Müxtəlif ölkələrdə ərzaq məhsullarının istehsal səviyyəsi əhalinin istehlak təlabatına uyğun olaraq dəyişir. Eyni zamanda, region əhalisinin yaşayış tərzi, üstünlük verdiyi qidalar, torpaq sahələrinin çeşidi, ölkələrin iqlimi və s. kimi amillərin təsiri nəticəsində ərzaq məhsullarının istehsal həcminə və növünə öz təsirini göstərir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) son statistik məlumatlarına əsasən, fərqli ölçülərə malik ailə təsərrüfatları dünya ərzaq məhsullarının təxminən 70-80%-ni istehsal edir. Bildirilir ki, dünyadakı 570 milyon təsərrüfatların əksəriyyətini (84%) kiçik təsərrüfatlar, yəni sahəsi iki hektardan az olan təsərrüfatlar təşkil edir. İllərə uyğun dəyişən istehsal və istehlak səviyyəsi kənd təsərrüfatı məhsulları istehsalının ölkələri qida siyasətindən asılı olmayaraq, istənilən halda zəruriliyinin son dərəcə vacibliyini sübut edir. Son illərdə qida çatışmazlığı sayəsində milyonlarla insanın vaxtından əvvəl həyatını itirdiyini, müxtəlif xəstəliklərə yoluxduğunu xatırladan mütəxəssislər kənd təsərrüfatı sektorunun inkişafının mütləq şəkildə stimullaşdırılmasının zəruri olduğunu qeyd edir. Odur ki, kənd təsərrüfatlarında məhsuldarlığın və keyfiyyətin yüksəldilməsi məqsədi ilə fermerlər tərəfindən müxtəlif bitki bəsləmə və qoruma vasitələri tətbiq olunur. Sözügedən məhsullar arasında Nitroammofoska gübrəsi özünəməxsus yeri tutur.

Nitroammofoska gübrəsi nədir?

Nitroammofoska gübrəsi fermerlər və bağbanlar arasında istifadəsi ən populyar olan gübrə növlərindən biridir. Kimyəvi formulu NH4H2PO4 + NH4NO3 + KCL şəklində olan nitroammofoska gübrəsinin tərkibi azot (N), fosfor (P) və kalium (K)-dan ibarətdir. Suda asanlıqla həll olması sayəsində, həmçinin, bitkilər tərəfindən rahat formada mənimsənilir. Dənəvər formalı bu gübrədən bitkilərin bütün vegetasiya dövründə istifadə etmək mümkündür.

Nitroammofoska gübrəsinin tərkibində yer alan elementlərin bitkilər üçün həyati əhəmiyyəti yüksəkdir. 

Azot

Azot bitki orqanizmində yaşıl kütlənin, yəni, xlorofilin formalaşmasını, fotosintez və maddələr mübadiləsini stimullaşdırır. Azot çatışmazlığı bitkilərin böyüməsini ləngidərək məhsuldarlığın azalmasına səbəb olur.

Azot gübrəsi haqqında daha çoxunu kəşf et!

Fosfor

Bitkidə yarpaqların rənginin və formasının dəyişməsi, köklərin sıradan çıxması fosfor çatışmazlığının əlamətidir. Odur ki, bitkilərin inkişaf dövründə təsərrüfatların fosfora olan təlabatını qarşılamaq mütləqdir.

Kalium

Kalium çatışmazlığı bitkilərin xəstəliklərə, zərərvericilərə, soyuq hava şəraitinə qarşı müqavimətini azaldır. Kalium tərkibli nitroammofoska gübrəsinin tətbiqi bitkilərin aktiv böyümə dövründə xüsusilə vacibdir. 

Nitroammofoska gübrəsinin hansı çeşidləri var?

Nitroammofoskanın tərkibində yer alan əsas komponentlər, yəni NPK kompleksi sabitdir. Sözügedən gübrə torpaq tipinə, bitkilərin qida təlabatına uyğun olaraq fərqli formulalarda tətbiq edilə bilər.

