Kalsium nitrat Himdiviziyon / 15-0-0 + 30,5% CaO / Himdivision / 25 kq, kq
1.11 ₼
Məlumat
İstehsalçı şirkət: Himdivizyon
Tərkib: 17.5 % azot, 24 % kalsium
Qablaşma: 25 kq
Məhsul haqqında
Qranul şəkilli kalsium Nitrat kənd təsərrüfatında istifadə üçün ideal vasitələrdən biridir. Anhidratsız birləşmə olan Kalsium Nitrat suda çox yaxşı həll olunur. Tərkibi 24% suda həll oluna bilən Kalsium və 17.5 % Azotdan ibarətdir. Ağ və ya açıq boz rəngli Qranul maddənin diametri 1-4 mm arasında dəyişir. 25-kg propilen kisələrdə qablaşdırılıb.
Tətbiqi
Quru gübrə səthə əllə və ya cərgələrə maşınla səpilə bilər. Damcı suvarma və çiləyici suvarma sistemləri vasitəsilə maye şəklində verilə bilər. Maye məhlul yarpaqlardan tətbiq oluna bilər.
Üstünlükləri
Kalsium bitkilərdə hüceyrə divarının formalaşmasında mühüm amil hesab olunur. Kalsium nitrat dəstəyi bitkiləri xəstəliklərdən qoruyur və davamlılığını artırır. Azot sayəsində məhsullara protein qatqısı təmin edilir və yarpaqların böyüməsi sürətlənir.
Təhlükəsizlik qaydaları
Gübrə tətbiq edərkən müvafiq qoruyucu vasitələrdən istifadə edilməlidir. Əlcək, maska və eynək kimi qoruyucu vasitələrdən istifadə edilməlidir. Tətbiq edildikdən sonra əllər dərhal təmizlənməli və üz yuyulmalıdır. Əllər və üz gübrə ilə təmasda olarsa, sabun və su ilə yuyulmalıdır.
Video