəldə Hektaş bordo 20 WP funqisidinin tətbiq olunduğu bitkilər, xəstəliklər və tətbiq midarı ilə tanış ola bilərsiniz.
Bitki adı | Xəstəliyin adı | Tətbiq miqdarı | Son çiləmə ilə məhsul yığımı arasındakı vaxt |
Bağ | Tozlu küf (Plasmopara viticola) | 500 q/100 l su | 14 gün |
Ölü kol (Phomopsis viticola) | Qış tətbiqi: 3500 q/100 l su
Yay tətbiqi: 500 q/100 l su | 14 gün | |
Alma | Qaraləkə (Venturia inaequalis) | 1500 q/100 l su | 14 gün |
Şaftalı | Yarpaq qıvrılması (Taphrina deformans) | 1500 q/100 l su | 14 gün |
Zeytun | Halqalı ləkə (Spilocaea oleagina = Cyclogonium oleaginum) | 1-ci tətbiq: 1500 q/100 l su 2-ci tətbiq: 1000 q/100 l su | 14 gün |
Ərik | Yarpaq dəlikliyi (Wilsonomyces carcophylus = Stigmina carpophila) | Hərəkətsiz dövrdə: 1250 q/100 l su
Normal dövrdə: 625 q/100 l su | 14 gün |
Pomidor | Qonur çürümə (Phytophthora infestans) | 4000 q/ha | 14 gün |
Bordomix 20 WP funqisidi
Təsərrüfatlarda geniş şəkildə istifadə olunan Bordomix 20 WP təsir mexanizminə görə Grup M1 kimi təsnif edilən funqisiddir. Aşağıdakı cədvəldə Bordomix 20 WP funqisidinin tətbiq olunduğu bitkilər, xəstəliklər və tətbiq midarı ilə tanış ola bilərsiniz.
Bitki adı | Xəstəliyin adı | Tətbiq miqdarı | Son çiləmə ilə məhsul yığımı arasındakı vaxt |
Bağ | Tozlu küf (Plasmopara viticola) | 600 q/100 l su | 14 gün |
Ölü kol (Phomopsis viticola) | Qış tətbiqi: 3500 q/100 l su
Yay tətbiqi: 500 q/100 l su | 14 gün | |
Alma | Qaraləkə (Venturia inaequalis) | 1500 q/100 l su | 14 gün |
Şaftalı | Yarpaq qıvrılması (Taphrina deformans) | 1500 q/100 l su | 14 gün |
Ərik | Yarpaq dəlikliyi (Coryneum beijerincki) | Hərəkətsiz dövrdə: 1250 q/100 l su
Normal dövrdə: 625 q/100 l su | 14 gün |
Pomidor | Qonur çürümə (Phytophthora infestans) | 600 q/100 l su | 14 gün |
Zeytun | Halqalı ləkə (Spilocaea oleagina) | 1-ci tətbiq: 1500 q/100 l su 2-ci tətbiq: 1000 q/100 l su | 14 gün |
Deva Bordo funqisidi
Kənd təsərrüfatlarında xəstəliklərə qarşı mübarizədə effektiv təsirediciliyə malik “Bordo Mixture” tərkibli Deva bordo funqisidinin tətbiq edilməsi tövsiyə olunur. Aşağıdakı cədvəldə Deva bordo funqisidinin tətbiq olunduğu bitkilər, xəstəliklər və tətbiq midarı ilə tanış ola bilərsiniz.
Bitki adı | Xəstəliyin adı | Tətbiq miqdarı | Son çiləmə ilə məhsul yığımı arasındakı vaxt |
Şaftalı | Yarpaq qıvrılması (Taphrina deformans) | 1500 q/100 l su | 14 gün |
Bağ | Tozlu küf (Plasmopara viticola) | 600 q/100 l su | 14 gün |
Ərik | Yarpaq dəlikliyi (Wilsonomyces carpophylus = Stigmina carpophila) | Hərəkətsiz dövrdə: 1250 q/100 l su
Normal dövrdə: 625 q/100 l su | 14 gün |
Alma | Qaraləkə (Venturia inaequalis) | 1500 q/100 l su | 21 gün |
Zeytun | Halqalı ləkə (Spilocaea oleagina) | 1-ci tətbiq: 1500 q/100 l su 2-ci tətbiq: 1000 q/100 l su | 14 gün |
Bağ | Ölü kol (Phomopsis viticola) | Qış tətbiqi: 3000 q/100 l su | 14 gün |
Dallas Bordo 20 WP funqisidi
Meyvə və tərəvəzlərdə xəstəliklərə qarşı effektiv təsirediciliyə malik Dallas Bordo 20 WP funqisidi digər bitki mühafizə vasitələri ilə (insektisidlər, funqisidlər, böyümə tənzimləyiciləri və s.) qarışdırılmadan tək istifadə edilməlidir.
Bitki adı | Xəstəliyin adı | Tətbiq miqdarı | Son çiləmə ilə məhsul yığımı arasındakı vaxt |
Bağ | Tozlu küf (Plasmopara viticola) | 500 q/100 l su | 14 gün |
Ölü kol (Phomopsis viticola) | Qış tətbiqi: 3500 q/100 l su
Yay tətbiqi: 500 q/100 l su | 14 gün | |
Alma | Qaraləkə (Venturia inaequalis) | 1500 q/100 l su | 14 gün |
Şaftalı | Yarpaq qıvrılması (Taphrina deformans) | 1500 q/100 l su | 14 gün |
Ərik | Yarpaq dəlikliyi (Coryneum beijerincki) | Hərəkətsiz dövrdə: 1250 q/100 l su
Normal dövrdə: 625 q/100 l su | 14 gün |
Pomidor | Qonur çürümə (Phytophthora infestans) | 4000 q/ha | 14 gün |
Zeytun | Halqalı ləkə (Spilocaea oleagina) | 1-ci tətbiq: 1500 q/100 l su 2-ci tətbiq: 1000 q/100 l su | 14 gün |
Bordo Məhlulu Əsaslı Funqisidlərin Satışı
Təsərrüfatlarda, bağ və həyətyanı sahələrdə məhsul yetişdirilməsi zamanı müxtəlif xəstəliklərə qarşı effektiv təsirediciliyə malik Bordo Məhlulu əsaslı bitki mühafizə vasitələrini (funqisidləri) ölkəmizdə kənd təsərrüfatı məhsullarının satışı üzrə ixtisaslaşan gubre.az aqrar ticarət şəbəkəsinin müxtəlif bölgələrimizdə yerləşən 200-dən çox satış nöqtəsindən əldə etmək mümkündür. Eyni zamanda təsərrüfat sahibləri 828 qısa nömrəsi ilə əlaqə saxlayaraq və ya gubre.az vebsaytına və sosial media hesablarına (Instagram, Facebook, LinkedIn) daxil olaraq, sifarişlərini həyata keçirə bilər. Qeyd edək ki, subsidiyalı satış imkanlarından yararlanaraq və ya fermer kartı ilə bitki toxumlarını, həmçinin, bitki qoruma və bitki bəsləmə vasitələrini əldə etmək mümkündür.