16x16x16 - bu formulada bütün mikroelementlər bərabər nisbətdə paylanır. Məhsulun qida dəyərinin artmasına kömək edir. Bütün növ torpaq tiplərində tətbiq oluna bilər.

8x24x24 - Əsasən kökümeyvəli bitkilər üçün, həmçinin, kartof və dənli bitkilərə tətbiq olunur.

21x0x21 və 17x0.1x28 - ümumilikdə fosfora ehtiyacı olmayan torpaqlar üçün tətbiqi məqsədəuyğundur.

Nitroammofoska və Nitrofosfat gübrələrinin oxşar və fərqli cəhətləri 

Fermerlər arasında bir çox hallarda qarışdırılan Nitroammofoska və Nitrofosfat gübrələrinin tərkibi nisbətən oxşar olsa da, ikincinin tərkibinə maqnezium elementi də daxildir. Səmərəlilik baxımdan isə nitroammofoskanın tətbiqi daha çox effektiv təsirə malikdir. Eyni zamanda nitrofosfat gübrələri əsasən azot və fosfor tərkibli olduğu üçün, kalium komponenti gübrədə olmaya bilər. Nitroammofoska və nitrofosfat gübrələri arasında seçim edərkən, becərdiyiniz bitkilərin xüsusi qida tələblərini, həmçinin torpağın qida səviyyəsini nəzərə almaq vacibdir.

Nitroammofoska gübrəsinin faydaları

Bitkilərin sürətli inkişafı, keyfiyyətli və bol məhsul yığımı üçün tərkibi həyati əhəmiyyətli mikroelementlərlə zəngin olan nitroammofoska gübrəsinin özünəməxsus üstünlükləri var:

•    Bitkilər üçün həyati əhəmiyyətə malik azot, fosfor və kalium elementləri ilə zəngindir
•    Bütün növ bitki və torpaq tipləri üçün tətbiqi uyğundur
•    Məhsuldarlığı 30%-dən 70%-ə qədər artırır
•    Gövdənin inkişafını sürətləndirir
•    Göbələk xəstəliklərinə və soyuq havalara qarşı müqaviməti artırır
•    Heç bir qalıq qoymadan suda həll olunur
•    Geniş tərkibi sayəsində xərclərə qənaət etməyə imkan verir

Qeyd edək ki, nitroammofoskanın rəf ömrü nisbətən qısadır. Gələcəkdə istifadə üçün alınması tövsiyə edilmir. Buna görə əkinə başlamazdan öncə ehtiyac olan məhsulun miqdarını dəqiq hesablamaq vacibdir.

Nitroammofoska gübrəsi necə istifadə olunur?

Tətbiq formasından, məqsədindən, torpaq tipindən asılı olmayaraq gübrə istifadəsindən öncə mütləq şəkildə torpaq analizinin aparılmasının, yetişdiriləcək bitkinin qida tələblərinin müəyyənləşdirilməsinin vacibliyi uzun illərə dayanan təcrübələrdə və kənd təsərrüfatı sektoru üzrə ixtisaslaşmış mütəxəssis rəylərində öz təsdiqini tapıb. Nitroammofoska gübrəsinin faydalılıq və səmərəlilik əmsalının həddindən artıq yüksək olmasına baxmayaraq eyni şərtlər sözügedən bitki bəsləmə vasitəsi üçün də keçərlidir. Əks halda torpaq sahələri sıradan çıxa, məhsuldarlıq səviyyəsi və keyfiyyəti aşağı düşə bilər. Bununla yanaşı, normal şərtlər daxilində nitroammofoska gübrəsinin tətbiqi üçün müəyyən olunmuş ortalama standart miqdar səviyyəsi vardır ki, aşağıdakı sıralamadan bu barədə tanış ola bilərsiniz:

