Toxum növlərinin satışı, sifarişi və pulsuz çatdırılması, arpa, buğda, pambıq, yonca, qazon toxumlarının satışı, məhsuldar toxum növləri.

Son illərdə kənd təsərrüfatı sahəsinə göstərilən dövlət dəstəyi insanlarımızın bu sahəyə yönəlməsinin, iş adamlarının kənd təsərrüfatı sektoruna investisiya qoymasının yolunu açıb.

Kənd təsərrüfatı sektorunun ildə-ilə böyüməsi də dolayısı ilə ölkəmizdə müxtəlif bitki toxumlarına olan tələbatı artırıb, toxum satışını bu sahənin əsas istiqamətlərindən birinə çevirib.

Toxum alarkən nəyə diqqət etmək lazımdır?

Azərbaycanda təsərrüfatçılar əsasən buğda, arpa, yonca, pambıq, tütün və s. kimi bitkilərin əkinçiliyi ilə məşğul olurlar. Toxum alarkən fermerlərimizin diqqət etməli olduğu əsas meyarlardan biri torpaq sahələrinə səpəcəkləri toxumun məhsuldarlıq göstəricilərinin bilinməsidir.

Eyni zamanda, xarici sort toxumlarda diqqət etməli olduğumuz əsas məqam həmin toxumların Azərbaycanın yerli iqlim şəraitində sınaqdan çıxarılıb-çıxarılmadığıdır. Çünki bəzi toxumlar iqlim şəraitinə görə məhsuldarlığını dəyişə bilir. Fermerlərimiz əkinçiliklə məşğul olduqları bölgənin iqlim şəraitini dəqiqliklə bilməli, toxum səpdikləri torpaq sahəsini mütləq analizdən keçirməli və onun tərkibini öyrənməlidir. Şübhəsiz ki, istənilən toxumu gübrəsiz qoyduqda onun məhsuldarlığı həddən artıq aşağı düşür. Bu baxımdan əkin sahəsindən yüksək məhsuldarlıq əldə etmək üçün mütləq gübrələmə prosesini də doğru şəkildə icra etmək vacibdir.

YONCA TOXUMU SATIŞI

İnternetdə toxum satışı

gubre.az əkinçiliklə məşğul olan fermerlərimiz üçün daha əlçatan olmaq üçün kənd təsərrüfatı sahəsinə innovativlik qatmağa, yeni təşəbbüslərlə çıxış etməyə davam edir. İndi fermerlərimiz sadəcə gubre.az vebsaytına daxil olaraq, təsərrüfatlarından ayrılmadan istənilən bitki toxumlarını rahatlıqla sifariş edə bilər.

Fermerlərimiz gubre.az saytına daxil olaraq, iki addımla qeydiyyatdan keçə və dərhal toxum sifarişi verə bilər. Sifariş verilən toxumlar birbaşa fermerlərimizin təsərrüfat sahələrinə çatdırılır.

Fermerlərimiz eyni zamanda gubre.az-ın Azərbaycanın 200-dən çox nöqtəsində yerləşən satış mərkəzlərindən də hər növ bitki toxumlarını 100 faizlik subsidiya ilə əldə edə bilər.

Dənli və texniki bitki toxumlarının satışı

Buğda toxumu satışı

Arpa toxumu satışı

Pambıq toxumu satışı

Fermerlərimiz gubre.az-dan həm yerli, həm də xarici sort dənli və texniki bitki toxumlarını ala bilər.

gubre.az Rusiya istehsalı “Alekseiç” və “Bezostaya” buğda toxumlarını satışını həyata keçirir.

Eyni zamanda fermerlərimiz hər yerli, həm də Rusiya istehsalı arpa toxumlarını da gubre.az-dan ala bilər.

gubre.az həmçinin yüksək məhsuldarlığa sahib Türkiyə istehsalı “May-344” pambıq toxumlarının da satışını həyata keçirir.

Toxum satışı kənd təsərrüfatının ən strateji istiqamətlərindən biri kimi gubre.az üçün də prioritet məsələlərdən biridir. Biz qətiyyətlə çalışırıq ki, ölkəmizə idxal etdiyimiz və satışını həyata keçirdiyimiz bitki toxumları Azərbaycanın iqlim şəraitində sınaqdan keçirilmiş olsun və yüksək məhsuldarlıq qabiliyyəti ilə seçilsin.

Yonca və qazon toxumlarının satışı

gubre.az fermerlərimizə əminliklə tövsiyə etdiyi yonca, otlaq, çəmən və qazon toxumları yüksək keyfiyyəti və məhsuldarlıq göstəriciləri ilə digər bütün sortlardan seçilir. Xarici sort olan bu toxumların satışı dövlət subsidiyası və fermer kartı ilə həyata keçirilir.

gubre.az-ın ölkəmizə idxal etdiyi italiya sortu “Gea”, “Plato”, “Emiliana” “Adorno” kimi yonca toxumlarının satışından əldə olunan yüksək məhsuldarlıq göstəriciləri fermerlərimizi sevindirir.

Toxum növlərinin satışı və sifarişi

Fermerlərimiz toxum sifariş etmək üçün gubre.az saytına daxil olaraq qeydiyyatdan keçə və ya 828 qısa nömrəsinə zəng edərək, təsərrüfatla məşğul olduqları regiona toxum sifarişi edə bilərlər.

 

© 2020 - 2024 Aqrar İnnovasiya və Təchizat Şirkəti
www.gubre.az
Whatsapp icon