Cowboy 240 EC - Herbisid - Hektaş

22.1 ₼

Səbətə əlavə et
Kateqoriya: Məhsulun adı: Cowboy 240 EC - Herbisid - Hektaş / 181

Məlumat

Məhsul Adı: Cowboy 240 EC
İstehsalçı ölkə: Türkiyə
İstehsalçı Şirkət: Hektaş
Qablaşma: 0.4 lt


Məhsul Haqqında


Buğda sahələrində alaq otlarına qarşı “Cowboy 240 EC” herbisidi tətbiq olunur.Tez parçalandığı üçün, demək olar ki, torpağa mənfi təsiri yoxdur. Digər bitki mühafizə vasitələri ilə qarışdırılması tövsiyə edilmir.


Tətbiqi


“Cowboy 240 EC” herbisidi buğdanın üç yarpaq mərhələsindən becərilməsinin sonuna kimi istənilən vaxt istifadə oluna bilər. “Cowboy 240 EC” dan ən yaxşı nəticələr alaq otlarının əksəriyyətinin çıxdığı və isti və rütubətli şəraitdə aktiv şəkildə böyüdüyü dövrdə tətbiq edildikdə əldə edilir. Yabanı yulaf, quşgüzü, yumşaq qulaqlı quşgözü, tülkü quyruğu kimi alaq otlarına qarşı müsbət təsir göstərir.


Üstünlükləri


“Cowboy 240 EC” dar yarpaqlı alaq otlarının yarpaqları tərəfindən udulur. Məhsula həssas olan dar yarpaqlı alaq otlarında aktiv böyümə 48 saat ərzində dayanır. Məhsulun təsiri alaq otunun növündən və ətraf mühit şəraitindən asılı olaraq 1-3 həftə ərzində görülür.



Təhlükəsizlik qaydaları


Məhsulu tətbiq edərkən maskadan istifadə edin. Məhsulun etiketindəki məlumatları oxumaq lazımdır. Evdə istifadə etməyin, uşaqlardan, qida və heyvan yemlərindən uzaqda saxlayın. Dərmanlama zamanı heçnə yeməyin, içməyin və siqaret çəkməyin.

Video

© 2020 - 2024 Aqrar İnnovasiya və Təchizat Şirkəti
www.gubre.az
Whatsapp icon