•    Qış bitkiləri - 400-550 kq / ha
•    Yaz bitkiləri - 350-450 kq / ha
•    Qarğıdalı - 250 kq / ha
•    Çuğundur - 200-250 kq / ha

Həyətyanı sahələrdə bitkiləri bəsləyərkən aşağıdakı tətbiq dozaları tövsiyə olunur:

•    Kartof - 20 q / m²
•    Pomidor - 20 q / m²
•    Qarağat, qarğıdalı - bir kol üçün 60-70 q
•    Moruq - 30-45 q / m²
•    Meyvə ağacları - hər bitkiyə 80-90 q

Nitroammofoska gübrəsinin tətbiqi

Nitroammofoska gübrəsi bütün bitki növləri üçün istənilən torpaq tipi üzrə əsas və əkin gübrəsi kimi tətbiq olunur. Tətbiqindən sonra torpağın becərilməsi qida maddələrinin daha yaxşı paylanmasını və bitki kökləri tərəfindən mənimsənilməsini təmin edir. Qida maddələrinin kök sisteminə doğru hərəkətini asanlaşdırmaq, gübrə qranullarının daha tez həll olması üçün nitroammofoska gübrəsini tətbiq etdikdən sonra ərazini suvarmaq tövsiyə olunur. Tətbiqindən qısa müddət sonra yağan güclü yağışlar qida maddələrinin axmasına səbəb ola bilər və bu isə ətraf ərazinin çirklənməsinə şərait yaradır. Odur ki, istifadəyə başlamazdan öncə hava proqnozlarına əsaslanaraq tətbiq zamanının tənzimlənməsi mütləqdir. Bu, torpaq deqradasiyasının qarşısını alaraq cari mövsümdə, həmçinin, gələcək illərdə də məhsuldarlığın yüksək olmasını təmin edəcək.

Nitroammofoska gübrələrini haradan əldə etmək olar?

Bitkilərin sürətli inkişafını təmin edərək, xəstəliklərə, zərərvericilərə qarşı müqavimətini, həmçinin, soyuq havalara qarşı dayanıqlılığını artıran yüksək keyfiyyətli nitroammofoska gübrələrini Azərbaycanın müxtəlif bölgələrində 200-dən satış nöqtəsi ilə təmsil olunan gubre.az aqrar ticarət şəbəkəsindən əldə edə bilərsiniz. Aşağıda müvafiq məhsul üzrə fermerlərə təqdim olunan çeşidlərin adlarının üzərində yerləşdirilən linklərə daxil olaraq ətraflı məlumat əldə edə, həmçinin, sifarişlərinizi ünvanlaya bilərsiniz.

•    Nitroammofoska Acron - 16-16-16
•    Nitroammofoska Minudobreniya - 16-16-16
•    Nitroammofoska Evroxim - 16-16-16
•    Nitroammofoska Apatit 15-15-15

Bununla yanaşı, 828 qısa nömrəsi məhsul sorğuları, sifarişləri üçün də fermerlərin xidmətindədir.

Əziz fermerlər, yetişdirdiyiniz kənd təsərrüfatı məhsullarının növündən asılı olmayaraq daim yüksək keyfiyyətli bitki qoruma və bəsləmə vasitələrindən, həmçinin, əkin ləvazimatlarından istifadəyə üstünlük verməyinizi tövsiyə edirik. İlk olaraq bu əzizlərimizin sağlam həyat tərzi yaşaması, növbəti mərhələdə isə ölkə iqtisadiyyatının sağlam inkişafı üçün önəmli faktorlardandır. gubre.az aqrar ticarət şəbəkəsi daim yüksək keyfiyyətli məhsulları və peşəkar aqronom komandası ilə xidmətinizdədir!

© 2020 - 2024 Aqrar İnnovasiya və Təchizat Şirkəti
www.gubre.az
Whatsapp icon