Mass Plant Forte 20 SP - İnsektisid - Sunset Tarım

25 ₼

Səbətə əlavə et
Kateqoriya: Məhsulun adı: Mass Plant Forte 20 SP - İnsektisid - Sunset Tarım / 23

Məlumat

Məhsul Adı: Mass Plant Forte 20 SP
İstehsalçı ölkə: Türkiyə
İstehsalçı Şirkət: Sunset Tarım  
Qablaşma: 1 lt


Məhsul Haqqında


Kartof, pomidor, bibər kimi bitkilərdə zərərverici həşəratlara qarşı “Mass Plant Forte 20 SP” insektisidindən istifadə olunur.


Tətbiqi 


Tütün ağcaqanadı, kartof böcəyi, psillid, yaşıl yarpaq biti kimi zərərverici həşəratlara qarşı “Mass Plant Forte 20 SP” insektisidi tətbiq olunur. 


Üstünlükləri 


Asetamiprid tərkibli insektisid sistemli təsirə malikdir, yəni bitki tərəfindən udulur və bütün toxumalarına yayılır. Bu, zərərvericilərin həm bitkini əmdiyi zaman, həm də bitki ilə təmasda olduğu yerlərdə məhv olmasını təmin edir. Sistemli təsiri həşəratların gizləndiyi yerlərdə belə təsirli olmağa və uzunmüddətli qorunma təmin etməyə imkan verir.


Təhlükəsizlik qaydaları 


Məhsulu tətbiq edərkən maskadan istifadə edin. Məhsulun etiketindəki məlumatları oxumaq lazımdır. Evdə istifadə etməyin, uşaqlardan, qida və heyvan yemlərindən uzaqda saxlayın. Dərmanlama zamanı heçnə yeməyin, içməyin və siqaret çəkməyin.

Video

© 2020 - 2024 Aqrar İnnovasiya və Təchizat Şirkəti
www.gubre.az
Whatsapp icon